İrəvan yenə imtina etdi
28.07.2023 [11:20]
Bu ölkə növbəti dəfə KTMT-nin təlimlərində iştirak etməyəcək
Nardar BAYRAMLI
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xilasediciləri Belarusda “Rok-2023” adlı xüsusi təlimlər keçirəcək. Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan komandalarının iştirakı gözlənilir. Belarus Fövqəladə Hallar Nazirliyindən 60 nəfərin, 25 texnikanın, o cümlədən təyyarələrin cəlb olunması planlaşdırılır. Rusiya Fövqəladə Hallar Nazirliyindən isə 34 nəfərə qədər və 12 ədəd texnika iştirak edəcək.
Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski bildirib ki, KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinin təlimlərinin mövzusu “Rok-2023” nüvə obyektində qəzanın aradan qaldırılması”dır. Təlimlərin aktiv mərhələsi Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinin Minsk vilayətindəki filialının bazasında keçiriləcək.
Bəhanənin səbəbi nədir?
Maraqlı məqam odur ki, Ermənistan KTMT-nin bu təlimlərində də iştirak etməyəcək. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “İş yükünə əsasən, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti əməkdaşlarının sentyabrın 1-6-da Belarusda baş tutacaq “Rok-2023” xüsusi təlimlərində iştirakı nəzərdə tutulmayıb”, - deyə məlumatda bildirilir.
Əslində, Ermənistanın Daxili İşlər Nazirliyinin bu mövqeyi sadəcə, bəhanədir. Xatırladaq ki, bundan əvvəl Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” manevrlərinə ev sahibliyi etməkdən də imtina etmişdi. Gerçək səbəb rəsmi İrəvanın KTMT-dən Azərbaycana qarşı istifadə edə bilməməsidir. Xatırladaq ki, ötən ilin sentyabr ayında şərti sərhəddə Ermənistanın hərbi təxribatlarına ordumuz tutarlı cavab vermişdi. Rəsmi İrəvan bu hadisədən beynəlxalq miqyasda Azərbaycana qarşı istifadə etməyə çalışdı. Məqsəd Azərbaycanı dünyaya “təcavüzkar” kimi təqdim etmək idi. Ermənistan bu məqsədlə KTMT-nin dövlət başçıları səviyyəsində toplantısını çağırdı və təşkilatdan “Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzünü pisləməyi” tələb etdi. Amma KTMT bu tələbi nəinki yerinə yetirmədi, əksinə üzv ölkələrin Azərbaycanla sıx münasibətlərinin olduğu vurğulandı. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyandan Azərbaycanla problemini tezliklə həll etməsini tələb etdi. Bu hadisədən sonra Ermənistan hakimiyyətində və cəmiyyətində KTMT ilə bağlı açıq narazılıqlar ifadə olunur.
İrəvan təşkilata təzyiq etməyə çalışsa da...
Bunun nəticəsi idi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin müavini kvotasından da imtina edib. Ermənistanın baş naziri Nikol Paşinyan ilin əvvəlində keçirdiyi mətbuat konfransı zamanı KTMT-nin bu il Ermənistanda hərbi təlimlərinin keçirilməyəcəyini də “bəyan etdi”. Bu zaman o, blokun məsuliyyət zonasının nədən ibarət olduğunu anlamaq üçün erməni tərəfinin hələ də KTMT-dən konkret cavab gözlədiyini bildirdi. Rusiya Müdafiə Nazirliyi ilin əvvəlində KTMT-nin “Sarsılmaz qardaşlıq - 2023” sülhməramlı təlimlərinin Ermənistanda keçiriləcəyini bəyan etmişdi. Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirdi ki, İrəvan bu il respublikada KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir. Ardınca da əlavə etdi ki, tərəflər arasında anlaşılmazlıq yaranıb.
Ermənistan hökumətinin təlimlər keçirməkdən imtina etmək qərarı onların regional kollektiv təhlükəsizlik sistemindən narazılıqlarının növbəti nümayişi oldu. Rəsmi İrəvan hər zaman xatırladır ki, kollektiv təhlükəsizlik sistemi keçən ilin sentyabrında Ermənistan-Azərbaycan sərhədində eskalasiyaya lazımi reaksiya verməyib. KTMT-nin İrəvanda keçirilən noyabr sammitində isə Ermənistan tərəfinin tutduğu mövqeyə görə iki sənədi - KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərarı imzalamaq mümkün olmamışdı. O zaman bu, Rusiya Prezidenti Vladimir Putinin açıq-aşkar narazılığına səbəb olmuşdu. Hər iki sənəd yenidən işlənmək üçün geri qaytarılmışdı.
Azərbaycanın KTMT üzvləri ilə münasibətləri yüksək səviyyədədir
Beləliklə, Ermənistan daha bir addım ataraq, Moskvanın hərbi blokundan narazılığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir. Kifayət qədər uzun müddətdir müşahidə etdiyimiz bütün bu addımlar uzaq perspektivdə nəyə hesablanıb? İrəvan KTMT-dən çıxmaq barədə artıq qərar verdiyinə işarə edir? Yoxsa bu, tərəfdaşlarını Azərbaycana qarşı hansısa addımlar atmağa məcbur etmək üçün yeni cəhddir? Amma məlumdur ki, təşkilat Azərbaycana qarşı heç bir addım atmayacaq. Ən azı ona görə ki, Azərbaycanın Ermənistan istisna olmaqla KTMT-nin bütün üzv ölkələri ilə çox yüksək münasibətləri mövcuddur. Bu ölkələr Ermənistandan daha çox Azərbaycanla əlaqələri gücləndirməyi üstün tutur. Bu səbəbdəndir ki, erməni rəsmiləri həmişə “Ermənistan KTMT-ni tərk edirmi” sualına “Ermənistan KTMT-ni yox, KTMT Ermənistanı tərk edir” cavabını verirlər. Rəsmi İrəvanın Belarusda keçiriləcək təlimlərdə iştirak etməsinin əsasında da bu səbəblər dayanır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34

