Azərbaycan ilə Rusiya arasında əlaqələr
14.10.2023 [10:00]
Çoxşaxəli və strateji xarakter daşıyır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirir. Eyni zamanda, ölkəmiz regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. 2020-ci il Vətən müharibəsi, 2023-cü il
antiterror tədbirlərinin ardından ölkəmiz regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib, respublikamızla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır, eyni zamanda, əməkdaşlıqların mahiyyəti və xarakteri dəyişir, keyfiyyət etibarı ilə yenilənir. Bu mənada, Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur
Əmtəə dövriyyəsi və kənd təsərrüfatı...
Oktyabrın 12-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü zamanı da ikitərəfli əlaqalərin inkişafı ilə bağlı bir sıra mühüm məqamlara toxunulub, müzakirələr aparılıb. Prezident İlham Əliyev bildirib ki, bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var.
Qeyd olunduğu kimi, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, iki qonşu ölkə sıx əməkdaşlıq etməsin. Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Bu ilin ilk yarısında Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 37,6 faiz çoxdur. Bu dövrdə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,27 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə olunub. Belə ki, bu ilin 6 ayında Rusiyadan ölkəmizə 1 milyard 543 milyon 428 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz çox deməkdir. Bu ilin 6 ayında Azərbaycanın ümumi idxalının 18,83 faizi Rusiyanın payına düşüb.
Dövlət başçıları arasında söhbət zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin önəminə də toxunulub. Təbii ki. statistik rəqəmlər bu sahədə də mühüm əməkdaşlığın formalaşdığını deməyə əsas verir. Belə ki, bu ilin əvvəlindən Rusiya Azərbaycana buğda, un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü artırıb. Azərbaycan isə süd məhsulları, nar və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və Rusiyaya pomidor, xurma, alma və kartof ixracında ənənəvi olaraq lider mövqeyini qoruyub saxlayır. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, Azərbaycan və Rusiya Federasiyası arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 959 milyon ABŞ dolları təşkil edib. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü dəyər ifadəsində 465 milyon dollar, Rusiyadan Azərbaycana isə 494 milyon dollar olub.
Regionlar arasında əlaqələrə yeni töhfələr...
Bildirildiyi kimi, regionlararası əməkdaşlıq məsələsi ikitərəfli əlaqələrdə xüsusi yer tutur. Görüşdə həmçinin Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib.
Ümumiyyətlə, iki güclü region dövlətinin əməkdaşlığının spektri kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin ənənəvi və çox mühüm həlqəsini təşkil edir. Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir. Turizm sektorunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın turizm marşrutları Rusiyada getdikcə daha çox populyarlıq qazanır. Rusiya regionlarının turizm potensialının Azərbaycanda təbiliği, eyni zamanda Azərbaycanın mühüm turistik zona kimi Rusiyada böyük şöhrət qazanması ikitərəfli münasibətlərdə xüsusi yer tutur. Rusiya regionlarının Azərbaycanın bölgələri, hətta Bakı rayonları ilə dostluq əlaqələri qurması, qarşılıqlı səfə? lərin reallaşması münasibətlərin dinamizm qazanmasına xüsusi töhfə verir.
Layihələrdə birgə iştirak...
Dövlət başçıları arasında söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafından, onun potensialının genişləndirilməsindən və bütövlükdə, həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artmasından məmnunluq ifadə olunub.
Qeyd edək ki, Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaratmaq imkanına malikdir.
Ümumiyyətlə, bu dəhliz hər zaman olduqca strateji bir layihə kimi dəyərləndirilib. Nəzərə alınmalıdır ki, bu dəhliz də Azərbaycandan keçir və ölkəmizin mühüm nəqliyyat qovşağı kimi cəlbediliciyini artırır. Diqqət yetirsək görərik ki, mürəkkəb regionda geostrateji qütblər arasında münasibətlərin daha da kəskinləşdiyi bir vaxtda Azərbaycan məhz burada körpü rolunu oynamaqla özünün milli maraqlarını təmin edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində çox böyük həcmdə yük daşımaları var. Bu yük daşımaları, qısa zaman kəsiyində təyinat nöqtəsinə çatdırıla bilir. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan bu layihəyə qoşulduqdan sonra Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər səmərəli və cəlbedici oldu. Məhz bu səmərəlilik ondan ibarətdir ki, yüklərin daşınması xərci azalır və çatdırılması vaxtı qısalır.
Bu dəhliz, sadəcə, müddət baxımından deyil, həm də onun ətrafında olan siyasi-inzibati coğrafiyada ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır - Azərbaycanın Vətən müharibəsi dövründə və antiterror tədbirləri zamanı bölgədə təhlükəsizlik mühtini daha da möhkəmləndirməsi bu məsələdə əhəmiyyətli rol oynayır.
Humanitar əlaqələrin inkişafı...
İki dövlət arasındakı münasibətlər yalnız siyasi-iqtisadi müstəvidə məhdudlaşmır. Vurğulanmalıdır ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr də daima yüksək olub. Ölkəmizdə rus dilinə göstərilən qayğı, Bakıda Slavyan Universitetinin fəaliyyəti, o cümlədən ölkəmizdəki rus icmasına göstərilən diqqət hər zaman Rusiya dövlətinin rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Bununla yanaşı, qarşılıqlı şəkildə iki ölkənin gənclərinin Rusiyada və Azərbaycanda təhsil almaları üçün yaradılan şərait dövlətlərarası münasibətlərdə ən mühüm prioritetlərdən sayılıb. Bunun nəticəsidir ki, 15 mindən çox Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır.
Təsadüfi deyil ki, iki dövlətin prezidenti arasında keçirilən görüşdə də humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan Azərbaycanda rus dilinə qayğı, xeyli sayda ali və orta təhsil müəssisəsində rus dilinin tədrisi qeyd edilib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

