Sonun əvvəlində...
24.08.2023 [10:40]
Qarabağ erməniləri qondarma rejim nümayəndələrinə qarşı
BMT Təhlükəsizlik Şurasında Ermənistanın və havadarlarının irəli sürdüyü qərəzli iddialar nəticə vermədi. Dünyanın aparıcı dövlətlərinin təhlükəsizlik şurasındakı nümayəndələri birmənalı şəkildə bu iddiaların boş olduğunu bildirdilər və ortaya qoyduqları mövqe ilə Azərbaycanı dəstəklədiklərini nümayiş etdirdilər. Baş verənlər Xankəndidəki qondarma rejimi də təşvişə salıb. Artıq Ermənistandan ümidini kəsən qondarma rejim nümayəndələri arasında qarşılıqlı ittihamlar başlayıb. Önə çıxmaq üçün fürsət axtaran Samvel Babayan, xarici maraqların təmsilçisi Ruben Vardanyan kimiləri isə yaranan situasiyadan maksimum istifadə etməyə çalışırlar. Onlar qarşılıqlı olaraq bir-birlərini “günah keçisi” kimi təqdim etməyə başlayıblar. Azərbaycanın əldə etdiyi hərbi və siyasi qələbələrdə Araiki “günahlandıran” qondarma rejim daxilindəki qruplaşmalar həm də bu yolla tənzimləmə prosesinə mane olmaq, prosesi ləngitmək istəyirlər. Təbii ki, buradakı xətt aydındır - regionda sabitliyin formalaşmasını istəməyən xarici qüvvələr bu kimi “şəxslərdən” istifadə etməklə nizamlanma proesinə kölgə salmaq istəyirlər.
Tərk edənlər də var...
Artıq belə oyunlar effekt vermir. Hətta vaxtilə separatçı rejimə inanan revanşist xislətli insanlar belə nə Araik Artyunyana, nə Vardanyana, nə də bir başqa separatçı elementə inanmır. Belələri çıxış yolunu Laçın dövlət sərhəd buraxılış məntəqəsindən qarşı tərəfə keçməkdə görürlər. Təsadüfi deyil ki, son bir neçə gündə yüzdən artıq insan postdan istifadə edərək Qarabağdan gedib. Onlar vəziyyətin inkişaf trayektoriyasının necə nəticələnəcəyini indidən proqnozlaşdırırlar - hətta xarici KİV-lərə açıqlamalarında bunu etiraf edirlər.
Qarabağdakı ermənilər iki qrupa “bölünüb”...
Bununla yanaşı, Qarabağda qalan ermənilər də öz aralarında qruplara bölünüblər. T?rkiyə KİV-ində yer alan işğaldan azad edilmiş ərazilərdən reportajlarda deyilir ki, Qarabağ erməniləri barışıq tərəfdarı olan və aqressiv olmaqla iki hissəyə bölünüblər. Birinci “qrupa” daxil olan ermənilər açıq şəkildə bildirirlər ki, ötən 30 il ərzində separatçı rejim, Ermənistanın siyasi hakimiyyəti, o cümlədən silahlı birliklərin rəhbərləri yerli əhaliyə zülm edib, onları səfalət və ehtiyac içində yaşamağa məcbur edib. Həmin insanlar istər Rusiya, istərsə də digər xarici KİV-lərə müsahibələrində bildirirlər ki, Azərbaycanın qanunları çərçivəsində yaşamağa hazırdırlar. Hətta bu fikri dəstəkləyən insanlar çoxluq təşkil edir - sadəcə olaraq separatçı rejimin, hərbi xuntanın qorxusu onları bu reallığı dilə gətirmələrinə imkan vermir. Son olaraq BMT TŞ-da olan müzakirələr isə separatçı rejimi də “tərksilah” edib. Artıq onlar da dərk edirlər ki, boşuna səs-küy salmaq, yalandan haray qoparmaq heç bir nəticə verməyəcək.
İrəli sürülən təkliflərimiz...
2020-ci il Vətən müharibəsinin ortaya çıxardığı ən mühüm reallıqlardan biri də Qarabağdakı erməni vətəndaşlarımızla təmasların formalaşdırılmasıdır. Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsi fonunda bu ilin əvvəlində Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar aktuallaşmışdı. Hətta bununla bağlı müvafiq addımlar belə atılmışdı. Sadəcə olaraq, bəzi separatçı elementlərin bu prosesə mane olması inteqrasiyanı gücləndirəcək bu kimi təmasların reallaşmasını ləngitdi. Belə ki, Azərbaycanın irəli sürdüyü təkliflərə “cavabın” Qarabağın erməni ictimaiyyətindən deyil, separatçı rejimdən gəlməsi özü hər şeyi ortaya qoyurdu və bunun altında bəzi gizli və çirkin maraqlar yatması şübhəsiz idi. Ötən 30 illik işğal dövründə də, eyni zamanda II Qarabağ Müharibəsi dövründə də Azərbaycanın mövqeyi birmənalı və qəti olub - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Dövlətimiz özünün humanizmini ortaya qoyub. Bu humanist davranışa layiqincə qiymət verməyənlərlə danışıq aparmaq əbəs şeydir.
Separatçı rejim “çıxış yolu” axtarır...
Bu gün isə yeni situasiya yaranıb - artıq hər kəs dərk edir ki, proses Azərbaycanın diqtəsi ilə inkişaf edir. Dünənə qədər Azərbaycanın görüş keçirməklə bağlı təklifini dəyərləndirməyənlər anlamırlar ki, dövlətimiz hər zaman problemlərin danışıq və ya sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Bu kimi təmaslar isə Azərbaycandan məcburən kənar düşmüş vətəndaşların reinteqrasiyasının daha da güclənməsini şərtləndirən amilə çevrilə bilərdi. Eyni zamanda, bu, həm də qarşılıqlı etimadın yüksəlməsində əsaslı rol oynayacaqdı. Qarabağda yaşayan erməni vətəndaşlarımız ötən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlu inkişafın, əsaslı yeniliklərin şahidi ola bilərdi. Eyni zamanda, qarşılıqlı etimadın möhkəmlənməsi üçün əsas şərt sayılan tolerantlığın, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu bir daha görmək imkanı qazanacaqdı. Prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ formalaşdıracaqdı. Amma Qarabağ erməniləri bu təklifi lazımi şəkildə dəyərləndirə bilmədilər. İndi isə daxili arenada bir-birinə düşmən kəsilmiş separatçı rejim üzvləri çıxış yolu axtarırlar - onlar yolun sonuna gəldiklərinin fərqindədirlər....
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

