Azərbaycan və Albaniya prezidentlərinin geniş tərkibdə görüşü olub YENİLƏNİB
07.07.2023 [12:06]
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın geniş tərkibdə görüşü olub.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Cənab Prezident, hörmətli qonaqlar, bir daha xoş gəlmisiniz. Cənab Prezident rəsmi səfərinizlə bağlı Sizi qəbul etməyimdən çox məmnunam. Əvvəlcə mənim ötən il Albaniyaya səfərim zamanı göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etmək istəyirəm. Şadam ki, biz çox sıx dostluq münasibətləri qurmuşuq və ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun olduqca yaxşı dinamikası var. Əlbəttə, bu, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm amildir. Mən bu münasibətləri əla adlandırardım və bu, beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdə, enerji və iqtisadi inkişaf sahələrində praktiki fəaliyyətdə özünü göstərir.
Biz artıq Sizinlə ikitərəfli gündəliyimizə, regional məsələlərə, təhlükəsizlik mövzusuna və əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq. İndi isə nümayəndə heyətlərinin iştirakı ilə bu dialoq davam edəcəkdir.
Çox məmnunam ki, hazırda Azərbaycanla Albaniya yaxın dost və qardaş ölkələr olaraq bir yerdə işləyir, əməkdaşlığımızın perspektivləri həqiqətən də parlaqdır. Çünki burada bizim dostluğumuz, qarşılıqlı maraq və gələcəklə, ikitərəfli münasibətlərin irəli aparılması və əməkdaşlığın gücləndirilməsi ilə bağlı aydın baxış kimi möhkəm təməl var. Əlbəttə, əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir və biz artıq Sizinlə bu məsələyə toxunduq və nümayəndə heyətlərinin iştirakı ilə bu görüşdə də bu müzakirəni davam edəcəyik. Çünki bizim bu istiqamətdə daha çox planlarımız var və bu məsələlər mənim Albaniyaya səfərim çərçivəsində, həm də digər rəsmi şəxslər səviyyəsində müzakirə edilib.
Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
Prezident Bayram Beqay dedi:
-Möhtərəm Prezident, əziz dost.
Bu gün Sizinlə burada, möhtəşəm Bakı şəhərində görüşməyimdən çox məmnunam. Eyni zamanda, Sizə mənə və nümayəndə heyətinə göstərilən çox isti qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Əminəm ki, görüşlərimizin intensivliyi iki ölkə arasında qardaşlıq ruhuna əsaslanan dostluq və əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı sadiqliyimizi və birgə iradəmizi bir daha təsdiq edir. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Sizin də qeyd etdiyiniz kimi, bizim əla münasibətlərimiz var və çalışmalıyıq ki, iqtisadi sahədə də münasibətlər əla olsun. Şəxsən Sizin ölkələrimiz arasında əlaqələrin tarixinin yeni səhifəsinə sadiqliyinizi və töhfənizi yüksək qiymətləndirirəm. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.
Bir daha təşəkkürümü bildirirəm.
Xəbər lenti
Hamısına baxElm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25

