Avropa Məhkəməsinin qərarı...
30.11.2023 [11:20]
Ermənistanı işğalçı kimi beynəlxalq miqyasda ifşa edir
Nardar BAYRAMLI
Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Ermənistanın özü beynəlxalq müstəvidə ifşa olunur. Bu dəfə rəsmi İrəvanın gerçək simasını məhz öz vətəndaşları dünyaya çatıdırıb. Belə ki, Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair mövqeyini ifşa edib.
Bununla bağlı Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün “X” səhifəsində qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R.Hovhannisyanın və A.Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib. Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.
E.Məmmədov yazıb ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, o dövrdə Ermənistan Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib. Nazir müavini xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: “Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib”.
Ermənistan hər zaman Azərbaycan torpaqlarını işğal etmədiyini sübut etməyə çalışsa da, buna nail ola bilməyib. Xatırladaq ki, hələ 2015-ci ildə də Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar qəbul etmişdi. Bu iş Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən 6 aprel 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı qaldırılmış iddia müraciətinə əsaslanırdı. Mahiyyət etibarilə, məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. İddiaçiların müraciətində bunun “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə mülkiyyət hüquqları və Konvensiyanın 8-ci maddəsi ilə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasının davam etdirilməsi olduğu bildirilmişdi. Onların iddiasında eləcə də yuxarıda qeyd olunan şikayətlərlə əlaqədar effektiv vasitənin olmamasının Konvensiyanın 13-cü maddəsinin pozulması olduğu qeyd olunub. Yekun olaraq, yuxarıda qeyd olunan bütün şikayətlər ilə bağlı onlar etnik və dini mənsubiyyət baxımdan ayrı-seçkiliyə məruz qalaraq, Konvensiyanın 14-cü maddəsinin pozulması ilə əlaqədar şikayət irəli sürmüşdülər.
Avropa Məhkəməsi iddiaçıların xeyrinə qərar qəbul edərək, Konvensiya əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasının davam etməsini tanıyıb. Məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətli idi. İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Ermənistanın təcavüzünün başlamasından və bu iş üzrə məhkəmə icraatı getdiyi dövrdə adətkarcasına beynəlxalq ictimaiyyəti aldatmaq və münaqişənin əsl səbəblərini və mahiyyətini təhrif etmək cəhdlərində Ermənistan Respublikası iddia edirdi ki, onun Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarət imkanı olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz. Eləcə də Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə, Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onun “Dağlıq Qarabağ” və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur. İddiaçılar tərəfindən təqdim olunan bütün sübutlar Məhkəmə tərəfindən araşdırılıb və Ermənistanın bu iddiaları rədd edilib. Məhkəmə nəticəyə gəlmişdi ki, keçmiş Dağlıq Qarabağ, Laçın rayonu və digər ətraf ərazilər Azərbaycanın tərkib hissələridir və hərbi işğal altındadırlar. Məhkəmə sadəcə olaraq çoxdan geniş mənada bəlli olan və beynəlxalq ictimai səviyyədə bilinən məsələni təsdiq edib.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanı daha çətin günlər gözləyir. Çünki rəsmi İrəvan işğal dövründə ərazilərimizdə törətdiyi vandalizmə görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 21:19
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17

