Silahları tükənib...
19.05.2023 [10:10]
Nicat Dilqəmli
44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun peşəkarlığı, dövlət başçısının siyasi iradəsi, qətiyyəti, Xalq-Ordu-İqtidar birliyi nəticəsində əldə olunan parlaq zəfərdən sonra Azərbaycan dövləti yeni prioritetləri müəyyən etdi. Belə ki, hazırda dövlətin əsas məqsədi keçmiş qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz şəkildə qayıdışını təmin etməkdir. Digər önəmli məqam isə, təbii ki, ən yaxın vaxtda yekun sülh müqaviləsinin imzalanması məsələsidir. Hər iki istiqamətdə qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində üzərinə götürdüyü bütün öhdəliklərə sadiqliyini nümayiş etdirir.
Bütün bunlara baxmayaraq Ermənistan tərəfi hələ də hansısa real addımların atılmasında maraqlı görünmür. Tam əksinə, qarşı tərəf hər vəchlə aparılan danışıqlar prosesinə süni əngəllər yaradaraq sülh müqaviləsinin imzalanmasını gecikdirir. Təkcə bu il ərzində Ermənistan bir neçə dəfə hərbi təxribatlar törədib. Təəssüf ki, Ermənistan-Azərbaycan münasibətlərinin yeni mərhələsinin başlanacağı gözlənildiyi bir vaxtda qarşı tərəf riyakar məqsədlərindən əl çəkmir.
Dünən saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-larının tətbiq edilməsi də deyilənləri növbəti dəfə təsdiq edir. Məlumatı Müdafiə Nazirliyi yayıb. Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.
Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. “Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda qeyd edilib.
Bəzi məqamlar Ermənistanın bu təxribatının əvvəlkilərdən bir xeyli fərqləndiyini açıq şəkildə nümayiş etdirir. Dünənki təxribat Ermənistan ordusunun hərbi potensialının tükəndiyinin açıq şəkildə ortaya qoydu. Əgər əksi olsaydı, qarşı tərəf pilotsuz uçuş aparatlarını hansısa zirzəmidə kustar üsulla hazırlamazdı. Görünən odur ki, Ermənistanın hərbi büdcəsi yeni texnika, silah-sursat ala bilməyəcək qədər aşağı səviyyədədir. Lakin bu aparatların hazırlanması üçün hansısa ehtiyat hissələrinin olması da mütləqdir. Belə olan halda digər bir məqam diqqət çəkir: Ermənistan bu texniki vasitələri haradan əldə edir və ya düşmən ordusunu bu aparatların ehtiyat hissələri ilə təmin etmək kimlərin marağına xidmət edir?
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinin oxucuları ilə bölüşən hərbi ekspert Ədalət Verdiyev Ermənistan tərəfinin əvvəllər də kustar üsulla hazırlanmış mərmilərdən dəfələrlə istifadə etdiyini bildirib: “Təqdim edilən görüntülərə əsaslanaraq demək olar ki, bu sursatlar kiçik bir partlayış gücünə malikdir. Lakin bu, həmin sursatların öldürücü imkanlarının olmasını da istisna etmir”.
Ekspert ermənilərin istifadə etdikləri uçuş aparatları ilə bağlı da bir sıra maraqlı məlumatları bölüşüb. O bildirib ki, düşmən bu PUA-ların penoplast korpusunun üzərinə trotil yerləşdirməklə istifadə edir: “LiPo 14.8V” tipli batareyalardan istifadə edən sadə konstruksiyalı aparatın dəqiqliyi kifayət qədər zəifdir, hədəflərə kilidlənə bilmir və avtopilot reiminə malik deyil. İdarəolunması PUA-dan yalnız sabit və zirehsiz hədəflərə, xüsusilə də canlı qüvvəyə qarşı istifadəyə imkan verir”.
Hərbi ekspertin sözlərinə görə, PUA-nın kamerası, pərləri və bir neçə digər elementləri internet üzərindən açıq satışda mövcuddur: “PUA-nın ən bahalı detalı “Paspberry PİCameraModule V2.1” tipli kamerasıdır ki, onun da internet satış platformalarında qiyməti cəmisi 28.50 funt, təxminən 60 manatdır”.
Ə.Verdiyev bildirib ki, istifadə edilən dronların bəzisi Monte Melkonyan adına liseyin şagirdləri tərəfindən hazırlanan aparatlardır. Bu dronlar mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər istiqamətində Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən tətbiq etdiyi həmin vasitələrdir”.
PUA üçün bəzi primitiv material və hissələrin əldə edilməsi məsələsinə gəlincə ekspert deyib ki, bunu UATE-nin keçmiş sədri Karen Vardanyan Fondu təmin edir: “Gümrüdəki “FlyLab” dərnəklərin işini koordinasiya edir. Torna dəzgahlarını isə Gorusdan “AugmentAr” müəssisəsi təqdim edib”.
Azərbaycanın erməni təxribatlarına layiqincə cavab verdiyini vurğulayan ekspert bunun Ermənistan üçün olduqca ağır nəticələrə gətirib çıxaracağını qeyd edib: “Erməni mövqelərinin, hətta hərbi hissə və silah-sursat anbarlarının Basarkeçər rayon mərkəzində, Zod və digər kəndlərin ərazisində və ya yaxın ətrafında yerləşməsi, bu ərazilərdə yaşayan ermənilərin evlərində təhlükəsiz yaşamasını qeyri-mümkün edir. Azərbaycana qarşı geniş müqavimət potensialı olmayan Ermənistan təxribat fəaliyyətlərinin ağır nəticələrini, o cümlədən Azərbaycanın əks-cavab reaksiyasında tərəddüd etməyəcəyini bilərək qəsdən 2022-ci ilin sentyabrında baş verənlərin Basarkeçərdə təkrarlanmasına real şərait yaradır. Təxribatlar düşmənin fərari ordusuna daha çox sayda şəxsi heyət, ərazi və texnika itkiləri vəd edir”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41

