Azərbaycan-ŞKTC
17.10.2023 [09:52]
Xalqlarımız arasında əlaqələr inkişaf edir
NARDAR
Oktyabrın 12-də Azərbaycana səfər etmiş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar Bakıda bir sıra görüşlər keçirib və tədbirlərdə iştirak edib. Ersin Tatar səfər çərçivəsində “ŞKTC Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılıb, ADA Universitetində keçirilən konfransda çıxış edib, eləcə də kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib. Bundan əlavə, ŞKTC-nin lideri Heydər Əliyev Mərkəzini, Hərbi Qənimətlər Parkını da ziyarət edib.
Oktyabrın 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib. Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müşahidəçi üzv kimi fəaliyyətindən də danışılıb. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq uzun müddətdir İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı yanında müşahidəçi statusuna malikdir. Ona görə də Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun olması tam məntiqlidir.
Görüşdə turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xatırladaq ki, ötən ilin noyabrında TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyəti təşkilata müşahidəçi statusunda üzv qəbul edilib. Bununla da, türk dövlətləri eyni zamanda öz iradələrini bütün dünyaya nümayiş etdirdilər. Bundan əvvəl isə ŞKTC İqtisadi Əməkdaşlıq Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi statutusunda üzvü seçilmişdi. Bu faktlar onu göstərir ki, Şimali Kipr dünyaya inteqrasiya edir. Yeri gəlmişkən, oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasında Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu da iştirak etmişdi.
Ümumiyyətlə, Azərbaycanla ŞKTC arasında müxtəlif sahələr üzrə əlaqələr mövcuddur. İqtisadi-ticarət, xüsusilə humanitar-mədəni əlaqələr inkişaf etməkdədir. Ötən dövrdə ŞKTC təhsil sahəsində böyük nailiyyətlər qazanıb. Şimali Kipr müstəqil dövlət kimi beynəlxalq müstəvidə tanınmasa da, Cümhuriyyətdə fəaliyyət göstərən bir sıra universitetlər dünyaca məşhurdur və diplomları bütün ölkələrdə tanınır. Həmin ali məktəblərdə müxtəlif ölkələri təmsil edən çoxsaylı gənclər, o cümlədən azərbaycanlı tələbələr təhsil alırlar. Bu təhsil müəssisələrindən Doğu Akdeniz Universitetinin, Uluslararası Kıbrıs Universitetinin, Girne Amerikan Universitetinin, Yakın Doğu Universitetinin, Lefke Avrupa Universitetinin adını çəkmək olar.
Qeyd edək ki, uzun illərdir ki, Bakıda ŞKTC-nin nümayəndəliyi fəaliyyət göstərir. ŞKTC-nin prezidenti Ersin Tatarın ölkəmizə səfəri, Bakıda “ŞKTC Mədəniyyət və Tanıtım Günləri”nin keçirilməsi də xalqlarımız arasında əlaqələrin gücləndirilməsinin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

