ATƏT dağılır?
07.06.2023 [10:30]
Nardar BAYRAMLI
Hazırda dünyada baş verən mürəkkəb proseslər və böhranlar beynəlxalq təşkilatların işinə də mənfi təsir göstərməkdədir. Bu baxımdan, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) olan vəziyyət də bunu deməyə əsas verir. Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bugünlərdə bildirib ki, ATƏT beynəlxalq təşkilat kimi dağıla bilər. Məsələ ondadır ki, Rusiya və Belarusun Estoniyanın 2024-cü ildə sədrliyinə razılıq verməməsi səbəbindən təşkilat ən azı altı ay böhranla üzləşəcək. “Əgər 2024-cü ildə sədr olmazsa, bu məsələdə konsensus əldə edilməzsə, gələn il ATƏT-in bir təşkilat kimi dağılması ili olacaq”, - deyən Finlandiya XİN başçısının sözlərinə görə, vəziyyət yetərincə ciddidir. Nazir Finlandiyanın 2025-ci ildə təşkilata sədrliyə başlamazdan əvvəl ATƏT-in dağılacağından narahatlıq ifadə edib.
Qeyd edək ki, təşkilatın qaydalarına görə, ATƏT-ə rotasiya üzrə sədrlik edən ölkə 57 üzv dövlətin hamısı tərəfindən təsdiqlənməlidir. Ancaq Rusiya və Belarus Estoniyanın gələn il sədrliyə namizədliyini təsdiq etməyib. Buna səbəb Ukraynadakı müharibəyə görə Estoniyanın Rusiyanı terroru himayə edən ölkə kimi tanımasıdır. Bundan sonra tərəflər arasında diplomatik gərginlik yaranıb. Amma Rusiyanın mövqeyinə baxmayaraq, Estoniya öz namizədliyindən imtina etməyə hazırlaşmır.
Təşkilat 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi adı altında yaradılıb. Yəni, Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə ilk görüş sözügedən tarixdə Finlandiya və şəxsən prezident Urho Kekkonenin təşəbbüsü ilə Helsinkidə keçirilib. 30 iyul - 1 avqust 1975-ci il tarixində keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktını (Helsinki müqaviləsi) imzalayıblar. 1994-cü ildə keçirilən Budapeşt sammitində isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlandırılmağa başlayıb. Hazırda 57 üzv dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT “soyuq müharibə”nin başa çatmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.
ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə altı sammiti keçirilib. Təşkilatın son zirvə görüşləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1-2-də isə Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin dövlət və hökumət başçıları, o cümlədən bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak etmişdilər. Əslində, son sammit təşkilatda dərin böhranın mövcudluğundan xəbər verirdi. Belə ki, bəzi dövlətlərin rəhbərləri sammitin işini yarımçıq tərk etmişdi. Astana sammitindən sonra isə ümumiyyətlə ATƏT-in Zirvə görüşlərini, yəni dövlət və hökumət başçıları səviyyəsində sammtini keçirmək mümkün olmayıb. Hazırda təşkilatın illik hesabat toplantıları keçirilir ki, həmin toplantılarda da əsasən üzv ölkələrin qurumdakı nümayəndələri iştirak edirlər.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. Lakin 28 illik fəaliyyəti dövründə Minsk qrupunun vasitəçiliyi heç bir nəticə vermədi. Daha doğrusu, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın işğalçı siy?sətinə son qoymaq istiqamətində heç bir addım atmadılar. Əksinə, bir çox hallarda işğalçı tərəfin maraqlarına cavab verən mövqe sərgiləyirdilər. Bu da ölkəmizdə ciddi narazılıqla qarşılanırdı. Uzun illər ərzində vasitəçilik missiyası nəticə vermədiyi üçün Azərbaycan cəmiyyətində həmsədrlərin regiona səfərləri “turist səfəri” kimi xarakterizə olunurdu. ATƏT-in Minsk qrupunun fəaliyyəti fiaskoya uğradığı üçün 2020-ci ildə Azərbaycan öz gücünə ərazilərini işğalçılardan azad etdi. Beləliklə də, dövlətimiz Dağlıq Qarabağ münaqişəsini həll etdiyinə görə Minsk qrupu da tarixin arxivinə göndərildi.
Hazırkı vəziyyətə gəlincə, Rusiya və Belarusun Estoniyanın təşkilata sədrliyini dəstəkləməməsi böhranı dərinləşdirir. Əslində, Avropadakı təhlükəsizlik problemlərinin həllində aciz olan ATƏT-in öz funksiyalarını yerinə yetirməməsi fonunda onun dağılması mümkün görünür. Çünki formal fəaliyyət üzv ölkələr üçün heç bir fayda vermək iqtidarında deyil.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

