İrəvan qorxduğunu etiraf edir...
18.05.2023 [10:40]
Paşinyanın Moskvaya “müraciəti” nədən xəbər verir?
Ermənistan ilə Rusiya arasında son dövrlərdə daha qabarıq şəkildə üzə çıxan ziddiyyətlər get-gedə dərinləşməkdədir. Rusiyanın Ukrayna cəbhəsində tam uğur qazanmaması Ermənistanın da “işini çətinə salıb”. Rəsmi İrəvan hansı tərəfə üz tutacağına tam əmin deyil. Məsələn, bir müddət öncəyə qədər baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirməsi”, Aİ-nin uzunmüddətli missiyasının Ermənistana “yerləşdirilməsi”, eyni zamanda, bu missiyanın tərkibində hətta “mülki geyimli jandarmların” da olması keçmiş müttəfiqləri qarşı-qarşıya gətirmişdi. Proseslərin inkişafı isə açıq şəkildə onu göstərirdi ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Avropaya “sığındığını” düşünən Nikol Paşinyan isə bu addımları ilə Moskvanı daha da qıcıqlandırırdı. Ard-arda Kremldən səslənən bəyanatlar Paşinyan və komandasını “cızıqdan çıxmamağ”a çağırış idi. Əks halda...
Rusiyanın KTMT “qandalı” - Ermənistan çıxış yolu tapmır...
Qeyd edilməlidir ki, KTMT-nin ötən il Ermənistanın sərdrliyi ilə keçirilən sonuncu iclası mühüm qarşıdurma ilə nəticələnmişdi. Ümumiyyətlə, 2020-ci il Vətən müharibəsi dövründən başlayaraq Ermənistanın çoxsaylı səylərinə baxmayaraq təşkilatın Azərbaycana qarşı loyal münasibət bəsləməsi rəsmi İrəvanı incik salmışdı. Bu baxımdan, 2020-ci ildən bəri keçirilən bütün iclaslarda Ermənistan tərəfi KTMT-ni qınamaq, incikliyini dilə gətirmək, qurum üzvlərini Azərbaycana qarşı çevirmək yolunu tutmuşdu. Amma hər dəfəsində təşkilat üzvləri Ermənistanın bu mövqeyini bölüşmədiyini açıq şəkildə bildirir, onu yerində oturdurdular. Artıq narazılığını açıq şəkildə ortaya qoyan Ermənistan son iclasda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina etmişdi. Çünki rəsmi İrəvanın guya Azərbaycanın Ermənistan torpaqlarına “təcavüz etməsi” görüntüsü yaratmaq və bununla da KTMT-ni ölkəmizə qarşı qoymaq cəhdləri boşa çıxmışdı.
Ardından isə Ermənistan KTMT-dən çıxmaq məsələsini gündəmə gətirmişdi. Hətta bununla bağlı həm baş nazir Paşinyan, həm də təhlükəsizlik şurasının katibi Qriqoryan açıqlama vermişdi. Məsələyə son nöqtə isə yenidən Moskvadan qoyulmuşdu. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanının sözsüz ki, KTMT-də fəaliyyətini davam etdirəcəyini bildirmişdi. Bu isə, artıq Rusiyanın Ermənistana mövzu ilə bağlı əmri də sayıla bilərdi.
Beləliklə, Rusiya Ermənistana xəbərdarlıq edir. KTMT-dən çıxmaq, başqa sözlə, üzünü Qərbə tərəf tutmaq istəyi Ermənistan üçün mənzərəni yenidən “mürəkkəbləşdirir”. Kremlin hələ ötən ilin noyabr ayında qəti şəkildə İrəvanın KTMT-də qalacağı fikrini irəli sürməsi bu məsələdə iradənin Paşinyandan və ya Ermənistandan asılı olmadığını bir daha göstərmişdi.
Paşinyan “narahatdır”...
Bu dəfə isə Ermənistan baş naziri “narahatlığını” açıq kontestdə dilə gətirib. Nikol Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində bildirib ki, Rusiyanın tələblərini qarşılamaqdan məmnunuq, ancaq gördüyümüz işlər bizim üçün “qırmızı xətt” hesab olunur. Baş nazir bu sözləri Rusiyaya açıq şəkildə bildirib: “Sizi narazı salmaq istəməzdik ancaq özümüzə sanksiya tətbiq edilməsindən narahatıq. Burada gizlin heç nə yoxdur”.
Paşinyan bəyan edib ki, Ukrayna hadisələri ilə əlaqədar logistika zəncirləri pozulub. Onun sözlərinə görə, Rusiyaya çatdırılmalı olan bir çox mallar indi üçüncü ölkələr vasitəsilə daşınır. Paşinyan əlavə edib ki, ölkəsi sanksiya mallarına münasibətdə şəffaf olmağa çalışır və bu məsələ ilə bağlı Avropa İttifaqı, ABŞ və Rusiya ilə işləyir.
Beləliklə, Paşinyan Qərb yolu tutsa belə, hələ də Rusiyanın əmrlərini yerinə yetirdiyini, hətta açıq şəkildə Kremldən qorxduğunu deyir.
Ermənistanın çıxış yolu - regionda sülhün və təhlükəsizliyin formalaşması...
Ermənistan artıq düşdüyü oyunu anlayır. Dərk edir ki, onun çıxış yolu yalnız Cənubi Qafqazda davamlı sülhün formalaşmasıdır - təhlükəsizlik arxitekturasının formalaşması Ermənistanı həm də özünün iqtisadi və siyasi müstəqilliyinə qovuşdura bilər. Belə ki, bir müddət öncə Ermənistan baş naziri Nikol Paşinyan açıq mətnlə Rusiyanın Ukrayna savaşında hərbi məğlubiyyətindən narahat olduğunu etiraf etmişdi. O, bildirmişdi ki, əgər, Rusiya Ukrayna savaşından qalib çıxa bilməzsə, bu, Ermənistan üçün əsl geopolitik fəlakətə yol aça bilər. Və bu halda, hətta Ermənistanın bir dövlət kimi mövcudluğunun şübhə altına düşməsindən belə, danışmaq məcburiyyəti yaranacaq.
Beləliklə, Ermənistan anlayır ki, artıq vəziyyət dəyişib. Sonuncu Brüssel görüşündə nail olunan irəliləyiş isə Ermənistan üçün yeganə nicat yoludur.
SADİQ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

