Növbəti danışıqlar raundu...
06.05.2023 [10:20]
Vaşinqtonda keçirilən görüşlər nə vəd edir?
Mayın 1-dən 4-nə kimi davam etmiş Azərbaycan ilə Ermənistan XİN rəhbərləri arasında görüş yekunlaşdı. ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində baş tutmuş danışıqlarla bağlı XİN-in yaydığı məlumatda bildirilir ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən nazirlər ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər. Məlumatda o da qeyd olunur ki, nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
ABŞ -ın marağı
Danışıqlar raundunun ilk günündə tərəflərlə görüşən ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, rəsmi Vaşinqton Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxladığını, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlarda qəti mövqedən çıxış etdiyini ortaya qoymuşdu. Bu hal eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verir.
ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər də göz önündədir. Məsələn, bir müddət öncə ABŞ-ın Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, ABŞ və xarici Ticarət Xidmətləri üzrə baş direktoru Arun Venkataramanın Orta Dəhlizin inkişafını dəstəklədikləri ilə bağlı bəyanatı buna misal sayıla bilər. O qeyd etmişdi ki, bu təşəbbüsün inkişafı, Orta Dəhlizin tam işlək vəziyyətə gətirilməsi ticarət imkanlarını, dövriyyəni artıracaq. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - Ermənistan isə yaxın zamanda sülhü imzalamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş olacaq.
Azərbaycanın humanist mövqeyi...
Ölkəmizin yaratdığı ədalətli mənzərə ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi təməl prinsiplər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rola malik ola bilər. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Laçın - Xankəndi yolunun başlanğıcında qoyulan sərhəd buraxılış məntəqəsi rahat və təhlükəsiz gediş-gəlişin təminatında əsaslı dönüş yaradıb. Azərbaycanın yaratdığı bu reallıq isə gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Azərbaycanın nümayiş etdirdiyi humanist mövqe məhz bu tezisə əsaslanır.
Yeni inkişaf mərhələsinin astanasında...
Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi-siyasi müstəvidə çox şey itirib - bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil. Halbuki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın inkişafı üçün yeni bir mərhələ formalaşdıra bilər. Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənistan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

