Fransanın Cənubi Qafqaz “planı”...
14.11.2023 [11:00]
Parisin İrəvanı silahlandırmaq niyyətinin əsl səbəbləri
Fransanın beynəlxalq miqyasda Azərbaycana qarşı apardığı kampaniyalar ard-arda iflasa uğrayır. Zaman-zaman davam etdirilmiş, II Qarabağ Müharibəsindən, xüsusilə bu ilin sentyabrında baş tutan lokal antiterror tədbirlərindən sonra daha ?? intensivləşdirilmiş siyasi-hərbi “gedişlər” isə hər zaman olduğu kimi ermənipərəst marağa əsaslanır. Belə ki, Azərbaycanın mühüm qələbə əldə etməsi, Ermənistanın isə məğlub olaraq kapitulyasiya imzalaması, separatçı rejimin ləğvi Fransanın illərdir regionda davam etdirməyə çalışdığı “status-kvo” oyununu pozub. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Paris isə özünün hücumlarının taktikasını dəyişməyə çalışır. Aparılan ermənipərəst siyasət fərqli məcrada davam etdirilir. Bu dəfə Ermənistan açıq şəkildə silahlandırılır.
Silahlar Ermənistana göndərilir...
Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, regionda sülhün formalaşmasına mane olan İrəvan Paris tərəfindən silahlandırılır və müharibəyə təhrik olunur. “Əməkdaşlıq” fərqli formatda inkişaf etdirilir - Parisin işğalçı Ermənistana “silah” yardımı işğalı stimullaşdırmaqdır.
“Caliber”-in etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Fransanın hərbi texnikası Ermənistana “yol alıb”. Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib - göndərən Fransanın “ARQUUS” şirkətidir.
Fransanın əsl planı...
Bəli, Fransa dərk edir ki, antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin çökdürülməsi Parisin regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə “hərtərəfli əlaqələr” saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundankənar vəziyyətə düşüb. Bu səbəbdən də Ermənistanı yenidən müharibəyə təhrik etməklə Paris Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə mane olmaq istəyir.
Ermənistan isə əlinə düşən imkandan maksimum yararlanmamaqla yenidən səh?ə yol verir - İrəvan Azərbaycanın sülh təkliflərinə pozitiv cavab verməməklə özünü dalan dövlət statusundan xilas etmək niyyətində olmadığını ortaya qoyur. Təbii ki, Fransanın Ermənistanı qeyri-qanuni şəkildə silahlandırması anlaşılandır - İrəvan Azərbaycanla sülhə imza atacağı təqdirdə Fransanın regiondakı “siyasi caynaqları” birdəfəlik qırılacaq. Təbii ki, Paris buna razı deyil və yeni mərhələdə Ermənistanın silahlandırılması da bunun qarşısının alınması, başqa sözlə Cənubi Qafqazda sülhə nail olunmaması cəhdi kimi qiymətləndirilməlidir.
Parisin “sülh pərdəsi”...
Bu kimi amillər Paşinyanın Paris səfərində də özünü tam şəkildə biruzə verdi. Əslində VI Paris Sülh Konfransı adı altında təşkil olunan toplantı Fransanın mənəvi əskiklərini ört-basdır etmək arzusudur. Fransanın “təşkil etdiyi” “sülh konfransı”nın “qonağı” olan Paşinyanın sülhlə bağlı “baxışları” hər kəsə bəllidir. Makron-Paşinyan cütlüyü bu gün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhdid ola-ola utanmadan “sülhdən” danışırlar. Eyni mərəzə - “omi(a)kron” mərəzinə tutulan və bu illətdən qurtula bilməyən Ermənistan və Fransa sülh prosesinə mane olmaq üçün bütün vasitələrə, yollara əl atırlar. Makron - Paşinyan danışıqlarının motivinə diqqət yetirsək maraqlı bir mənzərə ilə üz-üzə qalırıq:
- Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsi;
- Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələlər.
Fransa ilə Ermənistan arasında “ikitərəfli münasibətlər” bu gün silahlandırma, bölgədə yeni eskalasiya yaratmaq niyyəti, sabitliyə təhdid, inkişafa mane olmaq kimi tezislər üzərindən inkişaf etdirilir. Ermənistan Fransanın bu iyrənc davranışını “ikitərəfli əlaqə” kimi qələmə verməyə çalışsa da, mənzərə ortadadır. Bu “əlaqələrin” nüvəsində yalnız və yalnız şəxsi korporativ maraqlar dayanır ki, bu maraqların təmini üçün Ermənistan bu gün uçuruma sürüklənir.
Avropa İttifaqı ilə “əməkdaşlıq” məsələsi də eyni qəbildən izah olunur - yəni, bu gün mərkəzçi Avropanın “adından” danışmağı özü üçün “qeyri-formal vəzifə” elan etmiş Fransa Ermənistanı məhz bu yolla aldadır - gəlişi gözəl sözlərlə Ermənistanı güzgüdə özünü ilğım şəklində daha böyük görməyə “vadar edir”. Bunun əsl adı isə “əməkdaşlıq” pərdəsi ilə gizlədilir. Ermənistan bu gün “mülki missiya” adı altında ölkəsinin sərhədləri daxilinə yerləşdirdiyi “yarımjandarmeriya” kəşfiyyatçılarını “maskalamaq” üçün məhz Aİ ilə arasında hansısa əməkdaşlığın olduğunu sübut etməyə çalışır. Bu isə boş bir xəyaldır. Fransanın əsl niyyəti Cənubi Qafqazda nail olunmasına çalışılan sülhə gedən yolu qəlizləşdirməyə çalışmaq, buna mane olmaqdır.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

