Geoiqtisadi maraqlar geosiyasi maraqları “udur”...
15.06.2023 [10:40]
Yeni iqtisadi münasibətlər sistemi siyasi ambisionizmi və hərbi üstünlükləri istisna edir
Ən yeni tarixin dönüş nöqtəsi sayılan II Dünya Müharibəsi müasir dünya düzəninin əsas altbazası hesab edilir. Məhz sonuncu qlobal müharibənin ardından dünyada sürətli şəkildə ideoloji fərqliliklərin meydana çıxması və təşviq edilməsi hərbi-siyasi birliklərin formalaşdırılmasına yol açdı. Müharibədən həmən sonra qalib ölkələrin “konsensus mərkəzi” kimi fəaliyyətə başlayan BMT sonrakı soyuq müharibə mərhələsində iki əsas ideoloji qütbün - kapitalist Qərb bloku ilə sosialist SSRİ arasındakı ideoloji ziddiyyətlərin ortaya çıxardığı təzahürləri tənzimləməli idi. Dünya ölkələri sürətli şəkildə hərbi-siyasi maraqlar ətrafında birləşir, geosiyasi, geostrateji maraqlar önə çıxır, ideoloji fərqliliklər əsas meyar halını alırdı. Başqa sözlə, sosialistlər bloku ilə kapitalist dünyası arasında iqtisadi münasibətlər uçurumu böyüyürdü - burada hətta qarşılıqlı əks-təbliğat böyük rol oynayırdı. Kapitalist Qərb rəqibi olan sosialist ölkələrinin aclıq və səfalət içində yaşadığını, “möhürlü ət” yediyini iddia edir, “qırmızı bayraqlılar” isə kapitalist dünyasını mənəvi aşınmalara məruz qalmış, bəşəri dəyərlərini itirmiş, sosial bərabərsizliyin cövlan etdiyi qaranlıq turbulensiya kimi təqdim edirdi. Bir sözlə, ideoloji-siyasi fərqlilik böyük uçurumlar formalaşdırırdı. Bu sırada tarixi Kuba - ABŞ qarşıdurmalarını, SSRİ-nin Afrikaya nüfuz etməsini, Yaxın Orta Şərqin hərbi qarşıdurmalar plasdarmına çevrilməsini misal göstərmək olar.
Yeni meyar - geoiqtisadi maraqlar...
Beləliklə, hərbi-siyasi formatlarda ortaya çıxmış bloklaşma dünya dövlətlərini fərqli tərəf kimi qarşı səngərlərə “yerləşdirirdi”. İki qütb arasındakı “savaş silahı” isə yalnız ideoloji ştrixlər sayılırdı. İqtisadi maraqlar heç bir önəm kəsb etmirdi. XX əsrin dünyası informasiyaların manipulyasiyasına geniş imkanlar tanımırdı - insanları yalnız televiziya və ya radio təbliğatı ilə vahid konsepsiya ətrafında birləşdirmək mümkün idi. Real mənzərəni görmək və dəyərləndirmək isə ağlasızmaz dərəcədə çətin idi.
SSRİ-nin dağılmasının ardından sosialist blokunun ittifaq və birlikləri təbii halda “əridi”. Sosializmin ən azından Şərqi Avropada hakim ideoloji xətt kimi məğlubiyyəti “köhnə qitə” üçün vahid istiqamət müəyyənləşdirdi. Bu mənada, yeni dövrdə formalaşan yeni birliklər artıq yeni hədəflərə diqqət kəsildi - yeni meyar üstünlük qazanırdı: Bu, geoiqtisadi maraqlar idi...
Dünya nizamının yeni “açarı”...
Yaranan yeni təşkilatlar və bloklar yeni nizamda dünya siyasətinə təsir və təzyiq mexanizmlərini əllərində toplamaq uğrunda mübarizənin əsas “açarı” kimi iqtisadi rıçaqları irəli sürürdülər. Ölkələrdə baş verən siyasi proseslərin istiqamətləri və xarakteri iqtisadi əsaslarla təhlil edilirdi. İdeoloji fərqlilik yavaş-yavaş aradan qalxırdı, daha doğrusu ideoloji fərqlilik əvvəlki kimi iqtisadi münasibətlərin inkişafına maneə yaratmırdı. Hətta iqtisadi inkişaf planlarının yol strategiyaları yavaş-yavaş siyasi xəritələrə, siyasi şəkilləndirmələrə transformasiya olunurdu. Yeni münasibətlər sistemində bloklar “qütblərarası mübarizəni” ideoloji kontekstdə deyil, iqtisadi müstəvidə inkişaf etdirməyə başladılar. Avropa İttifaqı, Mərkəzi Asiya İqtisadi Birliyi, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, Afrika Dövlətlərinin İqtisadi Birliyi və bu kimi onlarla təşkilat yeni dönəmin nizam şərtlərini formalaşdıran əsas birliklər sayıldı.
Bəli, XXI əsrin ilk illərindəcə artıq 30 ilə yaxın davam etmiş strateji xətt təbii şəkildə çat verdi- beynəlxalq status pərdəsi altında bəzi ölkələrə qarşı tətbiq edilən ikili standartlar yeni parçalanmaların əsasını qoydu. Ortaya çıxan fikir ayrılıqları fundamental ideoloji dəyərlərə deyil, korporativ iqtisadi maraqlara uyğun tənzimləndi. Bu isə yeni dünya nizamında münasibətlərə yenidən baxılmasını şərtləndirmiş oldu.
“Ərəb baharı”nın iqtisadi “düsturu”...
Adi bir fakt - siyasi iddialara, hərbi bəhanələrə, insan hüquq və azadlıqlarına əsaslanan “Ərəb baharı” dönəmi bu günün rakursundan daha çılpıq görünür - yəni, məramlar və məqsədlər daha açıq şəkildə ortaya çıxır. İraqda uzunmüddətli “nüvə axtarış”ının ardından “tapmadıq üzrlü sayın” deyilməsi, Liviyada insan hüquq və azadlıqları tablosunun rənglərinin qarışıqlığından istifadə edərək iqtisadi xaosun tətbiqi, Suriyada döyüşən bütün tərəflərin masa arxasında iqtisadi maraqlar ətrafında toplanılması yeni nizam şərtlərinin ciddiliyini ortaya qoyurdu. Müasir demokratiya yürüşü geoiqtisadi maraqların strateji trayektoriyası əsasında formalaşırdı. Yeni dönəmdə siyasi liberalizm iqtisadi dayaqlar üzərindən “inkişaf etdirilir”. Təsadüfi deyil ki, Liviyada qarşıdan gələn prezident seçkilərində linc edilərək öldürülən Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi ilə keçmiş Liviya liderinin “mənəvi oğlu” Xəlifə Haftar əsas “siyasi rəqiblərə” çevriləcəklər. Təbii ki, bu siyasi gedişlər iqtisadi razılaşmalar əsasında ortaya çıxan təzahürlərdir...
Hazırki interval geoiqtisadi maraqları önə tərəf “itələməkdədir”
Rusiya - Ukrayna müharibəsi isə dünyada yeni hərbi - siyasi şəkilləndirmə yaradırmış kimi görünsə də, özündə mühüm fərqli detalları ehtiva edir. Məsələn, müharibənin hazırki dönəmi Rusiyanın başçılıq etdiyi şərti “Asiya qütbü” qanadından daha çox Qərb blokuna mənfi təsirlər göstərməkdədir. Bircinsli olmayan Qərb blokunun iqtisadi maraqları artıq açıq şəkildə siyasi ideoloji “şüarları” küncə sıxışdırır. Başqa sözlə, müharibənin hazırki intervalı geoiqtisadi maraqları geosiyasi maraqların önünə tərəf “itələməkdədir”. Avropa məkanı üçün həm xarakterik, həm də ənənəvi olan “köhnə rəqabət” beləliklə xatırlanmış olur. Tarixin bütün dönəmlərində maraqları üst-üstə düşməyən anqlo-sakson ittifaqı ilə mərkəzçi Avropanın (avrosentristlər) arasındakı ziddiyyətlər yenidən bariz formada özünü göstərməyə başlayır. NATO-nun hərbi blok olaraq məsələlərə nüfuz gücü kfayət qədər zəifləyir. Mərkəzçi Avropa anlayır ki, bu müharibənin nəticələri Şərq-Qərb iqtisadi aortasının yolunu məyyənləşdirməkdən ibarətdir. Bu yolun əsas strateji stansiyaları isə şərti də olsa məlumdur - Uzaq Asiyadan ta “köhnə qitə”yə kimi on illiklər boyu formalaşdırılmış ənənəvi yollar yeni dönəmin iqtisadi çağırışları ilə uzlaşmır. Bəzi qlobal güclər Rusiya və ya başqa böyük dövlətləri yeni planlara “şərik etmək”, bu kimi qlobal layihələri təhlükə qarşısında qoymaq istəmirlər.
“Yeni Avropa” xəritəsi “yeni iqtisadi münasibətlər” xəritəsi ilə paralellik daşıyır
Hətta bu uğurda Avropa belə yeni nizama uyğunlaşdırıla bilər. Çünki Avropa əvvəlki gücündə deyil - mühafizəkar ənənələrdən qaynaqlanan “üstün status” yalnız sözdə xarakter daşıyır:
- Avropa iqtisadi gücünə görə yeni rəqabət siyahısında əvvəlki yerini qorumur;
- Enerji asılılığı Avropanı “qəliblərə” sığışdırır;
- Yeni iqtisadi nizamda Avropa yenidən “hegemon” rol oynamaq istəyir, amma imkanlar istəklərlə uyğun gəlmir.
Bunun üçün isə Avropa iki qarşı iqtisadi güc mərkəzindən birinə “stavka” etmək məcburiyətindədir. Ya, Qərbi seçərək bütövlükdə assimilyasiyaya məruz qalma prosesinə start verməli, ya da Uzaq Şərqi seçərək dünyada yeni iqtisadi dönəmin əsasının qoyulması üçün “düyməyə basmalıdır”. Aİ rəhbərliyinin, Aİ üzvü olan ölkələrin liderlərinin “Şərq ekspressi”nə səfərləri ikinci yolu seçdiklərini göstərsə də, bu, heç də son qərarın verildiyini deməyə əsas vermir. Hər bir halda Aİ yeni dönəmdə özünün iqtisadi-siyasi aktuallığını itirməmək uğrunda mübarizə aparacaq. Formalaşacaq yeni iqtisadi münasibətlər sistemi isə bir çox parametrlərinə görə əvvəlki dövrlərdən fərqlənəcək. Bu, isə bütövlükdə siyasi ambisiozluğu və hərbi üstünlükləri istisna edir - ortada yalnız iqtisadi maraqlar, əməkdaşlıq çərçivəsi dayanır. Beləliklə, “yeni Avropa” xəritəsi “yeni iqtisadi münasibətlər” xəritəsi ilə paralellik daşıyır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

