/ / Dövlət Statistika Komitəsi tərəfindən keçirilən statistik olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi olub
Dövlət Statistika Komitəsi tərəfindən keçirilən statistik olimpiadanın qaliblərinin mükafatlandırma mərasimi olub
03.11.2023 [20:01]
Noyabrın 3-də "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında təşkil olunmuş statistik olimpiadanın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Elm və təhsil naziri Emin Əmrullayev olimpiadada iştirak edən şagird və tələbələri təbrik edib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keşməkeşli həyat yolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıblar.
Qeyd olunub ki, olimpiadanın keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin statistikaya marağını artırmaq, statistik biliklərə malik istedadlı şagird və tələbələri aşkar etmək, onları həvəsləndirmək və intellektual inkişaflarına təkan vermək, statistik kadr hazırlığı potensialını gücləndirmək, statistik savadlılığı dərinləşdirmək, cəmiyyətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, onun milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası, ümumilikdə statistika sisteminin inkişafına verdiyi töhfələrə dair məlumatlılığın daha da artırılması olmuşdur. Vurğulanıb ki, olimpiada şagird və tələbələrin təhsil dövründə qazandıqları statistik bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yeni platforma rolunu oynayıb, eyni zamanda onlar statistika elmi, habelə ölkənin sosial-iqtisadi həyatında baş verən hadisə və proseslər haqqında daha geniş rəsmi statistik məlumatlar əldə etmək imkanı qazanıblar.
Statistik olimpiadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, statistik olimpiada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar onun əziz xatirəsinə ehtiram əlaməti olaraq həyata keçirilən tədbirlər çərçivəsində, Dövlət Statistika Komitəsi kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş təqvim planına uyğun təşkil olunmuş, olimpiadanın şəffaf, obyektiv və peşəkar səviyyədə təşkili və keçirilməsini, bununla bağlı ölkə üzrə fəaliyyətlərin əlaqələndirilməsini təmin etmək məqsədilə Dövlət Statistika Komitəsində təşkilat komitəsi yaradılıb. Olimpiada təşkilat komitəsi tərəfindən təsdiq edilmiş qaydalara və tədbirlər planına uyğun keçirilib, bu məqsədlə test tapşırıqları və nəticələrin real vaxt rejimində əldə edilməsi üçün elektron informasiya sistemi hazırlanıb.
Olimpiadada ümumilikdə 3106 nəfər şagird, 203 nəfər tələbə iştirak etmişdir. Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə İsmayıllı rayonu Diyallı kənd Aqil Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Göyüşov Namaz Veyis oğlu 1-ci, Masallı rayonu Musaküçə kənd Fayəddin Xancanov adına tam orta məktəbin 11-ci sinif şagirdi Kazımzadə Mircəlal Mirkazım oğlu 2-ci, Lənkəran rayonu Hirkan qəsəbə Ağaxan Quliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi - Baxşiyev Cavidan Cavid oğlu 3-cü, tələbələrdən isə Azərbaycan Dövlət İqtisad universitetinin 2-ci kurs magistrantı Topçubaşova Yaqut Əziz qızı 1-ci, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsi İslamov İsrafil Rasim oğlu 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi - Mirzəyeva Nigar Oqtay qızı isə 3-cü yeri tutmuşdur.
Tədbirdə daha sonra statistik olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunmuşdur.
Sonda xatirə şəkilləri çəkilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

