Sanksiyalar yumşalmasa...
20.07.2023 [10:57]
Avropanı nə gözləyir?
GÜLAY
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə Moskvaya qarşı sanksiyalar yumşalmayacaq. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, ABŞ-ın Rusiyanın taxıl sazişinə qayıtması üçün ona qarşı sanksiyaların yumşaldılmasının mümkün görünmədiyini bildirib. Onun sözlərinə görə, Ağ Ev Rusiyaya qarşı tətbiq edilən sanksiyaları yumşaltmaq niyyətində deyil.
Avropa İttifaqı sanksiyaları yumşaltmadığı təqdirdə, qarşıdan gələn payız və qış mövsümündə enerji cəhətdən, Rusiyadan idxal baxımından Qərbin hansısa çətinliklərlə üzləşə bilmə ehtimalı nə qədərdir? Eləcə də, taxıl böhranı daha da dərinləşə bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Anar Əliyev bildirib ki, son günlər Qərb mətbuatında, eləcə də ABŞ mətbuatında Rusiya ilə münasibətlərin normallaşdırılması, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tədricən aradan qaldırılması və Rusiya-Ukrayna məsələlərinin masaya daşınması ilə bağlı fikirlər səslənməkdədir: “Hətta qeyri-rəsmi məlumatlara görə eks-məmurlar, əsasən isə yüksək səviyyəli ABŞ məmurları vasitəsilə Vaşinqton ilə Moskva arasında əlaqələrin qorunmasına yönəlmiş cəhdlər də edib. Həmçinin Ukrayna üzərindən birbaşa Rusiya ilə danışıqların həyata keçirilməsi və nəhayət, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı cəhdlərin olduğuna dair informasiyalar da mövcuddur. Ukraynada isə mövqe birmənalı deyil. Xüsusilə, anti-Rusiya meyilli qüvvələrin Moskva ilə gizli yollarla danışığın aparılmasına imkan verilməməsi ilə bağlı çağırışları Ağ Evi müəyyən açıqlama vermək məcburiyyətində qoyub. Hesab edirəm ki, Con Kirbinin son bəyanatı, Bayden administrasiyasını rəqibləri tərəfindən üzləşə biləcəkləri tənqidlərdən yayınmağa xidmət edir”.
Politoloq ABŞ-da seçkilərin yaxınlaşdığını və administrasiyanın öz daxili proseslərinə fokuslanacağını vurğulayıb: “Görünür, Bayden administrasiyası seçkilərlə bağlı proseslərdən kənar, xüsusilə də xarici siyasət məsələlərinə o qədər də ciddi və mühüm yer ayırmayacaq. Hazırda səslənən fikirlər müəyyən qüvvələrin hesablanmış hərəkətləridir. Onların fikrincə Bayden adminstrasiyası hakimiyyətdə olduğu dövrdə, demək olar ki, heç bir ciddi daxili, eləcə də, beynəlxalq müstəvidə uğuru ilə yadda qalmayıb. Bu baxımdan həmin addımlar Bayden administrasiyasının seçki kampaniyasını uğurla başa çatdırmağa hesablanmış bir davranışdır. İndiki şəraitdə Bayden administrasiyasının qalib gəlməsi sual altındadır. Əgər, bir neçə ay ərzində Rusiya ilə gedən danışıqların real nəticəsi olmasa, danışıqlar prosesi seçkilərin nəticəsi elan olunduqdan sonrakı dövrə qədər uzadılacaq. Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması istiqamətində addımların atılmaması isə, Avropanın və dünyanın qida təhlükəsizliyi üçün çox ciddi problemlərin anonsu deməkdir”.
A.Əliyev iyul ayının 17-də taxıl sazişinin müddətinin başa çatdığını və Rusiyanın indiki şəraitdə bu razılaşmanı uzatmayacağını bildirdiyini qeyd edib: “Rusiya ona qarşı sanksiyaların aradan qaldırılmayacağı təqdirdə, taxıl sazişinin müddətinin uzadılmayacağı ilə bağlı bəyanat səsləndirdi. Elə həmin vaxt taxıl, taxıl məhsulları və bu məhsullardan hazırlanan qidaların qiymətində ciddi artımlar müşahidə olundu. Fikrimcə, qarşıdan gələn soyuq payız və qış aylarında da yenidən enerji təchizatına ciddi ehtiyac yaranacaq. Bu fonda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın enerji bazarlarında da qiymət artımına gətirib çıxaracaq. Belə təhdidlərlə üzləşməmək üçün Rusiya ilə danışıqlarda real nəticəyə nail olunması vacibdir. Payız aylarına qədər bu danışıqlarda ciddi nəticə əldə olunmasa, Rusiya-Ukrayna müharibəsi, Qərb və Rusiya arasında gərgin münasibətlər xeyli davam edəcək”.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

