Birbaşa dialoq - ən effektiv həll yolu...
27.05.2023 [10:10]
Beynəlxalq aləm sülhlə bağlı çağırışlarını intensivləşdirir
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda vasitəçilik cəhdləri də təsdiqləyir. Məsələn, danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, sülh gündəliyi Qərbin, əsasən də ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir. Belə ki, hər görüşdən sonra və ya öncə ABŞ rəsmilərinin tərəflərlə danışıqlar aparması prosesin diqqətlə izlənildiyini deməyə əsas verir.
Bu ilin mayın 1-dən 4-nə kimi isə Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında məhz ABŞ-da görüş keçirilmişdi. Nazirlər ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşdülər. Danışıqlar raundunun ilk günündə tərəflərlə görüşən ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, rəsmi Vaşinqton sülh gündəliyinin davamlı olması üçün atdığı addımlarda qəti mövqedən çıxış etdiyini ortaya qoymuşdu.
Hazırda isə danışıqların növbəti raundu aktuallıq daşıyır. Moskvanın iştirakı ilə tənzimləmə prosesinin növbəti mərhələsi gündəmdədir. Hər bir halda danışıqlar və müzakirələr ortadakı problemlərin həlli üçün vacibdir.
Davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacibliyi...
Bu arada ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller keçirdiyi brifinqdə bildirib ki, ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir. “Tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Dövlət katibi Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəflərlə bu işdə, o cümlədən onlarla birbaşa qarşılıqlı fəaliyyətlə dəstəyimizi davam etdirəcəyik”, - deyə M.Miller bildirib.
Onun sözlərinə görə, ABŞ əlçatan olan davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacib olduğunu hesab edir.
“İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik”, - deyə o əlavə edib.
ABŞ rəsmisinin “birbaşa dialoq” fikri müəyyən dövrlərdə də seçilib. Azərbaycan Prezidenti öz çıxışlarında da bu məsələyə toxunub, amma Ermənistan buna adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın tutduğu mövqenin özündən asılı olmaması buna imkan verməyib. İndiki halda, ABŞ-ın bu aktivliyi danışıqlarda hansısa intensivliyi formalaşdırmaq üçün mühüm fürsətdir və birbaşa dialoq bu mənada mühüm əhəmiyyətə malikdir.
Qeyri-adekvat davranış...
Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bunun da altında maraqlı məqamlar yatır.
Məsələn, göründüyü kimi, Vaşinqtonun əsas istəyi Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun olmasıdır - bu, təqdirolunası bir haldır. Amma Ermənistan tərəfi müəyyən zamanlarda birbaşa dialoqun pozulmasına xidmət edəcək addımları ilə seçilir. Bunun əsl səbəbi isə yenə də Ermənistanın müstəqil qərar vermək iqtidarında olmamasından qaynaqlanır:
- Ermənistan müstəqil xarici siyasət yürütmür;
- Ermənistanın regiona dair müstəqil siyasi baxışı yoxdur.
Bu isə hər zaman danışıqlar prosesinə təsir edən amil kimi dəyərləndirilir. Hətta Ermənistanın rəsmi şəxsləri Azərbaycanla danışıqlarda iştirak etsələr də kənardan onlara verilən təlimatlar bəzi hallarda danışıqlar prosesinə təsir göstərir.
Ermənistanın sülh gündəliyini təsdiqləməsi...
Beynəlxalq güclərin, o cümlədən ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək. O cümlədən dünyanın yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına yeni nəfəs gətirəcək. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - Ermənistan isə yaxın zamanda sülhü imzalamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş olacaq.
Azərbaycanla münasibətlərin normallaşması isə Ermənistanın inkişaf, üçün yeni bir mərhələ deməkdir. Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənistan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

