GUAM xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü...
14.12.2023 [10:10]
COP29 çərçivəsində növbəti il ölkəmizdə GUAM-ın da tədbiri təşkil olunacaq
Nardar BAYRAMLI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində dekabrın 12-də Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib. Görüşdə çıxış edən Ceyhun Bayramov dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini vurğulayıb, bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyini diqqətə çatdırıb. Nazir Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. 2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Xüsusilə region ölkələrinin nəqliyyat və bağlantılar sahəsində potensialından istifadə olunmasının, bu istiqamətdə GUAM Nəqliyyat Dəhlizi layihəsinin irəlilədilərək Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətli hissəsinə çevrilməsinin vacibliyi vurğulanıb. Növbəti ildə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə COP29 çərçivəsində GUAM-ın tədbirinin də təşkil olunmasının nəzərdə tutulduğu bildirilib.
Postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülh və inkişaf üçün tarixi fürsətin yarandığını qeyd edən nazir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsinin sülh prosesi gedişatında vacib inkişaflardan biri olduğunu diqqətə çatdırıb. Ölkəmizin bərpa-quruculuq və sülh səyləri barədə geniş məlumat verilib.
Görüş zamanı, həmçinin 2024-cü il üçün GUAM-ın sədrliyinin Azərbaycana keçməsi, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar təsdiq olunub.
Ümumiyyətlə, təsisçi üzv dövlət olaraq, Azərbaycan Respublikası GUAM çərçivəsində fəal əməkdaşlıq edir və təşkilatın daha aktiv quruma çevrilməsi təşəbbüslərini dəstəkləyir. Azərbaycan ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı fayda əsasında əməkdaşlığa xüsusi önəm verir, ticarət və nəqliyyatın asanlaşdırılması və rəqəmsallaşdırılması üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib. Prioritet istiqamətlərinin ticarət və nəqliyyat müəyyən edildiyi sonuncu sədrlik proqramı COVID-19 pandemiyasına baxmayaraq, çox sayda onlayn görüş, müzakirə və qərarların qəbul edilməsi ilə həyata keçirilib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin GUAM yanında daimi nümayəndəsidir.
Ceyhun Bayramovun qeyd etdiyi kimi, Azərbaycanın GUAM-a növbəti il sədrliyi təşkilatın işinin güclənməsinə nə dərəcədə təsir edə bilər? GUAM ötən illər ərzində önəmli beynəlxalq platforma kimi özünü təsdiq edib. Təşkilata üzv olan dövlətlər arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, GUAM-Azərbaycan əlaqələri və GUAM çərçivəsində Azərbaycanla digər üzv ölkələr arasında münasibətlərin inkişaf tendensiyası aydın göstərir ki, təşkilatın yaranması müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi. Azərbaycan GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkələrdən biridir. Belə ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir, dünyanın ayrı-ayrı güclü ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur. Eyni zamanda, üzv ölkələri bu təşkilatda birləşdirən vacib amillərdən biri dövlətlərin ərazi bütövlüyü ilə bağlı üzləşdiyi problem olmuşdu. GUAM üzvləri bütün beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Və bu gün də dəstəkləməkdə davam edir.
Azərbaycanın GUAM-a sədrliyi təşkilata üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın inkişafı perspektivləri diqqət mərkəzində olacaq. Həm ikitərəfli, həm də GUAM çərçivəsində əlaqələrimizin daha da inkişafı üçün ciddi potensial mövcuddur. Ölkəmiz bundan sonra da digər beynəlxalq platformalar kimi GUAM çərçivəsində də fəal siyasətini davam etdirəcək.
Xatırladaq ki, bu il təşkilata Ukrayna sədrlik edir. Ukraynanın
2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.
Qeyd edək ki, GUAM Məşvərət Forumu 10 oktyabr 1997-ci ildə Avropa Şurasının Strasburq şəhərində keçirilmiş Zirvə Görüşündə iştirak çərçivəsində yaradılıb. 23 may 2006-cı ildə Kiyevdə keçirilmiş Zirvə Görüşündə iştirakçı dövlətlərin dövlət başçılarının GUAM nizamnaməsini imzalamaları ilə GUAM təşkilat statusuna sahib olub. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna GUAM-ın təsisçiləri və hazırkı üzv-dövlətləridir. Demokratiyanın inkişafı, iqtisadi inkişaf, təhlükəsizlik və sabitlik GUAM-ın əsas məqsədləri sırasındadır və üzv dövlətlər bu istiqamətdə fəal əməkdaşlıq edir. İqtisadi əməkdaşlığın ticarət, nəqliyyat, gömrük, turizm, texnologiyalar kimi sahələri GUAM çərçivəsində əməkdaşlığın prioritet istiqamətləridir. GUAM Azad Ticarət Sazişi və GUAM Nəqliyyat Dəhlizi təşkilat çərçivəsində ən vacib layihələrdir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50

