Parisin meri “karvanbaşı” rolunda...
31.08.2023 [10:20]
Anna İdalqo kimdir?
Ermənistanın və havadarlarının avqustun 16-da yaşadıqları BMT TŞ “rəzaləti” deyəsən onlara dərs olmayıb. Bunun nəticəsidir ki, ermənipərəst xorun “dirijoru” Fransa yenidən əl-ayağa düşüb. Rəsmi Parisin bu dəfə BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün “Azərbaycanın blokadası səbəbindən “aclıqdan ölmək” ərəfəsində olan Dağlıq Qarabağın 120 min sakininə yardım haqqında” adlı qətnamə layihəsi hazırlaması ilə bağlı məlumatlar yayılıb. Bu addım isə Fransanın Cənubi Qafqazda davamlı sülhün yaranmasına ən böyük əngəl olduğu faktını bir daha təsdiqləyir.
Avqustun 16-da baş tutan müzakirələr heç bir qətnamə və ya qərarın qəbul edilməməsi ilə nəticələnmişdi - demək olar ki, əksər TŞ üzvləri Azərbaycanın irəli sürdüyü alternativ yol təklifini müsbət dəyərləndirmiş, hətta məsələ ilə bağlı arqumentləri müdafiə etmişdilər. Bu isə Fransanın “maraqları” ilə üst-üstə düşmür - beynəlxalq hüquqa zidd mövqe tutmağa öyrəşmiş rəsmi Paris ard-arda iki dəfə məğlub olduğu platformada üçüncü məğlubiyyətini almağa hazırlaşır.
Bu dəfə “müşayiətli karvan”...
BMT müstəvisində yeni təxribatla paralel olaraq Fransa Laçın - Xankəndi yolundakı “tır karvanı” şousunu da “unutmayıb”. Bunun üçün də “çıxış yolu” düşünən Fransa hakimiyyəti bu dəfə “müşayiətli karvan” göndərməyə qərar verib. Belə ki, Paris, Marsel və Strasburq merləri Fransanın Qarabağa yeni “humanitar yükü”nü müşayiət edəcəklər. “Fransadan 10 ağır yük maşınından ibarət humanitar karvan avqustun 30-da Kornidzora - Ermənistan artsaxının girişində yola düşəcək”. Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson bu barədə öz “Twitter” hesabında yazıb.
O qeyd edib ki, yük Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) köməyi ilə yığılıb. Yükü Fransanın bir sıra regionlarının nümayəndələri müşayiət edəcəklər. Parisin meri Anna İdalqonun rəhbərlik edəcəyi nümayəndə heyətinə Marsel və Strasburq merləri, həmçinin Fransanın bir sıra regionlarının rəhbərləri də daxildir.
Fransanın beynəlxalq hüquqa növbəti hörmətsizliyi
Görünən budur ki, yaranan vəziyyət Fransanın illərdir davam edən oyununu pozub. Vaxtilə ATƏT-in “Minsk qrupu” vasitəsilə regiona nüfuz etməyə çalışan, başqa sözlə, regionda özünün maraqlarını təmin etmək istəyində olan Fransanın 2020-ci ildən sonra bütün “imkanları” əlindən çıxdı. Müharibə dövründə, eləcə də post-müharibə zamanında fərqli üsullarla Azərbaycana qarşı “təzyiq kampaniyası” yürütməyə çalışan rəsmi Parisin arzuları gözündə qaldı. Cənubi Qafqazda da yürütdüyü neokolonizm siyasətinin fərqli bir mənzərəsini formalaşdırmağa çalışan Fransanın bütün kartları açılıb - aparılan ermənipərəst siyasətin ardı-arası kəsilmir. Frankafoniya məğlubiyyəti, BMT TŞ-də ard-arda düşdüyü rəzil durumlar, Laçın sərhəd- buraxılış məntəqəsi ilə bağlı boşa çıxan bütün çabaları Fransa üçün dərs olmur. İstər prezident Makronun Qarabağla bağlı cəfəng fikirləri, istər Fransa parlamentinin qəbul etməyə çalışdığı qondarma “qətnamə”lər heç bir işə yaramır. Fransanın regionla bağlı “müstəmləkə arzuları” ürəyində qalır. Fransa Ermənistanın timsalında özünün regiondakı əlaltısını müəyyənləşdirib və onun əli ilə regiona nüfuz edəcəyini düşünür. Bu səbəbdən də beynəlxalq hüquqa qarşı daha bir hörmətsizlik etməyə hazırlıq prosesi gedir - Paris və ya digər şəhərlərin merlərinin Azərbaycanın suveren ərazilərinə müdaxilə “arzuları” müasir siyasət üçün üzqarası sayılacaq bir hadisədir.
Ermənipərəst İdalqo...
Yeri gəlmişkən, bu kampaniyaya başçılıq edən Anna İdalqo da Azərbaycan cəmiyyətinə tanış isimdir - onun 2020-ci ilin noyabrında Ermənistanın kapitulyasiyasının ardından qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq üçün müraciəti yaddan çıxmayıb. Ümumiyyətlə, Paris meri Anna İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır və hətta onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Qeyd edək ki, Paris meri Ermənistanın keçmiş və indiki rəhbərliyi ilə də sıx əlaqədədir, onun ən yaxın adamı - müavini isə Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Ara Toronyanın qızı Anuş Toronyandır. Bundan başqa, 2014-cü ildən Paris meri vəzifəsini daşıyan Anna İdalqo Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. “TUMO”-nun o zamanlar Azərbaycanın erməni işğalında olan Xankəndi şəhərində də ofisi olub. Anna İdalqonun ermənilərlə əlaqələri bununla bitmir - Paris meri vəzifəsinə seçkilər keçirilən zaman Anna İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələrinin olması barədə ona qarşı aparılan kampaniyanın başında da erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar. Onlar İdalqonun seçki kampaniyasını aktiv şəkildə maliyyələşdiriblər. Digər tərəfdən, Anna İdalqonun Ermənistan vasitəsilə aparılan çirkli pulların yuyulması prosesində iştirakı da istisna olunmur.
Anna İdalqonu tək anti-Azərbaycançı kimi qələmə vermək olmaz - o bütövlükdə Türk dünyasına düşmən bir şəxsdir. Məsələn, Türkiyənin Aİ-yə daxil olmasına qarşı Fransada aparpılan kampaniyanın da başında məhz İdalqo dayanır. Təsadüfi deyil ki, Paris meri qondarma “erməni soyqırımı” ilə bağlı tvitləri ilə də məşhurdur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

