“Taxıl sazişi” bərpa olunur?
24.08.2023 [10:25]
Türkiyənin səyləri nəticə vermək üzrədir
Bütün dünya Ankaranın bu məsələdəki rolunu etiraf edir
18 aydır davamı edən Rusiya-Ukrayna müharibəsi dünyanın siyasi-hərbi gündəmini zəbt etməklə yanaşı, ortaya çıxardığı iqtisadi problemləri ilə də diqqəti cəlb edir. Ötən dövr ərzində Avroasiyanın mərkəzində davam edən dağıdıcı müharibə həm də iqtisadi - sosial çətinliklər formalaşdırıb. Hər iki tərəf üçün on minlərlə insan tələfatı, dağıntılar və iqtisadi itkilərlə müşayiət olunan bu qarşıdurmadan hərbi nəticə hasil olmamaqla yanaşı, iqtisadi böhran da günü-gündən dərinləşir. Daha çox ərzaq buğdası təhlükəsizliyi prizmasından iqtisadi gərginliklər yaradan hərbi eskalasiyanın isə yaxın zamanda nəticələnməsinə ümid çox azdır. Belə olan halda...
“Taxıl sazişi”nin əhəmiyyəti...
Qeyd edək ki, son bir ildə dünyanın bir çox dövlətlərinin taxılla təminatında ortaya çıxan problemlərin həlli “Taxıl sazişi” əsasında tənzimlənirdi. Bu təşəbbüs BMT tərəfindən irəli sürülsə də, tarixi sənəd kimi dəyərləndirilən sazişin imzalanmasınadək keçilən yolda Türkiyə, bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğan xüsusi səy göstərmişdi. Müharibə tərəfləri olan Rusiya və Ukrayna razılaşmanın imzalanması üçün özlərinin fərqli şərtlərini irəli sürməyə çalışsalar da, Türkiyənin “hakimliyi” işə yaramışdı və masa arxasında birgə müzakirələr baş tutmuşdu. Tarixi “Taxıl sazişi” 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukrayna rəsmilərinin imzası ilə təsdiqləndi. Sənəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl koridorunun yaradılması, eləcə də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına icazə verilməsi nəzərdə tutulurdu. Xatırladaq ki, saziş paketi ilkin olaraq 120 gün müddətinə bağlanmışdı. Sonradan isə bu müddət uzadıldı.
Müqavilə ötən dövr ərzində dünya ərzaq bazarında mənfi meyillərin azalmasında mühüm rol oynayırdı. Bu razılaşmalar qlobal ərzaq təhlükəsizliyi baxımından əhəmiyyət daşıyırdı. “Taxıl sazişi” çərçivəsində 30 milyon ton taxıl ixrac edilmişdi. Beləliklə, “Taxıl sazişi” sayəsində bazar daha stabil hala gəlmiş, qlobal ərzaq qiymətləri son bir ildə 20 faiz azalmışdı. Bununla belə, sazişin icrası ilə bağlı narazılıqlar da zaman-zaman gündəmə gəlib. Xüsusilə də taxılın müştərilərinin yenə də varlı ölkələr olduğu geniş müzakirələrə yol açdı. Eləcə də bir sıra Avropa ölkələrinin fermerləri Ukraynadan daşınan ucuz taxılın onlara böyük ziyan vurduğunu irəli sürürdülər.
Kreml şərtlərini dedi - yeni təkliflər hazırlanır
Ötən ilin yayında bağlanan “Taxıl sazişi” bu ilin iyulunda başa çatıb və Rusiyanın müqavilədən çıxdığını bəyan etməsi ilə məsələlər dalana dirənib. Bir sıra təklfilər irəli sürülsə də. Rusiya indiyə qədər bu təkliflərlə praktiki olaraq razılaşmayıb. Amma son dövrlərdə Türkiyənin yenidən aktiv şəkildə məsələyə diqqət yetirməsi bu problemin həllinə yol aça bilər. Belə ki, Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır. RİA “Novosti”nin bununla bağlı yaydığı məlumatda vurğulanır ki, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.
Qeyd edək ki, Kreml sövdələşmənin ləğv olunmadığını, dayandırıldığını vurğulamışdı - Rusiya Federasiyası sənədin digər tərəflərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəyi halda müqaviləyə qayıtmağa hazır olduğunu qeyd etmişdi. BRİCS sammiti ərəfəsində Prezident Vladimir Putin bu tezisi təkrarlayıb. O, Rusiya qarşısında üzərinə öhdəliklər götürən tərəflərin həmin öhdəlikləri reallaşdıracağı təqdirdə ölkəsinin “taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.
Türkiyə Rusiyanı müqaviləyə qaytarır...
Bu müqavilənin bütün tərəflər, daha çox isə müharibədə iştirak etməyən dövlətlər üçün nə qədər həyati əhəmiyyət daşıdığı ortadadır. Müqavilənin yenilənməsi uğrunda Türkiyənin çabaları isə xüsusi vurğulanmalıdır. Bu ayın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı da bunu bir daha təsdiqləyir. İki lider “Taxıl sazişi”, eləcə də regional proseslər barədə müzakirələr aparmışdılar. Prezident Ərdoğan Putinlə görüşündə “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını vurğulamışdı və hətta danışıqlardan sonra Türkiyənin alternativ yollar təklif etməsi də bəlli olmuşdu. Məsələn, Prezident Rəcəb Tayib Ərdoğan açıqlamasında Türkiyənin Qara dənizlə Rusiyadan aldığı taxılı una çevirəcəyini və Afrika ölkələrinə göndərəcəyini bildirmişdi. O, Türkiyənin Afrika ölkələrinə taxılın az çatması məsələsində Rusiya ilə eyni mövqedə olduğunu demişdi: “Biz Rusiya ilə eyni tərəfdəyik. Rusiyanın Qara dəniz dəhlizi ilə göndərdiyi taxılı biz üyüdüb un edəcək, daha sonra onu Afrikanın kasıb ölkələrinə, inkişaf etməkdə olan ölkələrə göndərəcəyik”.
Qeyd edək ki, Ərdoğan Rusiya taxılını una çevirərək Afrika ölkələrinə göndərmək təklifini ilk dəfə bu ilin yanvar ayında irəli sürüb. Hətta həmin dövrdə taxılın daha çox inkişaf etmiş ölkələr tərəfindən alınması əsaslı narazılıq yaratmışdı və bu da dünya bazarında çörəyin qiymətinin artmasına yol açmışdı. Beləliklə, Türkiyə yenidən özünün qlobal lider simasını və nüfuzunu ortaya qoyur, çıxış yolu müəyyənləşdirir və ehtiyacı olan ölkələrin nicatına çevrilir.
Borelin 3 əsas tezisi...
Bu məsələnin həlli Avropa İttifaqının də gündəmində əsas yerlərdən birini tutur. İyulun sonlarında Rusiyanın müqavilədən çıxmasını bəyan etməsinin ardından Aİ çıxış yolları aramaqla yanaşı, Rusiyanı “yola gətirmək” istiqamətində də “baş sındırırdı”. Təsadüfi deyil ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel məqaləsində də bildirmişdi ki, “Taxıl sazişi” ərzaq təhlükəsizliyinin təmini məsələsində əsaslı rol oynamışdı. O qeyd etmişdi ki, 2022-ci ilin avqust ayından etibarən Ukraynadan 45 müxtəlif ölkəyə 33 milyon ton taxıl və ərzaq ixracı qlobal ərzaq qiymətlərinin təxminən 25 faiz ucuzlaşmasına yol açıb. Bundan əlavə, Qara dəniz taxıl təşəbbüsü Ümumdünya Ərzaq Proqramı (ÜƏP) üçün taxıla davamlı çıxışı təmin edib: “2023-cü ildə Ukrayna Əfqanıstan, Cibuti, Efiopiya, Keniya, Somali, Sudan və Yəmən kimi ölkələrdə humanitar əməliyyatları dəstəkləmək üçün satın alınan buğdanın 80 faizini təmin edib. Borel məqaləsində yazmışdı ki, Aİ üç əsas məsələni diqqətə alır: “Birincisi, biz Qara dəniz Taxıl Təşəbbüsünü yenidən canlandırmaq üçün Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin yorulmaz səylərini dəstəkləməyə davam edəcəyik. İkincisi, biz Ukraynanın kənd təsərrüfatı məhsullarının Aİ vasitəsilə dünya bazarlarına çıxarılması üçün alternativ marşrutlar kimi “Həmrəylik yollarımızı” gücləndirməyə davam edirik. Bu marşrutlar bu günə qədər 41 milyon tondan çox Ukrayna kənd təsərrüfatı məhsulu ixrac edib. Üçüncüsü, 2024-cü ilə qədər ərzaq təhlükəsizliyini təmin etmək üçün 18 milyard avro ayıraraq, ən çox ehtiyacı olan ölkələrə və insanlara maliyyə dəstəyimizi artırdıq”.
Türkiyə yenidən xilaskar rolunda...
Göründüyü kimi, qarşıdan gələn dövrdə, xüsusilə qış fəslində ərzaq təhlükəsizliyinin təminatı məsələsi ən əhəmiyyətli çağırış kimi meydana gəlib. Bundan çıxış yolunu tapmaq üçün isə bütün dünya yenidən Türkiyəyə müraciət edir. Son illərin ən böyük hərbi qarşıdurmasının sülh tənzimləyicisi kimi çıxış edən Türkiyə eyni zamanda, regional və qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmini ilə bağlı “xilaskara” çevrilib....
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

