Moskva növbəti dəfə mövqeyini açıqladı
07.09.2023 [11:30]
İrəvan ciddi düşünməlidir
Avqustun 16-da BMT TŞ-da aparılan müzakirələr mühüm nəticələrə yol açmaqla yanaşı, bir sıra reallıqları yenidən üzə çıxardı. Ermənistan - Fransa tandeminin apardığı “siyasi xəttin” regional təhlükəsizliyə təhdid yaratması, Azərbaycanın irəli sürdüyü təkliflərin, şərtlərin beynəlxalq hüquqa söykənməsi növbəti dəfə öz təsdiqini tapdı. Bu məqam olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki Ermənistanın qərəzli və əsassız iddiaları iki ölkə arasında münasibətlərin normallaşması prosesini ləngitməklə yanaşı, regionun ümumi inkişaf tempinə də mane olur. İrəvanın çıxılmaz dalanda “israr etməsi” isə zaman itkisindən başqa bir işə yaramır.
Ermənistan hələ də ümid edir. Məsələn, qondarma separatçı qurum daxilində “hərəkətlənmə” yaratmaqla və ya “xarici dəstək” fonu təşkil etməyə çalışmaqla hazırki prosesin axarını dəyişəcəyini düşünür. Amma anlamır ki, 2020-ci ilin noyabrında Azərbaycan tərəfindən formalaşdırılan yeni siyasi-hərbi reallıqlar bölgənin gələcək inkişaf trayektoriyasının əsas konsepsiyasıdır. Bu konsepsiya bütövlükdə inkişafı, əməkdaşlığı və sülhü təbliğ edir - Ermənistanın yersiz israrları isə yalnız və yalnız onun özünə ziyan gətirir.
Siyasi ikiüzlülük...
10 gündür ki, Ağdam-Xankəndi yolunda gözlədilən humanitar yüklər ətrafında yaradılmasına çalışılan siyasi şou bitmək üzrədir - Fransa və Ermənistan növbəti dəfə tam əmin oldular ki, dünya birliyi Qarabağı Azərbaycan torpağı kimi tanıyır - əslində onların bu addımında böyük ziddiyyət yatır. Ötən il Praqa görüşü zamanı Ermənistan ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Bu görüşdə Fransa da iştirak etmişdi. İndiki halda, Ağdam-Xankəndi yolundan istifadəyə qarşı çıxmaqla həm Fransa, həm də Ermənistan öz bəyanatlarını inkar etmiş olurlar. Bu isə siyasi ikiüzlülükdür. BMT TŞ-da Ermənistanın “arzularına” qarşı səslənən bəyanatlar isə İrəvanın artıq sülhə təhdid olmaqdan əl çəkməyə növbəti çağırış da sayıla bilərdi.
Moskva növbəti dəfə bəyan etdi...
Və bu məsələdə Rusiyanın mövqeyi xüsusilə seçilir - düzdür, Ermənistan müttəfiqi olaraq Rusiyanın BMT TŞ masası arxasında onun “lehinə” danışacağını düşünsə də, bu belə olmadı. Ardından isə Rusiya özünün mövqeyinə növbəti dəfə aydınlıq gətirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Moskva humanitar yüklərin Ağdam marşrutu ilə maneəsiz buraxılmasının tərəfdarıdır. O bildirib ki, Rusiya məsələni siyasiləşdirməyin əleyhinədir: “Ermənistan hakimiyyətinin ritorikası təkcə məsuliyyəti başqalarının üzərinə atmaq deyil, həm də məsələnin həllini çətinləşdirmək məqsədi daşıyır. Rusiyaya qarşı ittihamlar yolverilməzdir. Ölkəni təmsil edən insanlar öz bəyanatlarında daha məsuliyyətli olmalıdırlar”.
Mariya Zaxarova qeyd edib ki, Moskva üçtərəfli razılaşmalar çərçivəsində hərəkət edir.
İrəvan “nəticə” çıxaracaqmı?
Göründüyü kimi, Rusiya Ermənistanı üçtərəfli bəyanata riayət etməyə çağırır. Üstəgəl, Moskva etiraf edir ki, İrəvan məsələnin həllini çətinləşdirməyə çalışır. Əslində bu “çətinləşdirmə” məsələsinin bəzi nüansları Moskvanın da maraqlarına cavab vermir. O baxımdan ki, Kreml hər zaman məsələnin “üçlü formatda” həlli üçün çalışıb. Hətta Brüssel formatı əsasında belə iki dövlət arasında normallaşmanın tez bir zamanda başa çatması müəyyən mənada Moskvanın mənafeyinə cavab verir - əsas odur ki, Ermənistan “Qərbə inteqrasiya” prosesini daha da “inkişaf etdirməsin”. Başqa sözlə, Fransa Ermənistanda tam söz sahibinə çevrilməsin. Yəni bu gün Rusiyanın nümayiş etdirdiyi mövqe həm də Ermənistana xəbərdarlıqdır. Son günlərdə hərbi-siyasi sferada “sürüşkən” mövqe nümayiş etdirən Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır.
Ermənistan Rusiyanı “sakitləşdirmək” istəyir
Zaxarovanın bəyanatı Ermənistanda böyük ajitotaj yaradıb. Sosial şəbəkələr Rusiyanın növbəti dəfə bu tipli mövqe nümayiş etdirməsini hazırki siyasi hakimiyyətin addımları ilə bağlayır. Hətta bəzi rəsmi şəxslər Rusiya qarşısında “günahsızlığını sübut etmək” üçün fərqli yollara əl atır. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın nümayəndəsi Ruben Rubinyan bildirib ki, Ermənistanın “anti-Rusiya alətinə çevrildiyi” fikrinin heç bir məntiqi yoxdur. Rubinyan Ermənistanın Aİ-nin monitorinq missiyasını KTMT missiyasından üstün tutması ilə bağlı iddiaları təkzib edib. Aİ müşahidəçilərinin gəlişi ilə bağlı qərar 2022-ci ilin oktyabrında Praqada qəbul edilib, o zaman KTMT müşahidəçiləri ilə bağlı məsələ gündəmdə yox idi. Bundan əvvəl KTMT-nin qısamüddətli missiyası Ermənistana gəlmişdi. Rəsmi İrəvan bu təşkilatın üzvüdür və Ermənistana hücum (Rubinyan Azərbaycanın öz torpaqlarını azad etməsini bu cür təqdim edir - red.) baş verəndə biz haqlı olaraq dəstək gözlədik. Lakin bunların heç biri baş vermədi. Buna görə də bizim Rusiya ilə fikir ayrılıqlarımız yarandı” - deyə vitse-spiker bildirib.
Beləliklə, Ermənistan Rusiyanın son xəbərdarlığının mahiyyətini dərk etməkdədir. Proseslərin gedişi isə nəticəni müəyyənləşdirəcək...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35

