Sülhə doğru inamlı addım...
09.12.2023 [10:40]
İkitərəfli birgə açıqlama yeni dövr üçün mühüm perspektivlər formalaşdırır
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində davam edən proses nəticəyə yaxınlaşır. İki ildən artıqdır ki, özünün qeyri-konstruktiv mövqeyi ilə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına maneçilik törədən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan tərəfi artıq sülh anonsları səsləndirir. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq Azərbaycanın regionda yaratdığı yeni siyasi-iqtisadi reallıqları qəbul edir. Vurğulanmalıdır ki, bu siyasi-iqtisadi reallıqlar özündə sülhü və əməkdaşlığı aktuall?şdırır ki, belə bir iqtisadi platforma indiki zamanda Ermənistana hava-su kimi lazımlıdır. Sosial problemlərin əsirinə çevrilmiş bu ölkə Azərbaycanın ona tanıdığı imkandan maksimum bəhrələnməli, özünün yeni inkişaf mərhələsini formalaşdırmalıdır.
Azərbaycan sülhün tərəfdarıdır...
Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması olduqca mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, açıqlamada bildirilir ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
44 günlük Vətən müharibəsində qazanılan mütləq qələbəyə, antiterror tədbirləri zamanı əldə olunan mühüm uğurlara baxmayaraq bu gün Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik. Bu açıqlama isə ölkəmizin 2023-cü ilin sülh ili olması arzusunun reallaşması istiqamətində mühüm mövqe kimi dəyərləndirilməlidir. Təbii ki, sülh üçün real şərtlər ortadadır - Ermənistanın özünün əsassız iddialarından əl çəkməsi və reallıqları dəyərləndirməsi sülhü daha da yaxınlaşdıra bilər. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks hal Ermənistanın özü üçün mənfi tenzensiyalar yarada bilər - İrəvan həm siyasi, həm də yeni iqtisadi konfiqurasiyadan kənarda qalmaq təhlükəsi yaşayacaq. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən layihələr ümumən regiona yeni inkişaf tempi qazandırıb. Amma Ermənistan yenə də təhlükəsizlik arxitekturasına təhdid yaradan amil rolunda çıxış etməkdə davam edəcəksə, bu, rəsmi İrəvan üçün xoşagəlməz nəticələr vəd edir. Görünür İrəvan bunu görür və dərk edir. Bu, ikitərəfli açıqlama da məhz münasibətlərin normallaşmasının ilkin mərhələdə anonsu kimi dəyərləndirilməlidir.
Ümidlər var...
Qeyd edək ki, açıqlamada o da qeyd edilib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcək və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.
Bu isə onu deməyə əsas verir ki, yaxın gələcək üçün nətəcəyə hesablanan görüşlər birmənalı şəkildə ikitərəfli təmaslara əsaslanacaq. Vurğulanmalıdır ki, Azərbaycan hər zaman bu məsələni xüsusi olaraq vurğulayıb ki, aparılan danışıqlarda üçüncü tərəfə ehtiyac yoxdur. Hətta Prezident İlham Əliyev hələ 2021-ci ilin oktyabrında işğaldan azad edilmiş Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir: “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”.
Ümumiyyətlə, sülh prosesi ilə bağlı arxada qoyulan müddəti bəzi məqamlarına görə, “itirilmiş zaman” kimi də xarakterizə etmək də olar. Burada ilkin səbəb kimi Ermənistanın qarşılıqlı dialoqdan, danışıqlardan, müzakirələrdən yayınması, məqsədli şəkildə vaxt uzatması göstərilə bilər. Vurğulandığı kimi, Azərbaycan hər zaman qarşılıqlı görüşlərə hazır olduğunu dəfələrlə dilə gətirib. Hətta bu ilin noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının ilk dəfə vasitəçisiz iclasın keçirilməsi məhz bunun göstəricisi sayıla bilər. Çünki bu görüşün reallaşmasında da Azərbaycanın səyi əvəzsizdir - görüşdən öncə Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməklə bağlı çağırış ünvanlamışdı. Azərbaycan XİN iki ölkənin gələcək münasibətləri barədə qərarı birlikdə verməli olduğuna inamını ifadə etmişdi. Çağırışda qarşılıqlı məqbul məkanın seçilməsi və ya dövlət sərhədində görüş barədə qərar verilməsi də daxil olmaqla, sülh prosesinin davam etdirilməsinə görə iki ölkənin məsuliyyət daşıdığı əks olunurdu. İki ölkənin birgə açıqlaması isə proseslərin uğurlu nəticəyə istiqamət alacağı ilə bağlı mühüm ümidlər formalaşdırır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45

