Say niyə artır?
24.06.2023 [10:20]
Ermənistan həm sülhə mane olur, həm də missiya “çağırır”...
Nardar BAYRAMLI
Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən missiyası ilə bağlı yeni proseslər baş verir. Məlumdur ki, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin ilin dekabrın 19-da başa çatmışdı. Razılaşmaya əsasən 40 nəfərdən ibarət mülki missiya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı birtərəfli qaydada 100 nəfərdən ibarət yeni missiyanın iki il müddətinə göndərməsi barədə razılığa gəldilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan ərazisinə gəlib. Aİ-nin növbəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi heç bir razılıq verməyib.
Daha 23 nəfər...
Bütün bunların fonunda Avropa İttifaqının Ermənistandakı mülki missiyasının heyətinin sayının daha 23 nəfər artırılması nəzərdə tutulur. Artıq vakansiyalar elan olunub. Bu barədə Avropa İttifaqının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, missiyanın yeni üzvlərinin Ermənistanın Cermuk, Yeqnadzor, İcevan, Qafan və Martuni rayonunda fəaliyyət göstərməsi planlaşdırılır.
Ümumiyyətlə, son zamanlar regionda diqqətçəkən proseslər baş verir. Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədə xarici investisiyası ilə metallurgiya zavodu tikir, Qafanda əvvəlcə İran, indi isə Rusiya konsulluğu açılır. Növbəti qərar isə Avropa İttifaqının müşahidə missiyası ilə bağlı oldu. Rəsmi İrəvan bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır, həm də missiyanın vəziyyətlə bağlı Bakını məlumatlandırması xəbəri etirazla qarşılanır. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında indiyə qədər heç bir hüquqi baza, ikitərəfli razılaşma olmadığı faktını qabardır. Ermənilərin Zod və Dığ istiqamətində törətməyə çalışdıqları təxribatlar zamanı da Avropa İttifaqının missiyasının göstərdiyi yanaşma erməni tərəfini qane etməmişdi.
Missiya sülh prosesinə xələl gətirməməlidir
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycan dövləti Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün təşəbbüslərlə çıxış edib. Ermənistanla sülh sazişi imzalamaq təklifi də ilk olaraq Azərbaycan tərəfindən verilib. Müharibənin bitdiyi iki il ərzində bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ölkəmiz tərəfindən müsbət qarşılandı. Brüssel formatı çərçivəsində indiyədək liderlərin bir neçə görüşü keçirilib və həmin görüşlərdə müvafiq bəyanatlar qəbul olunub.
Qeyd edildiyi kimi, Fransa kimi bəzi ermənipərəst güclər regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün yaranan fürsətdən istifadə etməyə çalışır. Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, missiya regionda sülh prosesinə xələl gətirməməli və birtərəfli mövqe nümayiş etdirməməlidir.
Ermənistanın uğursuz manevrləri...
Ermənistan isə hələ də bölgədə sülhün əldə edilməsinə mane olmaqda davam edir. Bu baxımdan, missiya üzvlərinin sayının artırılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Aİ-nin açıqlamasından isə görünür ki, yeni missiyanın əlavə funksiyası Ermənistanda təhlükəsizlik məsələlərinin öyrənilməsindən ibarətdir. Məsələnin belə qoyuluşu da əlavə suallar doğurur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin iqtisadiyyatı böyük dərəcədə bu ölkədən asılıdır. Amma indi Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanı regiona gətirməyə cəhd edir. Aİ daxilində bəzi ölkələr də Fransanın bu cəhdlərinin Cənubi Qafqazda sülhün və barışın təmin olunmasına deyil, rəsmi Parisin geosiyasi maraqlarına xidmət etdiyini aydın gördükləri üçün yeni missiyanın yaradılmasının əleyhinə olublar. Çünki Fransa mövcud olduğu regionda sülh üçün deyil, öz imperialist maraqlarını həyata keçirməyə çalışıb. Tarixdən Fransanın milyonlarla insanı soyqırımına məruz qoyduğu da yaxşı məlumdur. Əlbəttə ki, belə olan halda geosiyasi qüvvələrin əlində oyuncağa çevrilmiş Ermənistanın gələcəyi yoxdur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44

