Əsassız iddialar, növbəti yalanlar...
12.10.2023 [11:01]
Ermənistanın baş naziri Nikol Paşinyan yerli televiziya kanalına verdiyi müsahibədə yenə də bölgədə vəziyyəti, sülh prosesinə yanaşmaları təhrif edib. O, müsahibəsində Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti də “özünəməxsus” formada şərh etməyə çalışıb.
Sülhməramlılar Qarabağdan Ermənistana getsə...
Paşinyan deyib ki, sülhməramlıların Qarabağda qalıb-qalmaması məsələsi təkcə onlardan asılı deyil: “Çünki biz də bilirik ki, Rusiya bu mövzuda Azərbaycanla müəyyən müzakirələr aparır. Onlar bizimlə də müzakirələri aparır. Bu suala birbaşa və konkret cavab verə bilmərəm”. “Rusiya sülhməramlıları Qarabağı tərk etsələr, onların Ermənistanda yerləşdirilməsi mümkündürmü” sualına cavab olaraq erməni baş nazir bildirib ki, o, burada heç bir məntiq görmür: “Çünki onlar Qarabağdakı Rusiyanın sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya getməlidirlər. Başqa bir sual: Rusiyaya Azərbaycandan keçəcəklər, yoxsa Ermənistandan keçəcəklər? Məncə, bu, prinsipial məsələ deyil. Amma onların Ermənistanda qalmasının heç bir hüquqi əsası yoxdur və ola da bilməz”.
Qeyd edək ki, Rusiya tərəfi məsələ ilə bağlı öz mövqeyini bildirib. Bir müddət öncə Pusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, sülhməramlıların bölgədə qalıb-qalmaması Azərbaycanla müzakirə ediləcək. Paşinyanın məlum müsahibəsindən sonra Peskov bu mövqeyini bir daha təkrarlayıb: “Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq. Bu məsələ İrəvanla müzakirə edilməyib. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir”.
Paşinyan 102-ci bazanın ölkədə qalmasına razıdır?
Paşinyan müsahibəsində həmçinin Rusiyanın 102-ci bazası ilə bağlı məsələyə də toxunub. O deyib ki, Rusiya hərbi bazasının Ermənistanda olmasının əsasları çox aydındır: “Bu əsaslar mövcud olmaqda davam edir və biz bununla bağlı heç bir məsələ qaldırmırıq”. Məlumdur ki, hələ 2010-cu ildə Riyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa, bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Amma hazırki şəraitdə Paşinyan hakimiyyəti özünü Rusiya ilə yanaşı, Qərbin də forpostu kimi təqdim etməkdədir.
Eskalasiyanı yaradan Ermənistandır
Müsahibədə Paşinyan şərti dövlət sərhəddində mövzud vəziyyətə də münasibət bildirib. O deyib ki, əslində mövcud vəziyyət eskalasiyanın çox aşağı, demək olar ki, sıfır səviyyəsində olduğunu göstərir: “Hazırda nə bizim tərəfimizdən, nə də Azərbaycan tərəfdən sərhəddə hər hansı bir qoşun toplanması yoxdur. İndi sərhəddə heç bir gərginlik yoxdur. Amma digər tərəfdən, müasir dünyada qoşunların yerdəyişməsi bir neçə saat, gün ərzində baş verə bilər”. Erməni baş nazirin fikrincə, Azərbaycanla mövcud problemləri həll edə bilsələr, müharibə mənasız olacaq.
Əslində, şərti sərhəddə eskalasiya yaradan məhz Ermənistan tərəfi olub. rəsmi İrəvan hərbi təxribatlar törətməsə ərazidə gərginlik də baş verməz. Rəsmi Bakı dəfələrlə heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını bəyan edib. Bölgədə sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edən Azərbaycan Ermənistanı hər zaman sülh sazişi imzalamağa çağırır.
XİN: Ermənistan 8 kəndimizi hələ də işğal altında saxlayır
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi də Paşinyanın iddialarına cavab verib. Bu barədə nazirliyin açıqlamasında bildirilir ki, ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür: “Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya et]mədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.
Vurğulanıb ki, Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya ölkəmizin hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34

