Oğru elə bağırdı ki...
22.08.2023 [11:17]
Ermənistan müdafiə nazirliyinin feyk məlumatları nəyə hesablanıb?
Apardığı işğalçılıq siyasəti ilə onilliklər ərzində regionu təhdid və risklər altında qoyan Ermənistan ağır məğlubiyyət acısı yaşadığı İkinci Qarabağ müharibəsindən sonra da özünün destruktiv mövqeyindən geri çəkilmir. Postmüharibə mərhələsində bu ölkədə revanşist qüvvələr baş qaldırıb. Belə qüvvələr həm iqtidar komandasında, həm də müxalifətdə var. Ermənistanın siyasi-hərbi rəhbərliyi revanşistlərin əli ilə zaman-zaman Azərbaycanla şərti sərhədlər boyunca təxribatlar törətməklə, eləcə də Rusiya sülhməramlı kontigentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində separatçılar vasitəsilə silahlı insidentlərə rəvac verməklə sülh prosesini ləngidir, bununla vaxt qazanmağa çalışır. Son vaxtlarda isə Ermənistan hərbi və siyasi müstəvilərdə sülh prosesini əngə?ləməyi hədəfləyən manipulyasiyalarını daha da intensivləşdirib.
Hərbi-siyasi manipulyasiyaların feyk “informasiya təminatı”
Məğlub Ermənistanın vasitəçilərin səyləri ilə aparılan danışıqlarda səmimi olmadığını, gerçəkdə sülh istəmədiyini ortaya qoyan manipulyativ davranışları fonunda bu ölkənin ayrı-ayrı qurumlarının mütəmadi qaydada dövriyyəyə feyk məlumatlar ötürməyi də diqqətdən kənarda qalmır. Bu ölkədə sanki sonu görünməyən marafon təşkil olunub. Bütün dövlət qurumları, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları bu marafona qatılaraq feyk xəbərlər yaymaq yarışında önə çıxmağa çalışırlar. Faktlara istinadən deyə bilərik ki, bu marafonda Ermənistanın müdafiə nazirliyi hamıdan öndə gedir.
Biz artıq öyrəşmişik: Sülhyaratma prosesi ilə bağlı müxtəlif platformalarda liderlər, xarici işlər nazirləri və digər yüksək səviyyələrdə keçirilən istisnasız olaraq bütün görüşlər ərəfəsində Ermənistan mütləq yuxarıda qeyd etdiyimiz coğrafiyalarda təxribatlara əl atır. Dərhal da Ermənistan müdafiə nazirliyindən bu təxribatların guya Azərbaycan tərəfindən törədildiyinə dair feyk məlumatlar eşidilir. Belə feyk məlumatların yayılması nəyə hesablanıb? Sualın cavabında bir neçə məqama diqqət çəkmək mümkündür.
- Beynəlxalq ictimaiyyətin diqqətini çəkmək cəhdi. Ermənistan iqtisadi potensialı kifayət qədər aşağı olan bir dövlətdir. Eyni zamanda, bu ölkə İkinci Qarabağ müharibəsində böyük itkilərə məruz qaldı. Azərbaycana qarşı revanşist mövqedə dayanan Ermənistan öz niyyətini gerçəkləşdirməyə qadir olmadığı kimi, təkbaşına, daxili resurslar hesabına itkilərinin yerini doldurmaq gücündə də deyil. Belə olan halda məğlub ölkənin ənənəsinə uyğun qaydada yazıqlanmaqdan, çarəsiz durumda qaldığını nümayiş etdirməkdən və bununla da özünə diqqət çəkməkdən başqa seçimi qalmır. Dövlət, xalq illər boyunca məhz bu tərzdə yaşayıb - ölkəyə lobbi dairələrindən, ayrı-ayrı beynəlxalq təşkilatlardan davamlı ianələr, qrantlar, ucuz kreditlər gəlib. Bununla belə, bugünkü Ermənistanın timsalında bir daha yəqinlik hasil olur ki, quyuya su tökməklə onu doldurmaq mümkün deyil. Alınan yardımların, qrantların həcmi nə qədər böyük olsa da, Ermənistan eyni səfil və nimdaş vəziyyətdə, “unitaz daşıyan” imicdə qalır və qalacaq.
Ermənistan təxribatlarla və bu təxribatları dəstəkləyən feyk “informasiya təminatı” ilə həm də müvafiq dairələri özlərinin yalanlarına ortaq etmək niyyəti güdür. Ermənistan hakimiyyəti fəaliyyətinin istiqamətlərini, o cümlədən də sülhyaratma prosesində destruktiv mövqeyini müxtəlif mərkəzlərdən aldığı direktivlər əsasında müəyyənləşdirdiyi kimi, məsuliyyəti də onlarla birlikdə bölüşmək istəyir.
- Feyk məlumatların digər bir hədəfi daxili auditoriyadır. Ermənistan hökuməti, bu ölkənin müdafiə nazirliyi nəyə qadir olduğunu İkinci Qarabağ müharibəsində ortaya qoydu. Ermənistan silahlı qüvvələrinin tar-mar olması, döyüş qabiliyyətini itirməsi üçün cəmi 44 gün kifayət etdi. Sayı ermənilər tərəfindən də etiraf olunan 11 min fərari ordusu toplum olaraq cəmiyyətin və müdafiə nazirliyinin simasını bütün cəhətləri ilə nümayiş etdirir. Ermənistan müdafiə nazirliyi feyk məlumatlar yaymaqla məsuliyyəti öz üzərindən atmağa, diqqəti bütün pillələrdə geniş yayılan rüşvətxorluqdan, yeyintilərdən, digər neqativlərdən yayındırmağa və bu yolla özünü övladları ədalətsiz müharibədə həyatlarını itirən valideynlərin qınaqlarından müdafiə etməyə çalışır.
İfşa olunan son feyk məlumatlar
Belə görünür ki, döyüş qabiliyyəti yerli-dibli olmayan Ermənistan müdafiə nazirliyi heç yalan məlumatlar yaymaq iqtidarında da deyil. Adətən bu qurumun yaydığı feyklərin ifşa olunması üçün uzun zamana ehtiyac qalmır. Məsələn, İkinci Qarabağ müharibəsi günlərində Ermənistandan gələn “taktiki geriçəkilmə” məlumatlarını yada salaq. Bu feyk xəbər müharibənin sonunadək hər gün təkrarlandı. Nəticə ağır kapitulyasiya oldu.
İndi isə Ermənistan müdafiə nazirliyinin son günlərdə yaydığı bəzi feyk məlumatlara diqqət yetirək. Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
Ermənistan müdafiə nazirliyi olaya özüsayağı “operativ” münasibət bildirdi. Yenə də feyk məlumat yaymaqla. Üstündən az keçmədi ki, Azərbaycan Müdafiə Nazirliyi erməni diversantın saxlanılması ilə bağlı Ermənistan tərəfinin yaydığı videogörüntülərə münasibət bildirdi.
Qurumun Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov qeyd edib ki, Ermənistan müdafiə nazirliyinin uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ-390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.
Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”.
Ermənistan müdafiə nazirliyi Azərbaycanın bu faktlara əsaslanan təkzibindən sonra sanki yuxudan ayıldı və böyük ölçülü yük maşınının əks olunduğu videonu feyk şərhlə birlikdə it-bata saldı...
Ermənistan müdafiə nazirliyinin yaydığı son feyk xəbərlərdən biri də avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədədir. Azərbaycan Müdafiə Nazirliyi bu feyk məlumatın da yalan olduğunu açıqlayıb. Bununla bağlı qurumdan verilən məlumatda bildirilib: “Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24

