“Miatsum” kitabı bağlandı!
05.10.2023 [10:16]
3 “prezident”, 1 “spiker”, 1 “dövlət naziri”, 1 “müdafiə naziri və müavini”...
Azərbaycana qarşı cinayət törədənlər qanun qarşısında cavab verirlər
Antiterror tədbirlərinin bitməsi ilə xunta rəhbərlərinin ədalət məhkəməsi önündə dayanması mərhələsinə start verildi. Ruben Vardanyan, ardından Manukyan, Mnatsakanyan, daha sonra Saakyan, Qukasyan, Arutyunyan və İşxanyan Bakıya gətirildilər. Bu, Azərbaycanın qələbəsi olmaqla yanaşı, beynəlxalq hüququn öz yerini tapmasıdır. Ölkə qanunlarını pozaraq separatçılıq meyllərinə rəvac verənlər, 30 ilə yaxın müddətdə azərbaycanlılara qarşı kütləvi soyqırımları təşkil edənlər, təxribatlar nəticəsində insanlarımızı qətlə yetirən cinayətkarlar bu gün mühakimə olunurlar. Onların cinayətləri isə bəşəri cinayətlərdir və bütün insanlığa qarşı yönəlib.
Azərbaycanın qətiyyəti...
Son proseslər bir sıra həqiqətlərin üzərinə yenidən işıq saldı - hüququn aliliyinin təmin olunmasını özünün prioriteti elan etmiş Azərbaycan dövləti hər zaman bəyan etdiyi prinsiplərə sadiqdir. Hələ II Qarabağ müharibəsi öncəsi Azərbaycan dövləti məsələlərin sülh ilə həll edilməsinin tərəfdarı kimi çıxış edir, işğala və təcavüzə məruz qalmasına baxmayaraq danışıqlar yoluna sadiqlik nümayiş etdirirdi. Bizim hüquq, beynəlxalq konvensiyalara əsaslanan haqlı mövqeyimizin qarşılığında Ermənistanın siyasi hakimiyyəti, qondarma rejimin rəhbərləri daha böyük “iştaha düşür”, yaratdıqları nağıllara inanırdılar. Nəhayət 2020-ci ildə Azərbaycan öz gücü ilə bu haqsızlığa son qoydu. Vətən müharibəsi Ermənistanın kapitulyasiya imzalaması ilə nəticələndi. Kapitulyasiyadan ötən 3 ilə yaxın dövr ərzində isə dövlətimiz daim qondarma rejimə xitabən bildirib ki, onların təslim olmaqdan başqa, Qarabağda yaşayan erməni sakinlərin rahat reinteqrasiyasına imkan verməkdən savayı yolu yoxdur. Ölkəmizə qarşı törədilən təxribatçı hərəkətlərə verilən layiqli cavablar isə terrorizmə əsaslanan qondarma rejim üçün son xəbərdarlıqlar idi. Bu il mayın 28-də Prezident İlham Əliyev Laçın şəhərində, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümündə bildirmişdi ki, onların kitabı bağlanıb: “ Buradan - uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dı?naqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
Qolubağlı ədalət mühakiməsində
Bu gün Azərbaycan Prezidentinin fikirləri, sözləri yenidən reallıqda özünü əks etdirir. Qondarma rejimin “3 prezidenti”, “1 parlament sədri”, “1 dövlət naziri”, “1 müdafiə naziri və müavini” Bakıda ədalət mühakiməsinə cavab verir. Hələ aylar öncə Azərbaycana qarşı hədə-qorxu ritorikası ilə danışan Araik Artyunyan indi Azərbaycan hüquq “mühafizə orqanlarının başlatdığı istintaq prosesində dindirilir. Vaxtilə Azərbaycana qarşı təxribatlar törədən Ruben Vardanyan bu gün məhkəmə qarşısına çıxarılır. Eyni zamanda, antiterror tədbirləri başlamamışdan öncə Xankəndidə “müqavimət” yaratmaq üçün cəm olan Qukasyan və Saakyan qolubağlı Bakıya gətirilib. Bu fakt dünya üçün çox mühüm əhəmiyyət kəsb edir - Azərbaycan bir daha bütün bəşəriyyətə hüququn aliliyininin təmin olunmasının mexanizmini nümayiş etdirdi. Azərbaycan növbəti dəfə haqqın - ədalətin qazandığı zəfərin təntənəsini ortaya qoydu...
Terrora açıq dəstək
Bəli, bu faktdır ki, Azərbaycan İsraildən sonra ikinci ölkədir ki xalqına qarşı hərbi cinayətlər və terror törətmiş şəxsləri tapır və həbs edir. Bunun mexanizmini özü tərtib edir. Antiterror tədbirləri Azərbaycan üçün olduqca mühüm idi - çünki Vətən müharibəsindən ötən 3 il ərzində dünya ictimaiyyəti, beynəlxalq aləm haqq səsimizə qarşı lazımi dəstəyi göstərmirdi. Bəzən beynəlxalq oyunçular içindən Fransa kimi ölkələr tapılırdı ki, separatizmə haqq qazandırır, onların müdafiəsini təşkil etməyə çalışırdı. Aylarla davam edən “humanitar tır” şousu buna bariz misaldır. Nəticədə Azərbaycan son addımı da atdı - cinayətkarları özü cəzalandırmalı oldu. Çünki bu hərbi cinayətkarları cəzalandırmaq üçün beynəlxalq tribunal yaratmaq istəmirlər, əksinə indi də onların müdafiəsinə çıxırlar, bəyanatlar səsləndirirlər. Hər zaman haqq-ədalətdən, demokratiyadan və insan hüquqlarından danışan bu ölkələr və güclər bilməlidirlər ki, bu, terrora açıq dəstəkdir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

