Aqrar respublikadan sənaye ölkəsinə...
01.09.2023 [10:52]
Özbəkistan müstəqillik yolu ilə inamla irəliləyir
Bu gün dost Özbəkistanın müstəqillik günüdür. 31 avqust 1991-ci ildə Daşkənddə Özbəkistan SSR Ali Sovetinin növbədənkənar sessiyasında “Özbəkistan Respublikasının dövlət müstəqilliyinin elan edilməsi haqqında” qərar və “Dövlət müstəqilliyinin əsasları haqqında” qanun qəbul edildi. Qərarda Özbəkistan SSR-in adı dəyişdirilərək Özbəkistan Respublikası adlandırıldı. Ölkədə hər il sentyabrın 1-i müstəqilliyin bərpa olunması şərəfinə bayram kimi qeyd olunur.
Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşən Özbəkistanın ərazisi 448.900 kvadratkilometrdir, onun 426.800 kvadratkilometri quru, 22.000 kvadratkilometri isə su sahəsidir. Əhali sayı 35 milyonu ötüb. Dost ölkə qədim tarixə malikdir. Burada əsrlər boyunca zəngin ənənələr və özünəməxsus mədəniyyət formalaşıb. Bunu ölkə boyunca rast gəlinən saysız-hesabsız tarixi abidələr də təsdiqləyir. Təkcə Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada 140-a yaxın memarlıq abidəsi var. Səmərqənddəki Bibixanım məscidi İslam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Qədim Xivə isə müxtəlif dövr və xalqlara məxsus tarixi abidələrin məkanı olduğu üçün 1967-ci ildə, İçan-Qala isə 1990-da YUNESKO-nun Ümumdünya irsinə daxil edilib.
Siyasi sistemin ardıcıl təkmilləşdirilməsi
Bu gün paytaxt Daşkəndin və digər iri şəhərlərin, bütün regionların timsalında Özbəkistanda tarixiliklə müasirliyin vəhdətini görmək mümkündür. Qloballaşma şəraitində özbək xalqı milli koloritini, ənənələrini qoruyur, dilini yaşadır, mədəniyyətini zənginləşdirir. Eyni zamanda Özbəkistanı müstəqillik yolunda uğurla inkişaf edən ölkə kimi səciyyələndirə bilərik. Yalnız müstəqillik dövründə özbək xalqı öz taleyinin sahibi olub.
Özbəkistanda siyasi sistemin təkmilləşdirilməsi ilə iqtisadi inkişaf adekvatlıq təşkil edir. Özbəkistan Respublikasının Konstitusiyası 1992-ci il dekabrın 8-də qəbul olunub. Konstitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusuna həsr edilib. Bu gün dost ölkə BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Ölkə dünyada İslam həmrəyliyinin və Türk birliyinin möhkəmlənməsində fəal iştirak edir. Cari il aprelin 30-da Özbəkistanda Konstitusiya islahatları ilə bağlı referendum keçirilib. Referendumda seçicilərin ümumi sayının 84,54 faizi və ya 16,6 milyondan çox insan iştirak edib. Onların 90,21 faizi, yəni 15 milyondan çoxu konstitusiyanın yeni variantının lehinə səs verib. Konstitusiya islahatlarına uyğun olaraq keçirilən ilk prezident seçkilərində Şavkat Mirziyoyev mütləq səs çoxluğu ilə yenidən dövlət başçısı seçilib.
Yeni iqtisadi inkişaf hədəfləri
Özbəkistanda 100 növdən artıq mineral ehtiyatlar var. Təbii qaz ölkənin əsas yanacaq-energetika sərvətidir. 2005-ci ildə ölkə ərazisində 130-dan çox qaz yatağı aşkar olunub. Sənaye əhəmiyyətli ehtiyatının ümumi həcmi 3 trilyon kubmetr hesablanıb. Qaz ehtiyatlarının 90 faizi Buxara-Xivə bölgəsində cəmlənib. Özbəkistan qızıl ehtiyatına görə dünyada 5-ci yeri tutur. 30-dan çox qızıl yatağında birlikdə təqribən 4000 ton qızıl ehtiyatı var. Qızıl hasilatının mərkəzi Muruntau rayonudur. Bundan başqa, Daşkənd, Cizzəx və Nəmənzan vilayətlərində də zəngin qızıl yataqları yerləşir. Dost ölkədə uran ehtiyatı da çoxdur. Radioaktiv metalların ehtiyatına görə dünyada 7-ci yeri tutur. Kəşf olunmuş ehtiyatı isə 55 min tondur. İnqiçki (Səmərqənd vilayəti) və Koytaşada (Cizzəx vilayəti) isə volfram yataqları ilə zəngindir.
Zamanında aqrar respublika kimi tanınan Özbəkistan müstəqillik illərində kənd təsərrüfatında, xüsusilə də pambıqçılıq sahəsində formalaşan ənənələrini qorumaqla yanaşı, sənaye inkişafını hədəfləyib. Ötən dövrdə böyük investisiya qoyuluşu hesabına formalaşdırılan müasir infrastruktur bütün ölkə üzrə iqtisadi inkişafın sürətlənməsinə geniş imkanlar açıb. Müstəqillik illərində burada avtomobil sənayesi, metallurgiya, enerji, kənd təsərrüfatı, elektrik mühəndisliyi, tekstil, turizm və digər sahələrdə böyük layihələr reallaşdırılıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 160 milyard dollara çatdırılmasının zəruriliyini bəyan edib. “Biz mümkün olan hər şeyi etməliyik ki, ÜDM-imizi indiki 80 milyard dollardan yaxın illərdə 160 milyard dollara çatdıraq. Bu o deməkdir ki, adambaşına düşən ÜDM 4000 dollara yüksələcək”, - deyə dövlət başçısı vurğulayıb.
Özbəkistanın prezidenti bəyan edib ki, ölkə rəhbərliyi bundan sonra da özəl sektoru, vergi inzibatçılığının sadələşdirilməsi və dövlətin iqtisadiyyatda iştirakını azaltmaq səylərini dəstəkləyəcək.
Referendum nəticəsində yenilənmiş ölkə konstitusiyasında dövlətin sosial öhdəlikləri üç dəfə artırılıb. Bildirildiyi kimi, bu rəqəmi tələffüz etmək asandır, lakin onu praktikada tətbiq etmək üçün çox iş tələb olunacaq. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin respublikamıza uğurla baş tutan dövlət səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında dost ölkənin hazırkı dinamik inkişafından məmnunluğunu bildirərək vurğulayıb: “Qardaş Özbəkistan xalqı Sizə bir daha böyük etimad göstərib, Özbəkistanın inkişafında Sizin səylərinizə yenə layiqincə qiymət verib. Qardaş ölkə Sizin rəhbərliyiniz altında quruculuq yolu ilə uğurla irəliləyir. Mən Sizin rəhbərliyiniz altında Özbəkistanda ölkənin inkişafı, onun potensialının möhkəmlənməsi, müdafiə qabiliyyətinin güclənməsi, həmçinin beynəlxalq məsələlərdə nüfuzunun artması üçün həyata keçirilən böyük dəyişiklikləri dəfələrlə şəxsən görmək imkanına malik oldum”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30

