Sülh üçün daha çox manipulyasiya
19.09.2023 [10:30]
Məğlub ölkənin sülh prosesini yubatması onun üçün daha ağır fəsadlarla nəticələnəcək
44 günlük müharibə başa çatandan sonra Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə start verildi. Gözlənilirdi ki, bu proses uzun çəkməyəcək. Çünki müharibənin qalib tərəfi olan Azərbaycanın birmənalı mövqeyi bəlli idi. Azərbaycan Prezidenti bildirmişdi ki, ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Ölkəmiz qısa vaxt ərzində beynəlxalq prinsiplər nəzərə alınmaqla mükəmməl sülh paketi hazırlayaraq qarşı tərəfə təqdim etdi. Özü də ölkəmiz sülh təşəbbüsü ilə çıxış edərkən müharibənin qalib tərəfi olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmürdü və özünün mövqeyinə hazırda da sadiqdir. Məğlub Ermənistanın sülhyaratma prosesinə yanaşması isə tamam əks qütbdən diqqət çəkir.
N.Paşinyanın, V.Xaçaturyanın boğazdanyuxrı “yeni” sülh “çağırışları”
Belə qənaət hasil olur ki, baş nazir Nikol Paşinyan başda olmaqla Ermənistanın əksər yüksəksəviyyəli rəsmiləri üçün sülhdən dəm vurmaq bir növ siyasi hobbiyə çevrilib. Aşığın sözü qurtaranda “balam ey”, “balam ey” təkrarladığı kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunanlar da elə hey ölkələrinin üçtərəfli Bəyanata və sülh prosesinə sadiq qalmalarından danışırlar. Bu günlərdə Nikol Paşinyan növbəti dəfə sülhyaratma prosesindən bəhs edib. Məğlub ölkənin lideri jurnalistlərə açıqlamasında bildirib: “Mən həmişə Ermənistanla Azərbaycan arasında sülh sazişinin ilin sonuna qədər imzalanmasını mümkün hesab edirəm, çünki belə bir sazişi imzalamaq üçün öz üzərimə siyasi öhdəlik götürmüşəm. Bəli, ilin sonuna kimi imza atmağı mümkün hesab edirik”.
Bununla belə, özünü “sülh göyərçini” qiyafəsində təqdim etmək istəyən N.Paşinyan, necə deyərlər niyyətinə əmma qoymağı da unutmayıb. O qeyd edib ki, hələlik Ermənistanın maraqlarına cavab verən razılaşdırılmış sənəd yoxdur. N.Paşinyan Ermənistanla Azərbaycan arasında Qrenadada keçirilən görüşdə saziş bağlanmayacağını da jurnalistlərin diqqətinə çatdırıb.
Qeyd edək ki, payız aylarında İspaniyanın Qrenada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammit çərçivəsində Ermənistan və Azərbaycan rəsmiləri arasında görüş keçiriləcəyi də istisna olunmur.
Eyni zamanda, “susmaq qızıldır” devizi ilə çalışan Ermənistan prezidenti Vaaqn Xaçaturyan da sülhdən danışıb. O bildirib ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa çalışır, lakin əsas fikir ayrılığı Qarabağ məsələsi ətrafında qalır. Bunu Ermənistan prezidenti İrəvan Ağsaqqallar Şurasına seçkilərdəki səsvermədən sonra deyib. O bildirib ki, çox çətin danışıqlar prosesi gedir. Prezident bu halı nəzərə almağa çağırıb. Vaaqn Xaçaturyan, eyni zamanda qeyd edib ki, sülh müqaviləsinin tezliklə imzalanması Ermənistanda gələcəyə inam, etimad mühiti yaradacaq, sərhədlərin və suverenliyin toxunulmazlığını təmin edəcək.
Açıq-aşkar məsuliyyətsizlik və riyakarlıq
Ermənistanın baş nazirinin və prezidentinin sülhdən danışmaları yeni bir şey deyil. Məğlub ölkənin rəsmiləri son üç ilə yaxın dövrdə “Ermənistan sülhyaratma prosesini irəli aparmaq istəyir” ifadəsini dəfələlə təkrarlayıblar. Ancaq bunun sülh prosesinə hər hansı bir aidiyyatı yoxdur. Ermənistan rəsmilərinin verdikləri açıqlamaları “sülh üçün daha çox manipulyasiya” anlamına gəlir. Həqiqətən də Nikol Paşinyan və onun komandasında yer alan digər rəsmilər sülhyaratma prosesini qərəzli manipulyasiya predmetinə çeviriblər. Ermənistanın davranışları bu ölkənin rəsmilərinin sülhyaratma prosesi ilə bağlı ifadə etdikləri fikirlərlə daban-dabana ziddiyyət təşkil edir. Nikol Paşinyan Ermənistanın lideri olaraq Praqada, Brüsseldə, həmçinin İrəvanda daxili auditoriya qarşısında Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ancaq izlənilən proseslər Ermənistan liderinin səmimi olmadığını təsdiqləyir.
Aradan üç ilə yaxın müddət ötsə də, N.Paşinyan hökuməti üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin heç birini yerinə yetirməyib. Erməni silahlı birləşmələri indiyədək Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmayıb. Azərbaycanın Qarabağ iqtisadi rayonunda hələ də qalan erməni silahlıları bəhs olunan ərazidə davamlı şəkildə silahlı təxribatlar törədirlər. Belə təxribatlara həmçinin iki ölkə arasındakı şərti sərhədlərdə də əl atılır.
Üçtərəfli Bəyanatın doqquzuncu bəndində bildirilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir”. Ermənistan burada da məsuliyyətsizlik ortaya qoyur. İndiyədək bu ölkədə kommunikasiyaların açılması istiqamətində hansısa bir addım atılmayıb.
Son vaxtlarda Ermənistan rəhbərliyi Laçın-Xankəndi yolunu növbəti manipulyasiya predmetinə çevirib. Ərazi bütövlüyümüzü tanıyan Ermənistan hansı əsasla ölkəmizin razılığı alınmadan Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün humanitar yardım göndərmək istəyir və bu şouya Fransanı da qoşur?
Və yaxud götürək Vaaqn Xaçaturyanın yuxarıda xatırlatdığımız son açıqlamasını. O iddia edib ki, İrəvanın Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsini həll edə bilməsi üçün atmosfer yetişib. Yenə də Azərbaycanın suverenliyinə hörmətsizlik ortadadır. İrəvanın suveren dövlətin - Azərbaycanın vətəndaşlarının təhlükəsizliyini təmin etməyə heç bir hüquqi əsası yoxdur. Xankəndidəki erməni azlığın hüquqlarına təminatı məhz Azərbaycan Konstitusiyası verir. Şübhəsiz ki, bunu Vaaqn Xaçaturyan da bilməmiş deyil. N.Paşinyanın, V.Xaçaturyanın boğazdanyuxarı sülh çağırışları riyakarlıqdan başqa bir şey deyil. Ancaq onlar belə riyakarlığı sonsuzluğa qədər davam etdirə bilməzlər. Ermənistan bir dəfə işğalçılıq siyasətinin ağır cəzasını alıb. Sülh prosesinin yubanmasının məğlub ölkə üçün fəsadları isə daha ağır olacaq.
M.ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19

