Kolonnadan “Bastion”a...
14.11.2023 [10:55]
Çoxməqsədli zirehli maşınların Ermənistana göndərilməsi nəyə xidmət edir?
Nardar BAYRAMLI
Fransa artıq Ermənistana öz silahlarını göndərməyə başlayıb. Xatırladaq ki, oktyabrın 23-də Parisdə iki ölkənin müdafiə və silahlı qüvvələr nazirləri bu barədə müqavilələr imzalayıb. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyanın imzaladığı sənədlərə əsasən, Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü nəzərdə tutulurdu. Müqavilələrə əsasən, Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri, eləcə də digər hərbi texnikalar almalıdır. Artıq silahların bir qisminin Ermənistana göndərilməsinə başlanıb. Belə ki, “Acmat” şirkətinin istehsalı olan “Fransa Bastion” markalı çoxməqsədli zirehli maşınlar Fransadan bu ölkəyə göndərilib. Həmçinin “Bastion” üçün avadanlıqlar da unudulmayıb. Avadanlıqları göndərən isə Fransanın ARQUUS şirkətidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa tərəfindən Ermənistana hücum xarakterli “Bastion” zirehli avtomobillərinin göndərilməsini qətiyyətlə pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, sözügedən hərbi texnikanın ötürülməsi Azərbaycan ərazilərinin bir hissəsini 30 ilə yaxın işğal altında saxlayan, hazırda da təcavüzkar siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Qeyd olunub ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
“Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və bölgədəki destrukriv fəaliyyəti fonunda Ermənistanın hərbiləşmə siyasətinə xidmət edən bu addımları Fransanın bölgədə yanlış maraqlardan çıxış etdiyini göstərir. Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalı, regionda sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət anlamalıdırlar. Beynəlxalq ictimaiyyəti öz təcavüzkar siyasəti və əməlləri ilə tanınan Ermənistanı silahlandırmaqdan, buna şərait yaratmaqdan çəkinməyə, regionda sülh və firavanlığın bərqərar olunmasının qarşısını alan belə qeyri-legitim fəaliyyəti dayandırmağa və pisləməyə çağırırıq”, - deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Fransanın Ermənistanı silahlandırmaq niyyətini hələ oktyabr ayının əvvəlində bu ölkənin Avropa və xarici işlər naziri Katrin Kolonna İrəvana səfəri zamanı anons etmişdi. Kolonna bildirmişdi ki, Fransa gələcəkdə Ermənistana hərbi texnika verilməsini nəzərdə tutan saziş imzalamağa razılaşıb. Azərbaycanın Xarici İşlər Nazirliyi isə buna etiraz etmişdi. Bununla bağlı XİN-nin bəyanatında vurğulanırdı ki, Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir: “Bölgəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır”.
Beləliklə, Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda yenidən müharibə alovlandırmaq məqsədi güdür. Təsadüfi deyil ki, hələ sözügedən müqavilələr imzalanmamışdan öncə Fransanın silahlı qüvvələr naziri ölkəsinin Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyini bəyan etmişdi. Bununla əlaqədar Fransa hərbi attaşelərinin İrəvanda danışıqlar apardıqları da rəsmi olaraq təsdiqlənmişdi. Aydın məsələdir ki, Fransa NATO ölkəsidir və Paris NATO ordusunda istifadə olunan silahlarla Ermənistanı təchiz edə bilməz. Lakin Fransa əvəzində özünün istehsalı olan silahlarla Ermənistanı təmin edir. Bunun ardından rəsmi Parisin başqa hədəfləri də var. Onlar əgər Zəngəzur dəhlizi açılarsa, orada iştirak etmək, onun təhlükəsizliyinin təminində “tərəf” olmaq niyyətindədir. Qafanda konsulluq açmaq niyyəti də buradan qaynaqlanır. Əsas məsələ isə ondan ibarətdir ki, Fransanın bu addımı Ermənistanı sülhə yox, yeni hərbi qarşıdurmaya sürükləyir. Bu da bölgədə vəziyyətin davamlı olaraq gərginliyə xidmət edir. Bütün hallarda, Fransanın Cənubi Qafqaz regionu üçün təxribatçı planları qəbulolunmazdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

