BMT-dən Azərbaycanın ərazi bütövlüyünə dəstək
14.09.2023 [10:45]
Ermənistan çağırışlara əməl etməlidir, əks halda...
Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirməsi Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Artıq bir sıra beynəlxalq təşkilatlar və dövlətlər həmin saxta “seçkiləri” pisləyib və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bir daha ifadə ediblər.
Stefan Dyujarik BMT TŞ-nin qətnamələrini xatırladıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) da separatçı erməni rejiminin “prezident seçkiləri”nə münasibət bildirib. BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarik bəyanatla çıxış edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladaraq bildirib ki, bu qətnamələr Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edir. BMT Baş katibinin nümayəndəsi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və suverenliyinə hörmətlə yanaşmağa çağırıb. Stefan Dyujarik Azərbaycanla Ermənistanı qarşılıqlı münasibətləri normallaşdırma prosesini sürətləndirməyə dəvət edib və nəzərə çatdırıb ki, bu, regionun təhlükəsizliyi üçün çox əhəmiyyətlidir.
Ümumiyyətlə, Azərbaycan ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız dövlətimizin Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim isə 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur. Qondarma “seçkilər” Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qanunsuz “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Bu baxımdan, BMT Baş katibinin nümayəndəsinin Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa və suverenliyinə hörmətlə yanaşmağa çağırması təqdirəlayiqdir.
27 il kağız üzərində qalan qətnamələr
Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə təmaslara mane olması ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdiddir. Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Stefan Dyujarikin xatırlatdığı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə, sözügedən dörd qətnamə 1993-cü ildə qəbul olunub və bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. Hansı ki, həmin il Ermənistanın işğalı daha geniş miqyas almışdı və bu da bir neçə rayonun hərbi təcavüzün qurbanı olması ilə nəticələnmişdi. Lakin həmin qətnamələr 27 il kağız üzərində qaldı və beynəlxalq birlik, o cümlədən BMT buna görə Ermənistana heç bir təzyiq göstərmədi.
Artıq vəziyyət dəyişib
Həmin qətnamələrin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə hal oldu.
Artıq vəziyyət dəyişib, 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad edən Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Ermənistan müharibədən keçən dövr ərzində dəfələrlə təxribatlara əl atsa da, bunun acı nəticələrini yaşayıb. Çünki Azərbaycan ordusu qarşı tərəfi bu təxribatlara görə peşman edib. Bu baxımdan, rəsmi İrəvan bundan sonra BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarikin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və suverenliyinə hörmətlə yanaşmalıdır” çağırışına ciddi əməl etməlidir. Əks halda, yenə peşman olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

