BMT missiyasının Qarabağa növbəti səfəri...
10.10.2023 [11:29]
BMT missiyasının Qarabağa növbəti səfəri...
Nardar BAYRAMLI
Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyasının Qarabağa növbəti səfəri baş tutub. Missiyanın üzvləri ötən gün səhər saatlarında Ağdam-Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Qeyd edək ki, BMT missiyası bundan öncə oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir. Missiyanın ilk səfəri haqqında yayılan məlumatda etnik təmizləmənin olmadığı, hökumətimizin Qarabağda səhiyyə və digər sahələrdə fəaliyyətə başladığı, heç bir mülki infrastruktura zərər dəymədiyi bildirilirdi. Bu da Azərbaycanı ittiham edən xarici qüvvələrin niyyətini iflasa uğratdı.
Ümumiyyətlə, Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin bütün dünyada bərqərar olunmasının tərəfdarı kimi çıxış edib. Hazırda regionda yaranmış yeni vəziyyətlə bağlı bir sıra beynəlxalq təşkilatlar müxtəlif mövqelər sərgiləyirlər. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlıq etməyə hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verilməsi də humanizmdən və şəffaflığın təmin edilməsinə maraqlı olmağımızdan qaynaqlanır.
BMT-nin missiyasının 30 ildən sonra Azərbaycanın Qarabağ bölgəsinə gəlməsi müsbət haldır. Bu o deməkdir ki, Azərbaycan şəffaflığı təmin edir, xoş niyyətini və humanistliyini nümayiş etdirir. Ermənistan və separatçı rejim 30 illik işğal dövründə bu ərazini əsarətdə saxlayıb, heç bir beynəlxalq müşahidə missiyasının Qarabağa daxil olub monitorinq aparmasına, situasiyanın dəyərləndirilməsinə imkan verməyib. Azərbaycan ərazilərinin işğalı zamanı dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini erməni tərəfi hər zaman əngəlləyib. Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Amma ordumuz tərəfindən aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçirilir.
Missiyanın səfəri zamanı Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradılıb. Eləcə də, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdirilir. BMT missiyası ilk səfər zamanı Ağdam-Xankəndi yolu ilə, “Laçın” sərhəd-nəzarət-buraxılış məntəqəsinə gedərək müşahidə aparmışdılar. Onlar Qarabağ ermənilərinin məcburi deyil, könüllü surətdə Ermənistana getmələrinə şahidlik etmişdilər. Halbuki, dövlətimiz onlara vətəndaşlıq təklif edir.
Məlumdur ki, Ermənistan Qarabağ ermənilərindən istifadə edərək “etnik təmizləmə” şousu yaratmaq istəyir. Bununla da, Azərbaycana qarşı beynəlxalq təzyiqlərin göstərilməsinə çalışır. Lakin bu cəhdlər əbəsdir. Dövlətimiz Qarabağ ermənilərinə qarşı heç bir addım atmır, əksinə onların vətəndaşlıqla bağlı məsələlərini həll etmək üçün praktiki addımlar atır. Eləcə də, Qarabağın erməni sakinlərinə davamlı humanitar yardımlar göstərilir. Bütün bunlar BMT missiyasına təqdim olunur. Ona görə də, missiyanın hansısa beynəlxalq güclərin, erməni lobbisinin təsiri ilə deyil, obyektivlik meyarı əsasında mövqe ortaya qoymaları təqdirəlayiqdir. BMT dünyanın ən böyük və nüfuzlu təşkilatıdır. Azərbaycan hər zaman BMT missiyasından ədalətli yanaşma gözləyir. Missiya Qarabağa ilk səfərin yekunlarına dair mövqeyinə görə, Ermənistanın və havadarlarının hədəfinə tuş gəldi. Amma missiya üzvləri hər hansı təzyiqdən çəkinməməli, BMT-nin nüfuzunu qorumaq naminə bundan sonra obyektiv mövqe sərgiləməlidir.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

