Azərbaycanın addımları humanizmə və beynəlxalq hüquqa əsaslanır
01.10.2023 [14:29]
BMT-nin beynəlxalq ekspert qrupu bölgəyə gəlib
II Qarabağ müharibəsinin bitməsi və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin ardından Ermənistan və onun havadarları ölkəmizə qarşı "beynəlxalq təzyiq" kampaniyası təşkil etməyə çalışırlar. Hər dəfə "oxları daşa" dəyən ermənipərəstlər bu yolda hansı addımlara əl atmadılar? – son 11 ayda 3 dəfə Azərbaycanla bağlı bu və ya digər məsələlərin BMT TŞ müstəvisinə çıxarılmasından tutmuş, uğursuz imzatoplama kampaniyalarına kimi bütün vasitələrdən istifadə olundu. Amma hər dəfəsində proses Azərbaycanın qələbəsi ilə nəticələndi. Azərbaycan bütün hallarda verilən suallara aydın, səlist, məntiqli və beynəlxalq hüquq çərçivəsində cavab verdi. Beləliklə, bu kimi sıralanan "erməni oyunları" fiaskoyla nəticələndi.
Getmək arzusunda olanlar…
24 saatlıq antiterror tədbirləri isə ölkəmizin suverenliyini tam təmin etdi. Dövlətimiz terror yuvasını, xunta rejimini çökdürməklə 30 ilə yaxın davam etmiş haqsızlığı aradan qaldırdı, şəffaflığı təmin etdi. II Qarabağ müharibəsindən sonra sülhyaratma prosesləri dövründə Azərbaycan birmənalı şəkildə bəyan edirdi ki, Qarabağın erməni sakinlərinə qarşı hər hansı bir fərqli standart nümayiş etdirilməyəcək – Azərbaycan qanunlarına tabe olan insanlar da digər vətəndaşlarla eyni bərabər hüquqa malik olacaqlar. Təbii ki, seçim də ermənilərin hüququdur – yəni, Azərybaycan heç kimə "çıx" demədiyi, təzyiq göstərmədiyi kimi, heç kimə də "qal" deyə əmr və ya göstəriş verə bilməz. Çıxıb getmək hüququndan istifadə etmək istəyən erməni sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün bütün şərait yaradılır – daşınma imkanları genişləndirilir, zəruri ərzaq və su tələbatı qarşılanır, tibbi müdaxilələr gərəkdiyi təqdirdə həkimlərlə təchiz olunurlar. Yəni, Azərbaycan heç kimə çıxıb getməsi üçün təzyiq göstərmir. Azərbaycan torpaqlarını tərk etmək niyyətlərini bildirənlər bu addımı öz xoşları ilə atdıqlarını açıq şəkildə ifadə edirlər. Görünür ki, onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. Biz də beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara uyğun olaraq ölkə qanunları çərçivəsində yaşamaq istəməyən ermənilərin getmək arzularını adekvat şəkildə təhlükəsiz yola salmaq imkanları yaradaraq qarşılayırq.
Ermənistan hakimiyyəti və separatçı rejim təzyiq göstərib
Eyni zamanda, Laçın dövlət sərhəd buraxılış məntəqəsində aparılan videoçəkilişlər, müsahibələr, açıqlamalar bir faktı da ortaya çıxarır. Ermənilərin Azərbaycan torpaqlarını tərk etməsinin əsas səbəkarı və günahkarı Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim olub. Onlar ermənilərə Qarabağdan çıxması üçün təzyiq göstərib. Bu faktı buraxılış məntəqəsini tərk edən ermənilər açıq şəkildə təsdiqləyir. Görünən budur ki, Ermənistan belə addımlar atmaqla özü üçün yeni "yalanlar, dezinformasiyalar" yaratmağa çalışır. Antiterror tədbirlərindən sonra ermənilərin Qarabağı tərk etməsinə Ermənistan baş naziri Paşinyanın "etnik təmizləmə" kimi şər-böhtan dolu münasibəti bunu açıq şəkildə göstərir. Halbuki Azərbaycan heç kimi ölkə sərhədlərini tərk etməyə məcbur etməyib – tam əksinə, onlara yaşadıqları ərazidə qalıb Azərbaycan qanunları çərçivəsində həyatlarına davam etmək təklif olunub.
BMT missiyası gəldi
Azərbaycan hər zaman haqqı, ədaləti müdafiə edib. Dövlətimiz bütün beynəlxalq təsisatlarla əməkdaşlı etməyə də hazır olduğunu daim bəyan edib. Bu mənada, BMT missiyasının Qarabağa gəlməsinə icazə verməmiz humanizmdən, həqiqətlərin öz yerini tapmasını arzulamamızdan qaynaqlanır. Yeri gəlmişkən, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

