Milli maraqları hər şeydən uca tutan Lider…
15.10.2023 [13:10]
Cənubi Qafqazın təhlükəsizliyinin, inkişafının strateji yol xəritəsi…
Antiterror tədbirlərinin ortaya çıxardığı reallıqlar…
Azərbaycanın müasir tarixinin ən böyük uğuru şəriksiz olaraq Qarabağ müharibəsində əldə olunan qələbəmizdir. Bu qələbə ilə Prezident İlham Əliyev güclü Azərbaycanın qurulması, regional lider faktoruna çevrilməsi uğrunda apardığı 17 illik siyasi fəaliyyətin qəti nəticəsini ortaya qoydu. Dövlət başçısı dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin milli-strateji maraqlarını qoruya bilmək qabiliyyəti ilə Özünün əsl siyasi lider olduğunu isbatladı - məhz Prezident İlham Əliyevin uğurla yürütdüyü siyasət nəticəsində çoxəsrlik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdı. Bunun üçün isə ilk növbədə ölkə iqtisadiyyatı özünün inkişaf tempini artıraraq dünyanın apırıcı reytinq cədvəllərində əks olundu, ordu quruculuğu ən müasir standartlara uyğunlaşdırıldı, sosial problemlərin həlli, həssas təbəqənin mənafeyinin təmini əsas prioritet kimi müəyyənləşdirildi.
Düşməni diz çökdürərək tarixi ədaləti bərpa edən Azərbaycan
2020-ci il Vətən müharibəsi Prezident İlham Əliyevin əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olmaqla yanaşı, güclü strateq, hərbi incəlikləri ən yüksək səviyyədə təhlil edərək qərar verən lider olduğunu bir daha sübut etdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha ortaya qoydu. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi, düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların, güclü dövləti xarakterizə edən bütün komponentlərin üzvi bağlılığının məntiqi nəticəsi idi. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir.
Ali geosiyasi iradə…
Qarabağ zəfərinin əldə olunması üçün mühüm siyasi yol qət olundu – bu yolda Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı ən böyük uğurlardan birini bu gün Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınması, yeni dünya düzənində etimad qazanması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Son 20 ildə Azərbaycan bütün ölkə və təşkilatlara münasibətdə vahid mövqedən çıxış edib, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirib, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini nümayiş etdirib. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır – bununla yanaşı, ölkəmiz yerləşdiyi regionun tam şəkildə inkiaşfı üçün iradə nümayiş etdirir. Milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik dövlət siyasətinin episentrində isə əməkdaşlıq, tərəfdaşlıq və birgəyaşayış kimi bəşəri dəyərlər dayanır. Ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür.
Separatçılar Azərbaycan məhkəməsi qarşısında…
Bəli, Qarabağın azadlığı uğurunda qət olunan yol səbr və intizama əsaslandı. Yuxarıda qeyd etdiyimiz kimi, dünyada etibarlı tərəfdaş kimi şöhrət qazanmamız II Qarabağ müharibəsində erməni yalanlarının genişlənmək imkanlarını sıfıra endirdi. Bütövlükdə Qarabağ uğrunda mübarizənin qələbə ilə nəticələnməsi isə Azərbaycanın ədaləti bərpa etməsinə əsaslandı - nə Ermənistan rəhbərliyi, nə də Qarabağdakı hərbi xuntanın başçıları ehtimal belə etmirdilər ki, gün gələcək Azərbaycan təkcə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada deyil, eləcə də Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə nəzarətini bərpa edəcək, xalqımıza qarşı cinayətlər törətmiş separatçılar isə Azərbaycan məhkəməsi qarşısında cavab verməli olacaqlar. 2023-cü il sentyabrın 20-də 24 saatdan az vaxt çəkən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin həmin ərazidəki bütün tör-töküntülərini, hərbi infrastrukturunu sıradan çıxartdı və hərbi xuntanı ağ bayraq qaldırmağa məcbur etdi. Bundan sonra separatçılara özünü buraxmaq barədə qərar qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Bu, Azərbaycanın qələbəyə gedən yolda bütün şərtləri, bütün hesabları ən kiçik incəliklərinə qədər hesablamasının nəticələridir. Bu, Azərbaycan Prezidentinin "nəyi, nə vaxt, necə" etməyi hər kəsdən yaxşı bilməsinin əyani sübutu idi. Bu, qələbə, bu uğur, bu sabitlik yalnız Azərbaycan üçün qazanılmadı - Cənubi Qafqazın gələcək təhlükəsiz inkişafının strateji yol xəritəsi məhz 19-20 sentyabr antiterror tədbirlərinə əsaslanır…
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53

