Nyu-Yorkdan Zəngəzur dəhlizi sədası...
21.09.2023 [10:30]
Yaranmış və getdikcə gərginləşən geosiyasi vəziyyət fonunda geniş Avrasiya coğrafiyasında şaxələndirlmiş kommunikasiyalara ehtiyacı heç vaxt olmadığı qədər artırıb. Sonu görünməyən müharibə səbəbindən daşımaların Rusiya və Ukrayna ərazilərindən həyata keçirilməsi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Belə bir şəraitdə Zəngəzur dəhizinin önəmi getdikcə daha aydın görünür. Uzaq Çini, Mərkəzi Asiya dövlətlərini Azərbaycan və qardaş Türkiyə üzərindən Avropa məkanına bağlayan Orta dəhlizin davamı kimi inkişaf etdirilməsi nəzərdə tutulan bu marşrut ölkələrə və daşıma şirkətlərinə yeni imkanlar təqdim edəcək. Bu və digər önəmli cəhətlərinə görə Zəngəzur dəhlizinin yaradılmasına bütün region dövlətləri kimi, Türkiyə də böyük maraq göstərir.
Qardaş ölkənin israrlı yanaşması
Qardaş Türkiyə Zəngəzür dəhlizinin yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyən və bu məsələdə israrlı mövqe ortaya qoyan ölkədir. Prezident Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin birmənalı mövqeyini növbəti dəfə BMT Baş Assambleyasındakı çıxışında diqqət mərkəzinə gətirib. O vurğulayıb ki, Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik.
Bütövlükdə, Zəngəzur dəhlizinin açılması Türkiyənin gündəliyində çox vacib bir məsələ kimi dayanır. Bu günlərdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dəmir yolu administrasiyalarının təşkilatçılığı ilə İstanbulda “Türk Dövlətləri Multimodal Nəqliyyat və Logistika Forumu” keçirilib. Forumda Orta və Cənub nəqliyyat dəhlizlərinin imkanları, genişləndirilməsi, yükdaşımaların təhlükəsizliyi, türk dövlətləri arasındakı əməkdaşlıq və perspektivdəki işlər müzakirə olunub. Tədbirdə Türkiyənin müvafiq qurumlarının rəsmiləri Zəngəzur dəhlizinin açılmasının zəruriliyinə xüsusi diqqət çəkiblər. “Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq önəmli addım olacaq. Biz onun ən qısa zamanda reallaşması üçün Azərbaycanla sıx işləyirik. Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq bunu qısa zamanda həyata keçirəcəyik”. Bu fikirləri logistika forumunda Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu ifadə edib. Onun sözlərinə görə hazırda Zəngəzur dəhlizi ilə bağlı yeni fürsətlər yaranıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım da “X”də Zəngəzur dəhlizi ilə bağlı ölkəsinin optimist yanaşmasını ortaya qoyub. O, “Zəngəzur dəhlizinin açılması Orta dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”, - deyə vurğulayıb.
Ermənistan səfirindən əcaib-qəraib açıqlama
Təəssüf doğuran haldır ki, məğlub Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Aradan üç ilə yaxın vaxt ötməsinə baxmayaraq, bu ölkə kommunikasiyaların açılması istiqamətində hansısa bir əməli addım atmayıb. Açıq-aydın görünür ki, məğlub Ermənistan digər məsələlərə münasibətdə olduğu kimi, Zəngəzur dəhlizinin açılmasında da maraqlı deyil. Bu ölkə hər vəchlə kommunikasiyaların açılmasını əngəlləməyə çalışır və bu məqsədlə müxtəlif manipulyasiyalara əl atır. Halbuki regionda kommunikasiyaların açılması Ermənistanın öhdəliyidir. Rəcəb Tayyib Ərdoğan da BMT tribunasından məhz bunu xatırladıb və Ermənistana çağırış edib.
Zəngəzur dəhlizi ilə bağlı növbəti əcaib-qəraib açıqlama Ermənistanın xüsusi nümayəndəsi, səfir Edmon Marukyandan gəlib. O, Türkiyə Prezidentinin səsləndirdiyi fikirlərə münasibət bildirib. Səfir Ermənistanın Zəngəzur dəhlizini açmayacağını diqqətə çatdırıb. Edmon Marukyan İTV-nin efirindən bildirib ki, Ermənistanın Zəngəzur dəhlizini açmaq öhdəliyi yoxdur. O iddia edib ki, məsələ süni şəkildə dövriyyəyə buraxılır.
Səfirin ifadə etdiyi fikirlər ziddiyyətlidir və bir-birini təkzib edir. O, gah nala vurur, gah da mıxa. Bir tərəfdən deyir ki, ölkəsi kommunikasiyaların açılmasına hazırdır, digər tərəfdən isə “Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşıdır və bundan sonra da əleyhinə olacaq” fikrində israr edir.
Məsuliyyətsiz dövlət olan Ermənistanın digər rəsmiləri kimi, səfir Edmon Marukyanın da israrı yersiz və mənasızdır. Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir, o cümlədən də kommunikasiyaların açılması ilə bağlı işlərə, nəhayət ki, start verməlidir.
Xatırladaq ki, Zəngəzur dəhlizi ideyası bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gündəmə gəlib. Dövlətimizin başçısı üçtərəfli Bəyanat imzalanarkən Azərbaycanın əsas hissəsi ilə üç onillik ərzində blokadada qalan Naxçıvan arasında kommunikasiyaların bərpası ilə bağlı müvafiq bəndin sənədə daxil olunmasını təkid edib. Həmin müddəa üçtərəfli Bəyanatda öz əksini tapıb. Sonradan Azərbaycan Prezidenti bəhs olunan marşrutu tarixi gerçəkliklərə əsaslanmaqla, Zəngəzur dəhlizi adlandırıb və bu termin beynəlxalq səviyyədə də məhz belə qəbul olunub.
Zəngəzur dəhlizinin yaradılmasında ölkəmizin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev Azərbaycanın prinsipial yanaşmasını dəfələrlə diqqətə çatdıraraq bildirib ki, Ermənistan istəsə də, istəməsə də bu dəhliz yaradılacaq.
Zəngəzur dəhlizinin açılması regionda sabitlik, etimad və əməkdaşlıq mühitinin möhkəmlənməsi üçün bir vəsilə olacaq. Kommunikasiyaların bərpasından sonra Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri, o cümlədən də Ermənistan yeni infrastruktur layihəsindən fayda götürəcək. Bunu Ermənistan rəsmiləri nə qədər tez anlasalar və etiraf etsələr, məğlub ölkə üçün bir o qədər faydalı olar.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

