YAP Sədrinin müavini ilə AK Parti Sədrinin birinci müavini arasında görüş keçirilib
06.10.2023 [14:35]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.
Səfər çərçivəsində oktyabrın 6-da Ankarada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala arasında görüş keçirilib.
Qonaqları salamlayan AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin sarsılmaz və bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb. O, iki ölkənin bütün taleyüklü məqamlarda qardaşlıq və həmrəylik örnəyi ortaya qoyduğunu vurğulayıb. Efkan Ala qeyd edib ki, Azərbaycan ilə Türkiyə bütün sahələri əhatə edən çoxşaxəli əməkdaşlığı dərinləşdirmək iradəsi nümayiş etdirir və əlaqələrin yüksələn xətt üzrə inkişafı böyük məmnunluq doğurur.
44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən Efkan Ala Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. O, Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib.
Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin səfərinin əhəmiyyətindən bəhs edən Efkan Ala dövlət başçılarımızın siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığını, bu kontekstdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm önəm daşıdığını diqqətə çatdırıb. O, YAP ilə AK Parti arasındakı işbirliyinin gücləndirilməsinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu söyləyib.
AK Parti Sədrinin birinci müavini həm dövlətlərimizin, həm də iqtidar partiyalarının daim birgə hərəkət edərək ortaq hədəfləri reallaşdıracaqlarına və mühüm nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.
Dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə IV Böyük Fövqəladə Qurultayını keçirən AK Partiyə nümayəndə heyəti adından uğurlar arzulayıb, qurultayın nəticələrinin həm Ədalət və İnkişaf Partiyası, həm də bütövlükdə Türkiyə Rəspublikası üçün faydalı olacağına inamını ifadə edib.
YAP Sədrinin müavini tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ikinci ölkənin olmadığını diqqətə çatdırıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq ərazi bütövlüyünü və tarixi ədaləti təmin etməsində Türkiyənin mənəvi-siyasi dəstəyinin əhəmiyyətindən bəhs edən Tahir Budaqov yeni geosiyasi reallıqların regional təhlükəsizlik və işbirliyi üçün mühüm imkanlar yaratdığını bildirib. YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın lokal xarakterli antiterror tədbirləri həyata keçirərək konstitusiya quruluşunu bərpa etdiyini və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm rolu olduğunu bildirən Tahir Budaqov partiyalarımız arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyib. YAP Sədrinin müavini qeyd edib ki, 2021-ci ildə iki partiya arasında Əməkdaşlıq Protokolunun imzalanmasından sonra işbirliyinin dərinləşdirilməsinə xidmət edən mühüm addımlar atılıb. Xüsusilə də, qarşılıqlı səfərlər və hər iki partiyanın birgə təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlər münasibətlərə dinamizm gətirib.
Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə millət vəkilləri - YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50

