Türkiyə növbəti yüz ilə doğru
10.10.2023 [11:57]
Türkiyə növbəti yüz ilə doğru
M.ABDULLAYEV
Xəbər verildiyi kimi, oktyabrın 7-də Türkiyənin paytaxtı Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın Sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) IV Fövqəladə Böyük Qurultayı keçirilib. “Türkiyə yüz ili üçün hər zaman yeni, hər zaman irəli” şüarı ilə keçirilən qurultayda 27 ölkənin siyasi partiyalarının nümayəndələri, bir sıra dövlət və hökumət rəhbərləri, diplomatlar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər. Qurultayda Azərbaycanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Qurultay qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük maraqla izlənilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. Dövlətimizin başçısı təbrik məktubunda Ədalət və İnkişaf Partiyasının Böyük Qurultayının keçirilməsi və Rəcəb Tayyib Ərdoğanın yekdilliklə partiyanın Sədri vəzifəsinə yenidən seçilməyi münasibətilə ?nu və rəhbərlik etdiyi partiyanın bütün üzvlərini ürəkdən təbrik edib.
Türkiyə qarşısında xidmətlərə verilən ali qiymət
Azərbaycanda da çox böyük hörmət bəslənilən Rəcəb Tayyib Ərdoğanın yenidən Ədalət və İnkişaf Partiyasının sədri seçilməsi partiya üzvlərinin ?na olan sonsuz inam, etimad və dəstəyinin aşkar təzahürüdür. Prezident İlham Əliyev bunu Rəcəb Tayyib Ərdoğanın qardaş Türkiyənin inkişafı və yüksəlişi naminə göstərdiyi xidmətlərə verilən ali qiymət kimi səciyyələndirib. “Qurucusu və rəhbəri olduğunuz Ədalət və İnkişaf Partiyası yarandığı gündən özünün proqram müddəalarına, bəyan etdiyi prinsip və amallara sadiqlik nümayiş etdirərək Türkiyə dövləti və xalqı qarşısında ləyaqətlə və şərəflə xidmət etmiş, hər bir sahədə böyük uğurlara imza atmış, ölkənizin qlobal güc mərkəzinə çevrilməsinə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmasına müvəffəq olmuşdu. Bütün bu nailiyyətlərdə ?izin əvəzsiz rolunuz və misilsiz əməyiniz vardır. Məhz buna görə ?izin adınız Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Beləliklə, Rəcəb Tayyib Ərdoğan təkcə 2023-cü ildə ikinci dəfə Türkiyə cəmiyyətinin böyük etimadını qazanıb. Bundan əvvəl ?, may ayında iki turda baş tutan seçkilərdə növbəti dəfə seçicilərin etimadını qazanaraq qardaş ölkənin Prezidenti seçilib. Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana inamı isə səbəbsiz deyil. Türkiyə son 20 il ərzində öz inkişafında keyfiyyətçə yeni bir mərhələ keçib. Belə ki, qardaş ölkə dünya çapında söz sahibinə çevrilib. Hazırda Türkiyə regionda sülhün, sabitliyin, təhlükəsizliyin əsas qarantı qismində çıxış edir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat və siyasi mərkəzidir. Türkiyənin güclü sənayesi Türkiyənin özünü və onun müttəfiqlərini gücləndirir. İnkişaf etmiş, müasir müdafiə sənayesinin qurulması Türkiyənin böyük uğurudur. Yüksək rəqabət imkanlarına malik olan bu müdafiə sənayesi uzun illər bundan sonra da Türkiyənin və onun müttəfiqlərinin təhlükəsizliyini təmin edəcək.
Türkiyənin son illərdə imza atdığı bir sıra texnoloji yeniliklər bu ölkənin dinamik inkişafı barədə konkret təsəvvür yaradır. Ötən ilin sonlarında Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. Cari ilin aprelində bu reaktiv pilotsuz qırıcının dördüncü sınaq uçuşu ilə sistem tanıma testi uğurla başa çatıb. Gələn il Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”-nın kütləvi istehsalına başlanılması planlaşdırılır . Cari ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. Cari il aprelin 4-də daha bir əlamətdar hadisə yaşanıb - Türkiyənin ilk yerli elektromobili “Togg” Prezident İlham Əliyevə təqdim olunub.
Qardaş ölkənin uğurlu inkişafını səciyyələndirən bu statistikanın siyahısı çox uzundur. Uğurların qazanılmasında qətiyyətli lider olan Rəcəb Tayyib Ərdoğanın rolu misilsizdir. Ona olan inam da məhz bu xidmətlərdən qaynaqlanır. Biz də Rəcəb Tayyib Ərdoğanın müdrik və qətiyyətli rəhbərliyi altında Türkiyənin qazandığı uğurlara, onun dünyada artan nüfuzuna sevinir, bundan qürur duyuruq.
Ən yüksək zirvədə olan Azərbaycan-Türkiyə dostluğu
Hazırda Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi nümunəvi xarakter daşıyır və özünün ən yüksək zirvəsinə çatıb. Qarşılıqlı etimad, dəstək və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz, eyni zamanda, regional əməkdaşlığa, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verir. Azərbaycan və Türkiyə bir-birinin uğurunu və kədərini özününkü sayır. Hər iki ölkənin tarixi şəxsiyyətləri Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə bağlı artıq aforizmə çevrilən ifadələr işlədiblər. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev iki ölkə arasındakı münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsi ilə ifadə edib. Böyük Atatürk deyirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Bu gün böyük şəxsiyyətlərin ruhu şaddır. Çünki onların istəkləri, arzuları yerinə yetirilir. Eyni zamanda, Azərbaycanın və Türkiyənin hazırkı liderləri də sarsılmaz dostluğumuza aid böyük məna yükü olan ifadələr işlədiblər. Prezident İlham Əliyev cari ilin aprelində İstanbulda keçirilən TEKNOFEST aerokosmik və texnologiya festivalındakı çıxışında müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin fikirlərini davam etdirərək iki qardaş ölkə arasındakı münasibətləri “Bir yumruq” kimi səciyyələndirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla bağlı daim səmimi fikirlər söyləyir. Türkiyənin dövlət başçısı müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında ölkəmiz barədə söhbət açarkn bir qayda olaraq “can Azərbaycan” ifadəsindən istifadə edir. Prezident İlham Əliyev təbik məktubunda Azərbaycanla Türkiyə arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib “Əminəm ki, qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan ilə Türkiyə arasında münasibətlər birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

