Rusiyanın mesajı
14.11.2023 [10:00]
Moskva hesab edir ki, Qərb Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir
Nardar BAYRAMLI
Dünyada mövcud olan böyük güclərin geopolitik və nüfuz uğrunda savaşları davam edir. Xüsusilə bu savaş ABŞ, Avropa İttifaqı ilə Rusiya arasında gedir. Rusiyanı Şərqi Avropadan, Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyən Qərbin başqa bir hədəfi Mərkəzi Asiya ilə bağlıdır. ABŞ və Avropa İttifaqının son zamanlar Mərkəzi Asiya ölkələrinə diqqətinin artması bundan qaynaqlanır. Bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da narahatlığını ifadə etməsi təsadüfi deyil. Belə ki, Sergey Lavrov “Moskva. Kreml. Putin” verilişində deyib ki, Avropa İttifaqı Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, amma buna nail olmayacaq. “Avropa İttifaqı bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq niyyətini gizlətmir. Bu, alınmayacaq. Biz tarixən buradayıq və heç yerdə yox olmayacağıq. Bizim tərəfdaşlarımız, müttəfiqlərimiz bunu çox gözəl bilirlər”, - deyə Rusiyanın XİN rəhbəri bildirib.
Əslində, Rusiya Qərbin bu məsələdə ciddiliyini yaxşı anlayır. Ən azı bunu Cənubi Qafqaz nümunəsində də görmək mümkündür. Ermənistanın indiki hakimiyyətinin Rusiyadan üz çevirərək Qərbə yönəlməsi rəsmi Moskvanı ciddi narahat edir. Son zamanlar baş nazir Nikol Paşinyan və komandasının üzvləri Rusiyanın əleyhinə açıq şəkildə bəyanatlar verirlər. Erməni rəsmiləri İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana dəstək vermədiyini iddia edir, eləcə də rus sülhməramlılarının Qarabağdakı fəaliyyətini kəskin tənqid edirlər. Paşinyan hakimiyyəti “təhlükəsizlik” amilini əsas gətirərək yeni müttəfiq axtarışında olduğunu açıq bildirir. Baxmayaraq ki, Rusiyanın rəsmi İrəvana təsir rıçaqları çoxdur, amma hakimiyyət Qərbyönümlü siyasətini daha da gücləndirir.
Xatırladaq ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. Hələ 2010-cu ildə İrəvanda Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Məsələ ondadır ki, Rusiya Ermənistanı sosial-iqtisadi və hərbi-siyasi baxımdan da tam nəzarətə götürüb. İşğalçılıq siyasəti ucbatından acınacaqlı duruma düşən Ermənistan əlində olan bütün var-yoxunu öz ağasına, yəni Rusiyaya vermək məcburiyyətində qalıb. Məhz bu məcburiyyətin nəticəsidir ki, hazırda Rusiyanın bir sıra böyük şirkətləri, o cümlədən, “Qazprom”, “İnter RAO YES”, “RJD”, “Bank BTB”, “Rossiyskiy alüminium” şirkətləri və digərləri Ermənistan iqtisadiyyatına böyük investisiyalar yatırıblar və bütövlükdə, bu ölkənin iqtisadi sektorunun sahibinə çevriliblər. Hazırda Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan asılıdır.
Bununla belə Ermənistanda Rusiyaya qarşı sərt ritorika davam edir. Bu ölkənin bəzi ekspertləri KTMT-dən, MDB-dən çıxmaq barədə də təkliflər irəli sürürlər. Amma nəticənin Ermənistan üçün yaxşı olmayacağını anlayanlar da var.
Bütün bunların fonunda Qərb Mərkəzi Asiyanın da Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq siyasətini intensivləşdirir. Məsələn, ötən ilin oktyabrında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya regionuna səfər etmişdi. Regiona səfər çərçivəsində Şarl Mişel regionun bəzi ölkələrinin liderləri ilə görüşüb. Burada diqqətçəkən məqamlardan biri isə Avropa İttifaqının Mərkəzi Asiya regionunun enerji resurslarından faydalanması məsələsi idi. Səfər zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarını da xüsusi müzakirə mövzusu olmuşdu.
Eyni zamanda, bu ilin sentyabrında ABŞ Prezidenti Cozef Baydenin Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində beş Mərkəzi Asiya ölkəsinin prezidentləri ilə görüşü də diqqəti cəlb edir. Görüşün nəticəsi barədə yayılmış birgə bəyanatda qeyd olunurdu ki, ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir. “Biz regional çağırışlarla mübarizədə və Mərkəzi Asiya dövlətlərinin suverenliyinin və müstəqilliyinin qorunmasında təməl daşı hesab edərək, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətimizi təsdiqlədik”,-deyə vurğulanan bəyanatda ticari-iqtisdi əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.
Bundan başqa, bu ilin fevralında ABŞ dövlət katibi Entoni Blinken Mərkəzi Asiya ölkələrinə səfər edib. O, Qazaxıstanın paytaxtı Astana şəhərində 5+1 qrupunun nazir toplantısında iştirak edib. Qrupa Qazaxıstandan başqa Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və ABŞ daxildir. Blinken region ölkələrinin xarici işlər nazirləri ilə ayrıca ikitərəfli danışıqlar da aparıb. Rəsmi məlumatlara görə, görüşlərdə müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən iqtisadi və təhlükəsizlik məsələləri müzakirə mövzusu olub.
Bu yaxınlarda Fransa prezidenti Makronun Qazaxıstan və Özbəkistana səfər etməsi də təsadüfi sayıla bilməz. Bütün bunlar göstərir ki, Qərb Mərkəzi Asiya ölkələrini də öz təsir daiəsinə daxil etməyə çalışır. Rusiyanın XİN başçısı Sergey Lavrov da Makronun səfərini şərh edərkən Qərbin Rusiyanın qonşularını və müttəfiqlərini ondan uzaqlaşdırmağa çalışdığını söyləyib. Bütün bunlar Moskvanın hadisələrə heç də kənardan baxmadığından xəbər verir. Rəsmi Moskva Qərbin, o cümlədən Avropa İttifaqının məlum hədəflərinə qarşı mümkün qədər müqavimət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46

