Qondarma “seçkilər” beynəlxalq səviyyədə pislənilir
12.09.2023 [10:55]
Nardar BAYRAMLI
Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət ölkəmizin Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin qanunsuz “seçkilər”lə bağlı bəyanatında bildirilir ki, ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir. Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir. Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Qeyd edilən addım Ermənistanın son dövrdə xüsusilə, kəskinləşən təxribatçı və təhrikedici fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan Respublikasının konstitusion çərçivəsinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Ermənistan öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməli, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialara son qoymalı, normallaşma prosesində konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Ermənistanın Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilər ilə dialoquna maneə olması Azərbaycan Respublikasının daxili işlərinə kobud müdaxilə, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı qəsddir. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaqdır. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Qeyd edək ki, qondarma “seçki günü” və ondan sonra da bir sıra ölkələr və beynəlxalq təşkilatlar qanunsuz bu rejimin məlum addımını pisləyiblər. Bu barədə ilk olaraq qardaş Türkiyə, Moldova və Ukrayna tərəfindən bəyanat verilib. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Türkiyə Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi “prezident seçkilərini” tanımır: “Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”. Qeyd olunub ki, qondarma “seçkilər” beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin pozulmasıdır.
Türkiyə XİN Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir vaxtda keçirilən bu “seçkiləri” pisləyib və onu danışıqları sarsıtmağa yönəlmiş addım kimi qiymətləndirib. “Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və yaxın gələcəkdə uzunmüddətli sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə inamını qorumaqdadır”, - deyə Türkiyə XİN bəyan edib.
Moldova və Ukrayna XİN-nin bəyanatlarında da həmin “seçkilər” pislənilir və onun əhəmiyyətsiz olduğu vurğulanır. Pakistan, Gürcüstan və Özbəkistan XİN-ləri də qanunsuz rejimin keçirdiyi qondarma “seçkiləri” tanımadıqlarını bəyan ediblər.
Bir sıra beynəlxalq təşkilatlar da Qarabağ separatçılarının addımını pisləyiblər. Məsələn, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bəyan edib ki, Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur: “Humanitar vəziyyət və beynəlxalq normalara hörmət əsasdır. Avropa Şurası gərginliyi azaltmağa, dialoqa başlamağa və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”.
Eyni zamanda, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, TÜRKPA, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlar da qondarma “seçkiləri” pisləyib. Bildirilib ki, Azərbaycanın müvəqqəti olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşən beynəlxalq səviyyədə tanınmış Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər” regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına yönələn bu qeyri-legitim “seçkilər” tanına bilməz. Bütün bunlar regionda sülhə təhdiddir.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

