Şuşa Bəyannaməsi gündəmə gəlir...
14.03.2023 [10:17]
XİN İrana nota verdi
Nardar BAYRAMLI
İran Azərbaycana qarşı təxribatlarını davam etdirir. Belə ki, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. Bu barədə Azərbaycanın Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir ki, hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.
Martın 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.
Hazırda Azərbaycanın regionda sülh və əməkdaşlığın təmin olunması istiqamətində irəli sürdüyü təşəbbüslər fonunda İranın bu addımı təxribat xarakteri daşıyır. Digər tərəfdən, dünyadan təcrid olunan, ciddi sanksiyalarla üzləşən rəsmi Tehran bəzi beynəlxalq dairələrə “əzələ” nümayiş etdirməyə çalışır. Məlumdur ki, hər zaman İrana qarşı sərt mövqedə olan ABŞ-ın Türkiyəyə “F-16” qırıcılarının verilməsi prosesində müəyyən irəliləyiş var. ABŞ dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfərində də bu məsələ müzakirə mövzusu olmuşdu.
Eyni zamanda, İsrail Hərbi Hava Qüvvələrinə məxsus yeddi “F-35” və iki “F-15” təyyarəsi ABŞ Hərbi Hava Qüvvələrinin martın 12-dən Nevadadakı Nellis Hərbi Hava Qüvvələri bazasında başlayan “Qırmızı bayraq” təlimində iştirak edir. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Nevadadakı təlim manevrləri iki həftə davam edəcək və “uzaq hava missiyaları, regionda hava üstünlüyünü əldə etmə, birgə hava hücumları, ərazinin müdafiəsi, düşmən təyyarələrinin ələ keçirilməsi, aşağı hündürlükdə uçuşlar və hava hücumundan müdafiə sistemləri ilə təchiz edilmiş ərazilərdə uçuşlar da daxil olmaqla geniş ssenariləri əhatə edəcək”. Bundan əlavə, birgə havada yanacaq doldurma praktikası həyata keçiriləcək, bu prosesdə “İsrail Hərbi Hava Qüvvələrinin tanker təyyarələri Amerika qırıcılarına yanacaq dolduracaq”, “İsrail Hərbi Hava Qüvvələrinə məxsus “F-35” təyyarələri isə Amerikanın “KC-135 Stratotanker” təyyarəsi ilə yanacaq dolduracaq”. Məlumatda o da qeyd olunub ki, “Qırmızı bayraq” təlimləri “Yaxın Şərqdə təhlükəsizliyin qorunmasına sadiq olan əsas tərəfdaşlar kimi iki ölkənin hərbçiləri arasında operativ əməkdaşlığı gücləndirmək” məqsədilə keçirilir. Rəsmi Tehran bu hərbi təlimi özünə qarşı hesab edir və ona görə də belə “manevrlər” etməklə qarşı tərəfə mesaj verməyə çalışır.
Bundan əlavə, İranın Rusiyadan “Su-35” döyüş təyyarələrini almaq niyyəti də regionda gərginliyi artırmağa hesablanıb. Xarici mediada yayılan məlumatlara görə, bu döyüş təyyarələri Misir üçün nəzərdə tutulan 24 ədəd “Su-35” qırıcısıdır. Lakin ABŞ-ın təzyiqindən sonra Misir qırıcıları almaqdan imtina edib. Məlumatlara əsasən, iranlı pilotlar artıq bu təyyarələrdə təlim keçir. Həmçinin Tehran Moskvadan hava hücumundan müdafiə sistemləri də alacaq. Bildirilir ki, İran öz növbəsində Rusiyaya əlavə 300 ədəd “Şah?d-136” kamikadze pilotsuz uçuş aparatları verəcək.
Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, İranın hərbi təyyarəsinin dövlət sərhədində uçuşu rəsmi Tehranın regionda təhlükəsizlik sisteminə böyük təhdid törətməsindən xəbər verir. İranın davamlı olaraq təxribatçı addımlar atdığını deyən İ.Hüseynovun fikrincə, İranın bu cür davranışı Azərbaycanla Türkiyə arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsini gündəmə gətirir. Türkiyə ilə Azərbaycan dost, qardaş, strateji tərəfdaş və hərbi müttəfiqlərdir. Qardaş Türkiyə dünyada ən güclü ordulardan birinə sahibdir. Digər tərəfdən, rəsmi Ankara NATO müttəfiqi olan ABŞ-la “F-16” hərbi təyyarələri ilə bağlı danışıqları intensivləşdirib. Rusiya isə İrana “Su-35” döyüş təyyarələrini satacaq. Əvəzində isə İranın verdiyi PUA-larla Ukraynanın enerji və digər həyati əhəmiyyətli infrastrukturlarını məhv edir.
Politoloq qeyd edib ki, bu geosiyasi problemlər bizim regionumuza da təsir göstərir: “Artıq proseslərdə hərbi seqmentin işə düşməsi müşahidə olunur. İranın təxribatçı addımları, hərbi aviasiya hərəkətlənmələri yeni eskalasiyadan xəbər verir. İran tərəfi regional və beynəlxalq vəziyyəti düzgün qiymətləndirməlidir. 2001-ci ildə baş verən hadisələr zamanı “Türk Şahinləri” Bakı səmasında möhtəşəm uçuş həyata keçirdilər. Eləcə də, Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında da qardaş Türkiyənin hərbi hava qüvvələrinin gücünü gördük. Bütün bunların fonunda İranın təxribatları ona uğur gətirməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

