Türkiyə ilə Suriya arasında yaxınlaşma...
30.12.2022 [10:25]
Rusiya prosesdə vasitəçi kimi çıxış edir
Moskvada Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər. Məlumata görə, nazirlər Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirləri ilə bağlı da söhbət aparıblar. Qeyd edək ki, bu, Türkiyə və Suriya müdafiə nazirlərinin 11 ildən sonra ilk rəsmi təmasıdır. Mətbuata qapalı keçirilən görüşlə bağlı bildirilib ki, görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə məsələləri də müzakirə olunub. “Konstruktiv atmosferdə keçən görüş nəticəsində Suriyada və regionda sabitliyin təmin edilməsi və qorunub saxlanılması məqsədilə üçtərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb”, - deyə məlumatda vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi təmasların davam edəcəyini açıqlayıb. Eyni zamanda, Suriyanın şimalında terror təşkilatı PKK-ya qarşı əməliyyatlar həyata keçirən Türkiyə Rusiyadan Suriya hava məkanını türk döyüş təyyarələrinin üzünə açmasını tələb edib. İclasda bununla bağlı qərarın qəbul edilib-edilmədiyi açıqlanmayıb.
Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq bir addım atmaq istədiklərini bəyan edib: “İlk növbədə kəşfiyyat təşkilatlarımız, müdafiə nazirlərimiz, xarici işlər nazirlərimiz bir araya gəlməlidir. Sonra isə liderlər görüşməlidir”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli bildirib ki, son vaxtlar Suriya məsələsində müəyyən irəliləyişlər nəzərə çarpmaqdadır. Onun fikrincə, regional sülhün və əməkdaşlığın formalaşdırılması üçün müəyyən razılaşmalar əldə olunub: “Bu razılaşmalara əsasən Türkiyə ilə Suriya arasında münasibətlər normal vəziyyətə qayıda bilər. Bir müddət əvvəl beynəlxalq tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Misir prezidenti Əbdül Fəttah əs-Sisi arasında təmas olmuşdu. Prezident Ərdoğan Suriya ilə də əlaqələrdə müəyyən irəliləyişlərin ola biləcəyinə dair fikirlər səsləndirmişdi. Bu görüşün də həmin müstəvidə baş tutduğunu düşünürəm. Fikrimcə, Rusiya bu prosesdə vasitəçi qismində iştirak edir. Eyni zamanda, Suriya məsələsində Türkiyənin konstruktiv mövqe nümayiş etdirməsinin tərəfdarı kimi çıxış edir. Yəqin ki, yaxın vaxtlarda Türkiyə ilə Suriya arasında hökumətlərarası komissiyanın ilkin toplantısı da keçirilə bilər. Belə bir toplantı problemlərin ilkin həllinə yol açacaq”.
Hərbi ekspert bildirib ki, hazırda Qərblə Rusiya arasında gedən mübarizə Rusiyanın bu məsələdə vasitəçi olmasını şərtləndirib. Belə ki, Rusiya hər iki dost saydığı ölkənin münasibətlərinin yaxınlaşmasına çalışır. “Rusiya Türkiyə ilə də Suriya ilə də mühüm əlaqələrə malikdir və bu nöqteyi-nəzərdə iki dövlət arasında münasibətlərin normallaşması üçün əzmkarlıq, fəallıq nümayiş etdirir. Düşünürəm ki, Rusiya bu istiqamətdə bir sıra addımlar da atacaq. Bu addımlar nəticəsində qarşıdakı mərhələdə Türkiyə ilə Suriya arasında müəyyən anlaşmalara da nail oluna bilər. Təbii ki, Türkiyə prosesdə öz maraqlarını qoruyacaq. Hətta özünə vacib olan bəzi məsələlərdə üstünlük də qazanacaq. Suriya Yaxın Şərqdə mühüm bir dövlətdir və həm Türkiyə, həm də Rusiya üçün vacib bir tərəfdaş ola bilər. Bu ölkədə sülhün bərqərar olması Rusiya üçün çox vacibdir. Çünki Suriya Rusiya üçün Aralıq dənizinə alternativ çıxış yoludur. Bu mənada, Suriya Türkiyə üçün də vacib əhəmiyyət daşıyır. Türkiyə yaxın şərq bölgəsində əsas oyunçulardan biridir. Biz yaxınlaşma prosesinin daha da sürətlənəcəyinin də şahidi ola bilərik”, - deyə hərbi ekspert əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42

