ABŞ Gürcüstana sanksiya tətbiq edəcək?
13.05.2023 [11:35]
Rusiya təyyarələrinə xidmət etmək istəyən gürcü şirkətlərini belə problem gözləyir
Nardar BAYRAMLI
Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağa aradan götürülür. Rusiya vətəndaşları da mayın 15-dən Gürcüstana 90 gün müddətinə vizasız gedə biləcəklər. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarının Gürcüstana səfərdən çəkinməsinə dair tövsiyəsini ləğv edib. Rusiya aviaşirkətləri Moskvadan Tbilisiyə həftədə 7 reys həyata keçirəcək. Hazırda Moskva-Tbilisi reyslərinin açılmasına hazırlıq gedir.
Xatırladaq ki, bir neçə il öncə Gürcüstan vətəndaşları Rusiyaya getməkdən çəkinirdilər. Qərbə üz tutan Gürcüstan hətta Şengen razılaşmasına da qoşulmuşdu. Gürcüstanda hakimiyyət dəyişikliyindən, xüsusilə İvanaşvili iqtidarı dönəmində Rusiya ilə münasibətlərdə tam soyuq münasibətlər yumşalmağa başladı. Bu özünü daha çox iqtisadi-ticari əlaqələrdə göstərdi. Hazırda isə bu yaxınlaşma viza rejiminin aradan qaldırılmasınadək inkişaf edib. Hökumətdən fərqli olaraq bu qərarı Gürcüstan prezidenti Salome Zurabişvili kəskin tənqid edib. Zurabişvili hesab edir ki, Rusiya tərəfindən Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və Gürcüstanla birbaşa uçuşların bərpası qəbuledilməzdir. Onun fikrincə, bu, Rusiyanın növbəti təxribatıdır: “Ukraynada münaqişə davam etdiyi və Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadığı müddətdə Rusiyanın viza rejimini ləğv etməsi və birbaşa uçuşların bərpası qəbuledilməzdir. Hökumət ölkənin Təhlükəsizlik Şurasını toplamalıdır. Çünki bu qərar Rusiyanın maraqlarına xidmət edir və Avropa İttifaqının 11-ci sanksiya paketinin təsdiqləndiyi bir vaxtda Gürcüstanla viza rejiminin ləğvi Moskvaya sərfəlidir”.
Yeri gəlmişkən, ABŞ da bu qərardan narahatdır və Gürcüstanın bəzi şirkətlərinin sanksiyalara məruz qalacağına dair xəbərdarlıq edib. Belə ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel ənənəvi brifiqdə deyib ki, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətlər Rusiya təyyarələrinə xidmət edərsə, sanksiyalara məruz qala bilərlər: “Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, biz təbii ki, Gürcüstanın hava limanlarında olan şirkətlərin sanksiyalar riski ilə üzləşə biləcəyindən narahatıq”. O, əlavə edib ki, birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətləri daha çox narahat etməlidir.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Vladimir Putinin bu qərarı son zamanlar Gürcüstanda artan anti-Rusiya meyillərinə cavab xarakteri daşıyır. Onun sözlərinə görə, Rusiya mətbuatında Gürcüstan əleyhinə yönəlmiş materialların sayı xeyli artıb. Burada ABŞ-ın regiondakı fəaliyyəti, Gürcüstanın ABŞ və Qərblə münasibətlərindəki rolu rus ekspertlər tərəfindən tənqid edilir. Amma məntiqə və reallığa gəlincə, biz görürük ki, hansısa bir formada Gürcüstan Rusiya-Ukrayna müharibəsində də kifayət qədər ehtiyatlı mövqe tutur.
“ABŞ həm də yaxşı anlayır ki, Putinin bu qərarı Gürcüstanda vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Həmçinin ABŞ Rusiyanın icazəsiz və özbaşına Gürcüstanın ərazisində hansısa sabotajlar hazırlamasından ehtiyat edir. Ona görə də, Vaşinqton Rusiyanın Gürcüstandakı fəaliyyəti ilə bağlı həyacan siqnalı verir. Lakin istənilən halda, Gürcüstan ərazisində ABŞ-la Rusiya arasında hansısa qarşıdurmanın olması real deyil. Proseslərlə əlaqədar mövqelər geopolitik baxımdan açıqlamalarla müşayiət ediləcək. Amma geniş mənada tərəflər arasında eskalasiyanın olması gözlənilmir”, - deyən politoloq əlavə edib ki, Gürtcüstan şirkətlərinin sanksiyalara məruz qalması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Çünki ABŞ və Avropa İttifaqı bu müharibəyə görə Rusiyaya qarşı sanksiyalar qəbul edib. Bir neçə gün öncə Avropa İttifaqının Rusiyaya qarşı yeni, 11-ci sanksiyalar paketi təsdiqləndi. Həmin sanksiyalar paketi Rusiyanın mövcud məhdudiyyətlərdən yayınmasına qarşı mübarizəyə yönələcək. ABŞ da Gürcüstana ona görə xəbərdarlıq edib ki, onun şirkətləri Rusiya təyyarələrinə xidmət edərsə bu, sanksiyalara zidd hərəkət olacaq. Belə olan halda isə, həmin şirkətləri də sanksiyalar gözləyir. Gürcüstan şirkətləri ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün Rusiyanın aviaşirkətləri ilə əməkdaşlıq etməməlidir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58

