Lavrov Bakıya niyə gəlir?
17.02.2023 [11:22]
Səfər maraqlı məqamlarla tarixə düşə bilər
İrəvan narahatdır, amma çox gecdir…
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya rəsmi səfəri gözlənilir və bu səfərin əvvəlkilərdən fərqlənəcəyini indidən ehtimal etmək olar. Daha dəqiq desək, fevralın əvvəlində onun “Rossiya 24" telekanalına müsahibəsində səslənədirdiyi “Azərbaycan özünə məxsus olan torpaqları geri qaytarıb” fikri Ermənistanın siyasi isteblişmentində ciddi narahatlığa səbəb olub. Həmin sitatı bir daha gətirək: “Qarabağ müharibəsinin tarixi bundan on illərlə əvvələ gedir. Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi... Rusiya çoxlu sayda variantlar təklif etmişdi, lakin torpaqları geri qaytarmaq istəməyən öncəki Ermənistan hakimiyyəti buna heç də müsbət yanaşmırdı. Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb”.
Lavrov Paşinyan iqtidarına eyham vurub...
Maraqlıdır ki, hazırda da həmin narahatlıq öz mövcudluğunu bu və ya digər şəkillərdə nümayiş etdirməkdədir. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, Lavrov burada əsasən Ermənistanın əvvəlki hakimiyyətini hədəfə alıb. Hansı ki, həmin hakimiyyət Cənubi Qafqazda bilavasitə Rusiyanın forpostu rolunu oynayırdı və yalnız hərbi baza timsalında deyil, eləcə də Rusiyadan verilən qazın və s. enerji sistemlərinin, habelə logistika sahəsində də Ermənistana xeyli dərəcədə güzəştlərlə verilməsi iki ölkə arasındakı münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu isbatlayır.
Başqa tərəfdən, Sergey Lavrov məlum bəyanatı ilə Ermənistanın mövcud iqtidarına da siqnal ötürüb. Yəni dolayısı ilə ifadə edib ki, əgər münasibətlərin kifayət qədər münbit olduğu əvvəlki iqtidar bu gün Kremlin ittihamına məruz qalırsa, demək ki, indiki iqtidarın öhdəsindən gəlmək necə deyərlər, “su içmək kimi bir şeydir”. Qısası, Lavrov Paşinyan iqtidarına eyham vurub ki, əvvəlki hakimiyyətin səhvlərini təkrarlamasın.
Kreml gizlətmir...
Fakt budur ki, 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatması yönündə vasitəçilik missiyasını üzərinə götürən Kreml İrəvanın anti-Rusiya xarakterli siyasətindən kəskin qıcıq hissləri keçirməyə başlayıb və bunu gizlətmir. Səbəblərdən biri də budur ki, Ermənistanda Avropa İttifaqının daha əvvəl “mülki missiyası” kimi adlandırılan nümayəndə heyətinin tərkibinin sonradan daha açıq şəkildə bəyan edilməsi və orada fransız jandarmeriyası ilə yanaşı alman polisinin, habelə digər ölkələrin eks-kəşfiyyatçılarının da yer alması Moskvanı düşündürməyə bilməzdi. Əgər Ermənistanda Rusiyanın 102-ci hərbi bazası mövcuddursa və oraya yarımhərbi missiyanın da cəlb edilməsi mövzusu ortaya atılıbsa, demək ki, Rusiyanın hərəkətə keçməkdən başqa yolu da qalmır.
Bakıda hansı etiraflar ediləcək?
Sergey Lavrovun Bakıya səfərinin daha bir tərəfi təxminən belədir: Cənubi Qafqaz regionunda partnyorun, tərəfdaşın, hətta müttəfiqin seçimində əvvəllər buraxılmış səhvlərin etirafı. Bu gün Rusiya görür və dərk edir ki, Azərbaycan regionun söz sahibi olaraq əvvəlki stereotipləri tamamilə kənarlaşdırıb və eyni zamanda, istiqamətləndirilən xarici siyasət kontekstindəki konsepsiyasını həm müstəqillik, həm də tarazlıq baxımından kifayət qədər münbitləşdirib. Rəsmi Bakı həm Qərblə, həm Şərqlə, həm də Ermənistan xaric bütün qonşuları ilə öz münasibətlərini ən yüksək səviyyədə qurub. Təbii ki, bu reallıq da Rusiyanı regional siyasətinə yenidən baxmağa təhrik edir. Xüsusilə, Ukrayna cəbhəsindəki reallıq da Moskvanın ehtiyatlı davranmasını zəruri etməkdədir.
Moskva və KTMT də zamanında Ermənistanı aqressor adlandırsaydı...
Qaldı ki, Ermənistandakı anti-Rusiya hay-küylərinə, hətta bir az da irəliyə gedərək nəyə görə Rusiyanın və KTMT-nin Azərbaycanı “aqressor” kimi adlandırmaması ittihamlarına, İrəvan bu məqamda da ciddi səhvlərə yol verir. Halbuki həmin ittihamlar məhz KTMT-nin və Rusiyanın özünün problemidir və bu problemin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hansı ki, Lavrovun yuxarıda qeyd edilən bəyanatına qədər Moskva və KTMT də zamanında Ermənistanı aqressor adlandırsaydı, bu gün rəsmi İrəvandakı siyasilər “hər kəsin onlara borclu olması” ətrafındakı dar düşüncə və uğursuz təfəkkürlərindən qurtula bilərdilər.
Rusiya heç vaxt razı olmaz ki...
Amma indi də gec deyil. Ən azından, Rusiyanın xarici diplomatik idarəsinin rəhbəri 2020-ci ildə RF prezidenti Vladimir Putinin “Qarabağ Azərbaycanın tərkibi hissəsidir” bəyanatını daha dərin şəkildə izah və bəyan etdi. Və bu gün Rusiya əsla və heç vaxt razı olmaz ki, fransız jandarmları, alman polisləri, həmçinin avropalı eks-kəşfiyyatçılar min kilometrlərdən regiona gələrək Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçilərini binokllarla müşahidə etsinlər. Moskva buna qarşı qəti addımlar atmaq məcburiyyətindədir. Ona görə də rəsmi Bakının mövqeyi, həmçinin qərarları Rusiya üçün mühüm əhəmiyyət kəsb edir.
Əgər biz bu məsələyə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin reallaşdırılması məqamını da əlavə etsək, həmin dəhlizin Rusiya üçün də nə qədər mühüm olduğunu bildirsək, onda Sergey Lavrovun Bakıya gəlişinin pərdəarxası məqamlarını bəri başdan müəyyən etmək əsla çətinlik yaratmır. Hər halda gözləyək və növbəti nəticələri seyr edək – çox maraqlı olacaq...
Emin
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

