Növbədənkənar seçki?
14.06.2023 [10:47]
44 günlük Vətən müharibəsinin nəticələri regionda yeni siyasi situasiya formalaşdırdı. Ərazi bütövlüyümüzün təmin edilməsinin ardından yeni mərhələdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi davam etməkdədir. Son bir neçə ayda isə proses xüsusi dinamizm qazanıb. Ard-arda baş tutan təmasların ardından Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün formalaşması ilə bağlı ümidlər yaranıb - danışıqlar prosesində pozitiv implusların müşahidə olunması hətta vasitəçilər tərəfindən də etiraf olunur. Təbii ki, prosesin məntiqi nəticəyə - sülhə yaxınlaşması bəzi qruplar və ya güclər tərəfindən narahatlıqla qarşılanır. Bunun nəticəsidir ki, ötən dövr ərzində sülhün və təhlükəsizliyin formalaşmasına bu və ya digər şəkildə mane olmağa çalışanlar yeni “variantlar” axtarışındadırlar.
Ermənistan “respondenti” nə istəyir?
Xəbər verildiyi kimi, mənzil-qərargahı ABŞ-da yerləşən “Gallup İnternational Association” şirkəti Ermənistanda növbəti dəfə ictimai rəy sorğusu keçirib. Nəticələrə əsasən məlum olub ki, respondentlərin 20%-dən də az hissəsi Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini bəyənir. Rəyi soruşulanların yalnız 18,8%-i Nikol Paşinyanın baş nazir kimi fəaliyyətini bəyənir (5,4% - tamamilə müsbət, 13,4% - kifayət qədər müsbət), 24,2% - kifayət qədər mənfi, 47,1% - tamamilə mənfi qiymət verib 10% qiymət verməkdə çətinlik çəkib.
Bununla yanaşı, vətəndaşların 59,9%-i hazırkı daxili və xarici siyasi təhdidləri nəzərə alaraq ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğunu düşünür: 41%-i birmənalı olaraq zəruri hesab edir, 18,9%-i daha lazımsız, 19,5%-i lazımsız və 8,5% cavab verməkdə çətinlik çəkib. Xatırladaq ki, telefonla keçirilən sorğu mayın 27-dən 31-dək Ermənistanda 1100 respondent arasında keçirilib.
Sorğunu keçirənlər...
Keçirilən sorğunun nəticələri və ümumiyyətlə, sorğu prosesi özü birmənalı qarşılanmır. İlk olaraq qeyd edək ki, bu sorğunun həqiqiliyi ilə bağlı məsələ belə dövrü mətbuatda sual altındadır. Başqa sözlə, bu sorğunun “Gallup İnternational Association” şirkətinin Ermənistandakı nümayəndəliyinin keçirdiyi ortaya çıxıb. Hətta erməni mənbələrində şirkətin Ermənistan nümayəndəliyinin Robert Köçəryana “yaxın” olması bildirilir. Belə ki, 2021-ci ildə Ermənistanda baş tutan növbədənkənar parlament seçkiləri zamanı da şirkətin Ermənistan nümayəndəliyi “səhv nəticələri” ilə yadda qalmışdı. Həmin vaxt şirkətin Ermənistan nümayəndəliyi Paşinyanın rəhbərlik etdiyi “Mülki Müdafiə” partiyasının ikinci yeri tutması ilə bağlı “fikir bildirmişdi”.
Seçicilər 2021-ci ildə də revanşistlərə etimad göstərmədi
İndiki halda isə nümayəndəliyin sorğusuna görə Ermənistan əhalisinin 60 faizi növbədənkənar seçkilər “arzusundadır”. Bu “rəyi” Ermənistanın sülh masasında “əlinin zəif” olması ilə əlaqələndirməyə çalışanlar isə bir faktı unudur - 2020-ci il Vətən müharibəsində məğlub olaraq kapitulyasiya imzalanmasından 6 ay sonra hazırki hakimiyyət “etimad seçkisi” keçirmişdi. Azərbaycanın qəti qələbəsindən az müddət keçməsinə və psixoloji durumun kəskinliyinə baxmayaraq Ermənistan seçicisi Paşinyana səs vermişdi. Bu isə onu göstərirdi ki, seçicilər revanşist qüvvələrə birmənalı şəkildə etimad göstərmir. İndiki halda isə tablo daha da aydınlaşıb:
- Azərbaycanın regionda yaratmağa çalışdığı iqtisadi mənzərənin ştrixləri ortadadır;
- Azərbaycanla münasibətlərin normallaşması Ermənistan üçün iqtisadi və siyasi müstəqillik perspektivi formalaşdırır;
- Bu həm də Ermənistanın beynəlxalq aləm tərəfindən müstəqil subyekt kimi qəbul olunmasını, Paşinyanın təbirincə “kupçalı dövlət” statusu qazandırır.
Beləliklə, keçirilmiş sorğunun nəticələri hətta Ermənistan xalqının erkən seçkilərə getmək istəyini ifadə edirsə belə, bu, heç də revanşist qüvvələrə “stavka” ediləcəyi anlamına gəlmir. Çünki ən çətin anlarda belə “köhnə komandaya” etimad göstərməyən erməni xalqının indiki məqamda - sülhün qapının astanasında olduğu bir zamanda başqa bir seçim edəcəyi inandırıcı görünmür...
Manipulyasiyaya cəhd varsa belə...
Bununla belə, Ermənistanda “yeni seçkilər” ideyasının ortaya atılmasını yeni manipulyasiya kimi qiymətləndirənlər də var. Artıq bir neçə ildir ki müəyyən manevrlərlə vaxt uzadan, hansısa “möcüzələr” axtarışında olan Ermənistanın siyasi rəhbərliyi danışıqlar prosesinin yekuna doğru yaxınlaşdığının fərqindədir. Bəzi siyasi təhlilçilər hazırki hakimiyyətin vaxt udmaq üçün belə bir spekulyasiyadan istifadə etməsinin mümkünlüyünü iddia edirlər. Amma bu manevrlər belə Paşinyan hakimiyyətinə hər hansı bir üstünlük vəd edə bilməz. Ötən dövr ərzində “beynəlxalq təzyiq” kampaniyaları təşkil etmək, bəhanələrlə görüşlərdən yayınmaq cəhdləri boşa çıxan, hətta hərbi təxribatları belə işə yaramayan Ermənistanın oxu daşa dəyib. Artıq beynəlxalq aləm də Ermənistanın sülh danışıqlarına ciddi yanaşmasını, qısa zamanda nəticələrə nail olunmasını istəyir. Vasitəçilərin görüşdən sonra verdiyi açıqlamalar, böyük dövlətlərin prosesə diqqətlə yanaşması bunu təsdiqləyir. Ermənistanın isə “udacağı müddətdə” belə nəyəsə nail olacağı mümkün deyil - Ermənistan “ordu toplayıb” yenidən müharibə edə bilməz və ya Azərbaycana qarşı hansısa “iqtisadi rıçaq”dan istifadə etmək imkanına malik deyil. Beləliklə, Ermənistan siyasi rəhbərliyinin hətta bu kimi, perspektivsiz cəhdləri də fiaskoya məhkumdur...
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

