BMT TŞ-yə “yeni üzvlər”
22.09.2023 [10:20]
Almaniya iddialıdır, Türkiyənin isə haqqıdır
Günel ABBAS
Dünyanın ən böyük siyasi təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının (BMT) formatı və strukturunun dəyişməsi ilə bağlı bir sıra laiyhələr səslənməkdədir. Dünyanın aparıcı siyasi mütəxəssisləri qurumun ən ali orqanı sayılan Təhlükəsizlik Şurasının da dəyişikliyə ehtiyac duyduğunu düşünür. Qeyd edək ki, II Dünya Müharibəsindən sonra yaranan BMT dünyada sülhün və təhlükəsizliyin təmini ilə bağlı funksiyaları həyata keçirir. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üzrə əsas məsuliyyət isə Təhlükəsizlik Şurasının üzərinə düşür. Hazırda BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır və onlardan ABŞ, Böyük Britaniya, Çin Xalq Respublikası, Fransa və Rusiya Federasiyası qurumun daimi üzvləri, digər 10 ölkə isə iki il müddətinə seçilmiş qeyri-daimi üzvlərdir. Qeyri-daimi üzvlərin hər il beşi öz “müddətini başa vururaq” dəyişir.
Şuranın hər üzvü bir səsə malikdir və prosedur məsələlər istisna olmaqla bütün işlərdə Qərarlar şuranın beş daimi üzvünün səslərinin üst-üstə düşməsilə qəbul edilir. Bu qərarlar məcburi xarakter daşıyır və BMT-yə üzv olan dövlətlər həmin qərarlara riayət etməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvü olmaq isə hər bir dövlətin arzusudur - bu, həmin ölkənin dünyada qlobal aktor kimi qəbul olunmasının göstəricisi sayılır. Hazırda daimi üzvlüyə can atan ölkələrdən biri də Almaniyadır. Yeri gəlmişkən, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Almaniya BMT Təhlükəsizlik Şurasında daimi yer almaq üçün işini davam edəcək.
Diplomat vurğulayıb ki, Almaniya Federativ Respublikasının daimi üzv olmasını XXI əsrin reallıqlarını daha çox nəzərə alan genişmiqyaslı modernləşmənin bir hissəsi kimi görə bilərik.
Qeyd edək ki, son dövrlərdə aktiv siyasi fəallığı ilə seçilən Türkiyənin fəaliyyəti qlobal aktor səviyyəsindədir - NATO-nun ikinci ən güclü ordusuna malik rəsmi Ankara hərbi qarşıdurmaların geniş miqyas aldığı regionlarda sabitliyin və təhlükəsizliyin formalaşdırılması, terrora qarşı mübarizədə aktivlik nümayiş etdirir. Rusiya-Ukrayna müharibəsində vasitəçi kimi rolu, “Taxıl sazişi”nin imzalanmasındakı xidməti, Cənubi Qafqazda sülhün bərqərar olunması yönündə addımları, Yaxın Orta Şərqdə sabitliyin formalaşmasındakı qətiyyəti Ankaranın qarşıdakı mərhələdə BMT TŞ-nin daimi üzv olması üçün böyük perspektiv yarada bilər.
Politoloq Yeganə Hacıyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırkı mövcud dünya düzənində BMT Təhlükəsizlik Şurası dünyanın maddi-mənəvi resurslarının gələcək taleyi ilə bağlı məsələlərə məhz daimi üzvlərin maraq dairəsindən yanaşır: “Bu, heç bir halda ədalətli deyil və İkinci Dünya Müharibəsindən sonra formalaşan ədalətsiz bir yanaşmadır. Bu mənada, ikinci dünya müharibəsinə başlamaqla dünyanın təhlükəsizlik sistemini sıradan çıxaran Almaniya kimi bir ölkənin Təhlükəsizlik Şurası üzvlüyünə iddiası da absurd yanaşmadır”.
Politoloqun fikrincə, dünyada sülhün və stabilliyin təmin olunmasında iştirak edən, İslam dünyasının müdafiəçisi qismində çıxış edən Türkiyə kimi bir ölkənin isə Təhlükəsizlik Şurasında təmsil olunmaması ən böyük ədalətsizliklərdəndir. “Türkiyənin Təhlükəsizlik Şurasına üzv qəbul olunması üçün olduqca münbit və zəruri zəmin mövcuddur. Bu gün dünyanın ən aktiv nöqtələrindən sayılan Yaxın Şərqdə Türkiyə kifayət qədər nüfuzludur və mühüm söz sahibidir. Nəzərə alsaq ki, Yaxın Şərq dünyanın resurs mərkəzi kimi kifayət qədər populyardır. Eyni zamanda, bu region XX əsrin sonlarında maraqları ən çox zədələnmiş bölgə sayılır. Çünki dünyanın bir sıra ölkələri öz xarici siyasətində islamafobiyanı əsas vektor seçərək Yaxın Şərqdə destruktiv fəaliyytələ məşğul olublar. Bunu da Yaxın Şərqdə terrorist qrupların olması və onlarla mübarizə aparılması ilə izah ediblər”, - deyən Y.Hacıyevanın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında Türkiyə kimi bir dövlətin olması bu kimi ədalətsizliklərin aradan qalxmasına ciddi töhfə verə bilər: “XXI əsrin əvvəlindən başlayaraq BMT Təhlükəsizlik Şurasının mövcud təhlükəsizlik konstruksiyasına adekvat cavab vermədiyinin şahdidi oluruq. Bunu Türkiyə də, hətta BMT-nin baş katibi də bildirib. Bu mənada, Almaniyanın quruma daimi üzv kimi uyğun görülməsi xristian həmrəyliyi və dünyaya müəyyən bir qrupun pəncərəsindən baxmaq yanaşmasının davamıdır. Məsələ ondadır ki, bəzi dünya güclərinin XXI əsrin əvvəlindən başlyaraq özünün xarici siyasətinin vektoru kimi İslamı və terrorizmi identifikasiya etməsi hazırda geniş vüsət alan İslamofobiya təzahürlərini artırıb. Bu mənada, İslama qarşı olan, həmrəylik və humanizm dini sayılan İslamı terrorla eyni xarakterizə etməyə çalışan bir nəsil foramalaşdırılır. Bunun nəticəsidir ki, özünü demokratik sayan ölkələrdə 2 milyarddan çox insanın dini etiqad kitabı olan müqəddəs Quranin - Kərimin yandırılması sadəcə, ifadə azadlığı kimi “izah edilir”. Ancaq bu amil dünyanın mövcud konstruksiyasında kəskin qütbləşmə və bundan da müəyyən qrupların faydalanması siyasətinin güdülməsidir”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

