Azərbaycanafobiya dövlət siyasəti səviyyəsində
03.03.2023 [10:19]
Mübariz ABDULLAYEV
Bu günlərdə İrandan mühafizəkar mollakratiya rejiminin burada yaşayan azərbaycanlılara qarşı təqibləri barədə daha bir xəbər gəlib. Belə ki, rejimin siyasi iradəsi əsasında Təbriz Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi bağlanıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib.
Diskriminasiya siyasətinin davamı
Təbriz Universitetinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinə xitam verilməsi mollakratiyanın İranda uzun illərdir ki, davam etdirdiyi bu ölkədə yaşayan azərbaycanlıların təqib edilməsi, diskriminasiyaya məruz qoyulması siyasətinin tərkib hissəsi anlamına gəlir. Bu ölkədə Azərbaycanafobiya dövlət siyasəti səviyyəsinə yüksəldilib. Bunu paralellər aparmaqla da təsdiqləmək mümkündür. İranın etnik tərkibi müxtəlifliyi ilə səciyyələnir. Burada az sayda erməni əhali yaşayır. Bu ölkənin aborogen sakinləri sayılan azərbaycanlıların sayı isə 40 milyondan çoxdur. İranın siyasi hakimiyyəti azsaylı toplumun - ermənilərin bütün mədəni və təhsil hüquqlarını tanıyır. Ölkədə erməni məktəbləri fəaliyyət göstərir, erməni dilində kitablar, jurnallar və qəzetlər dərc edilir. Eyni zamanda, fars-erməni dostluğu güclü şəkildə təşviq edilir. Bunun təsdiqi olaraq bir qədər bundan əvvəl İrəvanla Tehranın qardaşlaşdığı bəyan edildi.
Ancaq biz İran rejiminin eyni yanaşmasını azərbaycanlılara münasibətdə müşahidə etmirik. Rejimin Azərbaycanafobiya siyasəti bir neçə istiqamətdə təzahür edir.
-Birincisi, İranda azərbaycanlılar yaşayan vilayətlərin etnik tərkibinin dəyişdirilməsinə nail olmaqdan ötrü ən müxtəlif variantlara əl atılır. Belə ki, həmin bölgələrdə iqtisadi layihələr reallaşdırılmır, ekoloji və sosial gərginliklər yaradılır. İran hakimiyyətinin Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək əldə olunan vəsaitləri farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına yönəltməsinə dair çoxsaylı faktlar var. Eyni zamanda, atom-nüvə proqramında istifadə olunan radioaktiv tullantılarının azərbaycanlılar yaşayan vilayətlərdə basdırılmasına dair təkzibolunmaz məlumatlar var. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.
İran hakimiyyətinin gizli planına əsasən azərbaycanlıların rəmzlərindən birinə çevrilən Urmiya gölü quruyur. Ümumilikdə, 13 iri və çoxlu sayda kiçik çayın töküldüyü bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Burada nadir heyvanlar və bitkilər var idi. Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələri əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini təşkil edir. Urmiya gölü ətrafda yaşayan azərbaycanlılar üçün həyat, dolanışıq mənbəyi idi. İndi insanlar bu mənbədən məhrum qalıblar və ekoloji fəlakətlə üzləşiblər. Bütün bunlar insanların bezdirilməsinə hesablanıb, yerli sakinlər - azərbaycanlılar yurd yerlərini tərk etmək məcburiyyətində qalırlar.
-İkincisi, azərbaycanlılar yaşayan bölgələrdə insanların dövlətin sosial qayğısından kənarda qalmaları. Buna ən son nümunə kimi, cari ilin yanvarında baş verən zəlzələnin dağıdıcı təsirlərinə məruz qalan azərbaycanlılara yardım göstərilməməsini nümunə çəkə bilərik. Zəlzələnin ən dağıdıcı təsirləri əsasən azərbaycanlıların yaşadıqları Xoyda və bu şəhərə bitişik yaşayış məntəqələrində qeydə alınıb. Dağıntıların miqyası böyükdür. Verilən məlumatlara görə 5,9 bal gücündə zəlzələ 70 yaşayış məntəqəsində evlərin 80 faizinin dağılaraq yararsız hala düşməsi ilə nəticələnib. Şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binası dağılıb. Təkcə Xoy şəhərində 900-dən çox insan yaralanıb, ölənlər var. Zəlzələdən sonrakı ilk günlərdə İran hakimiyyəti adekvat davranış ortaya qoymadı. Rəsmi KİV informasiyaları çox xəsisliklə yaydı. Hər şeydən görünürdü ki, ölkənin hakimiyyət dairələri zəlzələnin miqyasını məqsədli şəkildə gizlətməyə çalışır. Eyni zamanda, rejim zəlzələnin fəsadları ilə üzləşən insanlara kömək göstərməyə əsla tələsmədi. Bu gün Xoy İranın unudulmuş bölgəsi kimi görünür. İnsanlar adi bir çadıra belə möhtacdırlar. Tehran hakimiyyəti Xoy əhalisinə nəinki kömək etmir, hətta onlara gələn yardımın qarşısını alır, qadağan edir.
-Üçüncüsü, İran rejiminin azərbaycanlıların mədəni və təhsil hüquqlarını tanımaması. Şovinist mollakratiya rejimi azərbaycanlıların milli ruhunu öldürmək, onları öz köklərindən ayırmaq üçün əlindən gələn hər şeyi edir. İranda Azərbaycan dilində məktəblərin açılmaması, qəzet və jurnalların nəşrinə imkan verilməməsi bunu əyani şəkildə təsdiqləyir.
Selə çevriləcək oyanış hərəkatı
Təbriz Universitetinin nəzdindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinə xitam verilməklə yanaşı, mərkəzin iki azərbaycanlı üzvü - Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunublar. Qeyd edək ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib. Bir neçə il bundan əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı.
Bu kimi faktlar bir daha təsdiqləyir ki, Tehran rejimi hər nə qədər çalışsa da, ölkədə yaşayan azərbaycanlıların oyanış hərəkatına, azadlıq istəyinə son qoya bilmir. Burada yaşayan azərbaycanlılar hər yerdə özlərinin milli kimliklərini təsdiqləməyə çalışırlar. Rejimin məhdudiyyətlərinə, sərt qadağalarına rəğmən Təbrizin “Traktor” futbol komandasının oyunlarında on minlərlə azərkeş tribunalardan “Azərbaycan, Azərbaycan”, “Biz gedirik Qarabağa”, “Azərbaycan bölünməz” kimi şüarlar səsləndirilir. Mollakratiya rejimi kimi dayandıracaq, kimi susduracaq? Eyni zamanda, azərbaycanlılar İranda başlayan son etirazlarda da yüksək fəallıq göstərirlər. Etirazlara qatılan soydaşlarımız həm də milli kimliklərindən çıxış edirlər və azadlıq istəklərini ortaya qoyurlar.
Təbriz Universitetindəki Azərbaycanşünaslıq Mərkəzinin sırf siyasi motivlərə görə bağlanması İranda yaşayan azərbaycanlılar arasında kəskin narazılıqla qarşılanıb. Bu günlərdə soydaşlarımız həmrəylik nümayiş etdirərək sosial mediada “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımları edirlər. Bu, azərbaycanlıların rejimə ciddi siqnalıdır. Güneydə azərbaycanlıların genişlənən oyanış hərəkatının fonunda İran dövlətinin aciz durumu diqqət çəkir. Qoy molla rejimi bir neçə nəfəri həbsə almaqla özünə təsəlli tapsın. Cənubda oyanış hərəkatı başlayıbsa, demək, onun böyük gücə, selə sevriləcəyi gün də uzaqda deyil!
MÜBARİZ
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

