12 ildən sonra...
20.05.2023 [10:30]
Bəşər Əsədin Ərəb Liqasına qayıdışı Yaxın Orta Şərqə hansı yenilikləri vəd edir?
Yaxın Orta Şərq regionunda sülhün və təhlükəsizliyin formalaşması, terrorizmə qarşı qəti mübarizə mühüm yeniliklər və çağırışlarla müşaiyiət olunur. Eyni zamanda, dövlətlərarası münasibətlərdə yaranan yeni siyasi situasiyalar özündə bir sıra mühüm məqamları ehtiva edir. Məsələn, Suriya prezidenti Bəşər Əsəd Ərəb Liqasının sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına gedib. Bu barədə “Al Arabiya” məlumat yayıb. Qeyd olunur ki, bu, Suriya liderinin ölkədə 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra ilk səfəridir.
Suriya ilə bağlı yeni qərar...
Xatırladaq ki, Ərəb Liqasının 22 üzvdən 18-i 2011-ci ilin noyabrında dinc etirazları qanla yatırmaq cəhdinə görə Dəməşqin qurumdakı üzvlüyünün dayandırılmasını dəstəkləmişdi. O zaman Suriyadan başqa, İranın təsiri altında olan Livan və Yəmən qurum üzvlüyü ilə bağlı Suriya hakimiyyətinin lehinə səs vermişdi. İraq bitərəf qalmışdı. Vətəndaş müharibəsi zamanı isə 500 mindən çox insan həlak olmuş, milyonlarla insan öz yurd-yuvasından didərgin düşmüşdü. İlk vaxtlarda ölkənin şimal hissələri rəsmi hakimiyyətin nəzarətindən çıxsa da, 12 illik vətəndaş müharibəsindən sonra ölkədəki nəzarət böyük ölçüdə hakimiyyətin nəzarətinə keçib. Bununla belə problemlər hələ tam həll edilməyib - müxaliflərin və qaçqınların vəziyyəti, həmçinin şimaldakı torpaqlarla bağlı siyasi həll yolları araşdırılır.
Bu ilin may ayının əvvəlində Misirin paytaxtı Qahirədə toplaşan Ərəb Dövlətləri Liqası xarici işlər nazirləri 2011-ci ildən bəri vətəndaş müharibəsi səbəbindən kənarda qalan Suriyanın birliyə qayıtmasına icazə vermişdi. Məhz Səudiyyə Ərəbistanı və Misirin tələbi ilə keçirilən iclasda yekdilliklə qərar qəbul olunmuşdu. “Suriya Ərəb Respublikasının hökumət nümayəndə heyətləri Ərəb Dövlətləri Liqasının iclaslarında iştirak edə biləcək” - qərarda qeyd olunmuşdu. Düzdür, Qətərin timsalında bu qərara bütün ərəb dövlətləri razı olmasa da, sonradan Səudiyyə Ərəbistanının Körfəz ölkəsini razı salma cəhdləri öz bəhrəsini verib. Beləliklə, Suriyanın Ərəb Liqasına qayıdışı ilə bağlı qərar mayın 7-dən qüvvəyə minib.
Türkiyə sabitləşdirici faktor kimi...
Qeyd olunmalıdır ki, Suriyanın da yerləşdiyi Yaxın Orta Şərq məsələsi artıq 30 ildir siyasi güclərin əsas “müzakirə predmeti” kimi çıxış etməkdədir. Məhz böyük güclərin maraqları ötən 30 ildən artıq müddətdə bu regionda terrorizmə qarşı effektiv mübarizənin aparılmasına mane olub. Eyni zamanda, Suriyada gedən proseslər bütövlükdə regionun inkişafına əsaslı maneələr yaradırdı. O baxımdan ki, vətəndaş qarşıdurmasında iştirak edən tərəflərə dəstək verən xarici güclər öz maraqlarını bütövlükdə regionda təmin etmək üçün çalışırdı. Hətta bu yolda zaman-zaman hərbi gücdən də istifadə olunurdu. Böyük dövlətlərin hərbi poliqonuna çevrilmiş Suriya Yaxın Orta Şərqin kataklizm mərkəzi “statusu” qazanmışdı.
İndiki halda isə Türkiyənin regionun stabilliyi istiqamətində atdığı addımlar öz bəhrəsini verir. Məsələn, 5 aydır ki, davam edən Rusiya, İran, Suriya və Türkiyə arasındakı təmaslar regionda yeni şəkilləndirmənin başlayacağını deməyə əsas verir. Ötən ilin
dekabrından başlanan bu təmaslarda əsas rol alan Türkiyənin səyi nəticəsndə terrorla mübarizə sahəsindəki əməkdaşlıq, suriyalı qaçqınların geri qayıtması ilə bağlı mexanizmin hazırlanması, siyasi prosesin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün qorunması kimi məsələlər müzakirə predmetinə çevrilir.
Orta Şərqin yeni mərhələdə inkişaf trayektoriyası...
Ümumiyyətlə, son proseslər onu göstərir ki, Yaxın Orta Şərq regionunda artıq şərtlər dəyişib - regional və müstəqil inkişaf üçün əsas amil hesab edilən sabitlik və iqtisadi əlaqələrin inkişafı amili önə çıxıb. Bunun təmin edilməsi isə bütövlükdə Yaxın Orta Şərq üçün mühüm perspektiv vəd edir:
- Siyasi müstəqillik seqmentinin ən prioritet məsələ kimi önə çıxması;
- Siyasi sabitliyin əldə olunması;
- Hərbi qarşıdurmaların dayandırılması və dialoqun formalaşdırılması;
- İqtisadi münasibətlərin sırf dövlət maraqları səviyyəsində inkişaf etdirilməsi.
Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını ortaya çıxarır. Təsadüfi deyil ki, Ərəb Liqası ölkələri bu yeniliklərin mühüm müsbət tendensiya yaratması üçün regionun əsas açarı rolunu oynayan Suriyanı yenidən öz aralarında görməyə qərar verirlər. Ən əsası isə bu addım qarşıdakı dövr üçün digər yeniliklərə rəvac verə bilər...
Sabitlik üçün...
Türkiyənin Yaxın Orta Şərqin inkişafı, bu regionda sabitliyin bərqərar olması prosesindəki rolu artdıqca yeni nizam ortaya çıxır - bu isə özündə mühüm yenilikləri və çağırışları əks etdirir. Orta Şərqin enerji resurslarının dünya bazarına çıxarılması, yeni inteqrasiya mühitinin formalaşdırılması, Avropa və digər regionlarla qarşılıqlı əlaqələrin bərpası burada əsas şərt qismində çıxış edir. Təbii ki, bu çoxtərəfli əlaqələrin qurulması, nizamın formalaşması üçün paralel addımlar atılmalıdır - yəni, bu proses həm də region dövlətlərinin rəsmi Təl-Əvivlə də əlaqələrinin inkişafını şərtləndirir. Bu baxımdan da Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması əsaslıdır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçilmişdi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır. Bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi konfiqurasiyanın əsasını qoyur, terrorizmə qarşı mübarizənin effektiv mərhələyə keçidini rəsmiləşdirir. Bu mənada Ərəb Liqasının Səudiyyə Ərəbistanında baş tutan sammiti də mühüm əhəmiyyətə malik ola biər.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

