Dünyada milyonlarla insan ac olsa da...
29.09.2023 [10:40]
Fransa kimi ölkələrin çirkin siyasi oyunları ...
Nardar BAYRAMLI
Azərbaycan Ordusunun 24 saat ərzində keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin təslim olması və özünü buraxması xaricdəki bəzi dairələri narahat etməyə başlayıb. Bu dairələr Qarabağdan Ermənistana könüllü gedən erməni sakinlərdən növbəti siyasi şou düzəltməyə çalışırlar.
Mövcud vəziyyəti yenə də “humanitar böhran” kimi təqdim etmək üçün uğursuz addımlar atmağa çalışan müəyyən beynəlxalq dairələr ard-arda bəyanatlar verməkdədirlər. Həmin bəyanatlarda Ermənistana könüllü gedən Qarabağ erməniləri “son hərbi əməliyyatlardan zərərçəkənlər” kimi də təqdim edilir. Artıq onlar üçün maliyyə yardımı ayırmaq üçün növbəyə düzülənlər də var. Belə ki, Avropa Komissiyası bəyanat yayaraq “Qarabağdan əhalinin kütləvi şəkildə Ermənistana köçməsi səbəbindən yaranmış böhranda insanların artan ehtiyaclarını ödəmək üçün 5 milyon avro ayıracağını” bildirib. Bundan əlavə, qeyd olunub ki, Avropa İttifaqı regiona humanitar ekspert də göndərəcək və o, böhrana sürətli reaksiyanı təmin etmək üçün yerdə humanitar tərəfdaş təşkilatlarla işləyəcək.
Sentyabrın 26-da ABŞ Ermənistana köçən Qarabağ ermənilərinə 11,5 milyon dollar ayırdığını açıqlayıb. İsveç isə bu məqsədlə Beynəlxalq Qızıl Xaç Komitəsinə 15 milyon İsveç kronu (1,3 milyon ABŞ dollarından çox) ayırıb. Bu prosesdə Fransa daha çox canfəşanlıq edir. Belə ki, Fransa hökuməti Qarabağdan gedən erməni vətəndaşları üçün 7 milyon avro ödəmək barəsində qərar qəbul edib. Bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini məlumat verib. Səfir bildirib ki, Fransa bundan əlavə Xankəndidə yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində yaralanan və Ermənistana gətirilən insanlar üçün də dərman yardımı göndərməyə hazırlaşır.
Maraqlıdır ki, dünyada aclıqdan əziyyət çəkən ölkələr olduğu halda bəzi Qərb və Avropa dövlətlərinin Cənubi Qafqaza yönəlik bu canfəşanlığı başadüşülən deyil. Faktlarla bunu sübut etmək olar - Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan Dünya Qida Proqramının rəsmi məlumatına görə, hər il 9 milyon insan acından ölür. 5 yaşından kiçik 149 milyon uşaq isə adekvat qida çatışmazlığı səbəbindən sağlam böyüyə bilmir. 2022-ci ilin iyul ayında Dünya Ərzaq Proqramı aclıqla üzləşən təxminən 828 milyon insandan 345 milyonunun kəskin aclıq keçirəcəyi barədə xəbərdarlıq etmişdi. Keçən il təxminən 193 milyon insan kəskin şəkildə qida çatışmazlığından əziyyət çəkib. Ukrayna münaqişəsinin ərzaq qiymətlərinə və mövcudluğuna təsiri və Afrika Buynuzu bölgəsində son 40 ilin ən pis quraqlığı vəziyyəti daha da pisləşdirib. Ukrayna taxılı bu il Afrikaya çatmasa, qitədə 10 milyonlarla insan fəlakətlə qarşılaşacaq.
Dünyanın müxtəlif qeyri-hökumət təşkilatları aclıqdan əziyyət çəkən milyonlarla insana görə daim həyəcan təbili çalır, dövlətləri onlara yardım göstərməyə çağırır. Nəzərə almaq lazımdır ki, Afrikanın bir çox hissəsi məhz Fransanın müstəmləkəsi olub və hələ də bu ölkənin təsiri altında olanlar var. Bəs nə üçün Fransa kimi ölkələr açlıqdan əziyyət çəkən milyonlarla insanı düşünmür, Cənubi Qafqaza soxulmaq üçün min bir fənddən istifadə etməyə çalışır? Demək ki, burada onlar üçün insan amili yox, geosiyasi maraqlar öndə dayanır. Ermənilər həmişə beynəlxalq güclərin əlində alət olduğu üçün bu yanaşma anlaşılandır. Amma bu dəfə məqsədlərinə nail ola bilməyəcəklər!
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

