4-cü Proqram...
21.04.2023 [10:00]
Yeni inkişaf modeli regionlarımızda
Hazırda bütün dünyada regionlar, əyalətlər arasında nəzərəçarpacaq dərəcədə fərqin yaranması narahatlıq doğuran əsas məsələlərdəndir. Qabaqcıl ölkələrin bir çoxunda diqqət əsasən, iri şəhərlərə yönəldiyindən xüsusilə də sənaye şəhərləri daha çox inkişaf edir. Belə olan halda isə, təbii olaraq digər regionlar, nisbətən kiçik şəhər və rayonlar diqqətdən kənarda qalır və həmin bölgələrdə inkişaf dinamikası digərlərinə nisbətdə bir xeyli zəifləyir. Sevindirici haldır ki, Azərbaycanda bütün deyilənlərin əksini müşahidə etməkdəyik.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü, çoxvektorlu siyasətin uğurlu nəticəsi olaraq 2004-cü ildən etibarən inkişafın fərqli modelinin tətbiqinə başlanılıb. Sözügedən inkişaf modeli özündə bölgələrin balanslı şəkildə inkişafını təzahür etdirir. Azərbaycanda regionların inkişafı ölkəmizin sosial-iqtisadi inkişaf xəttinin əsas tərkib hissəsi olmaqla, regionların balanslı, tarazlaşdırılmış şəkildə inkişafının təmin olunması qarşıda dayanan strateji məqsəd kimi müəyyənləşdirilib. Bu xüsusda son bir neçə il ərzində sözügedən hədəfə nail olunması istiqamətində atılan mühüm addımları qeyd etməkdə böyük fayda var. Belə ki, respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olundu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda sonuncu - 4-cü Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.
Prezidentin İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə, respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir. Qeyd edək ki, sözügedən səfər zamanı dövlət başçısı və birinci xanım Neftçala rayonunda Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun, 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışını edib, Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar. Salyan rayonunda isə Mərkəzi Xəstəxanasnın 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq olub, həmçinin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışı həyata keçirilib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın hər bir bölgəsinin özünə xas olan iqtisadi potensialı mövcuddur. Bu səbəbdən də həm qeyd edilən, həm də bütün digər dövlət proqramları hazırlanarkən bölgələrimizin iqtisadi resursları, əmək ehtiyatları və bununla bərabər, həlli vacib olan məsələlər, insanların istəkləri nəzərə alınıb. Olduqca əhəmiyyətli olan bu inkişaf xətlərinin dəqiq müəyyənləşdirilməsi isə nəticə etibarı ilə bölgələrin inkişaf proqramlarının uğurlu icrasının təmin olunmasında vacib rol oynayır. Aprelin 18-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində regionların inkişafından bəhs edərkən bildirib: “2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, regionlarımızda vətəndaşların həyat şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində davamlı olaraq işlər görülür. Paytaxtda olduğu kimi, bütün şəhər və rayonlarımızda da əhalinin ən yeni, müasir texnologiyalara əlçatanlılığı təmin olunur, vətəndaşların həyat şəraitinin yüksəldilməsi üçün bütün zəruri addımlar atılır.
Eyni zamanda, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə də yüksək səviyyəli abadlıq-bərpa-quruculuq işləri həyata keçirilməkdədir. Böyük Qayıdışın həyata keçirilməsi istiqamətində görülən işlərin miqyası, əldə olunan nəticələr, layihələrin icrasının ən yüksək səviyyədə təmin edilməsi bir daha onu deməyə əsas verir ki, keçmiş qaçqın və məcburi köçkünlərimiz ən qısa zamanda öz dədə-baba yurdlarına geri dönəcəklər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58

