Şotlandiya referendum keçirə bilməyəcək
25.11.2022 [10:51]
Britaniya Ali Məhkəməsi müstəqillik haqqında referendumun keçirilməsinə dair müraciəti rədd edib
N.BAYRAMLI
Şotlandiyanın müstəqillik referendumuna dair müraciəti Böyük Britaniya Ali Məhkəməsi tərəfindən qəbul olunmayıb. Ali Məhkəmə Şotlandiya hökumətinin Böyük Britaniya parlamentinin təsdiqi olmadan ikinci müstəqillik referendumunun keçirilməsi tələbini yekdilliklə rədd edib. Məhkəmənin qərarını oxuyan hakim Lord Rid bildirib ki, Şotlandiyaya özünüidarə hüququ verən konstitusiya tənzimləməsinə əsasən, Şotlandiya Parlamentinin səlahiyyətləri məhduddur və iki ölkə arasında birliyin taleyi ilə əlaqədar məsələlərdə Londonda Böyük Britaniya Parlamentinə verilən səlahiyyətlərdən istifadə edə bilməz.
Xatırladaq ki, Şotlandiya 1707-ci ildən Böyük Britaniyanın tərkibinə daxil edilib, 1997-ci ildə isə muxtariyyət alıb. 2014-cü ildə Şotlandiyada ilk dəfə müstəqilliklə bağlı referendum keçirilib. Həmin vaxt Şotlandiyanın müstəqilliyi kampaniyasının və Şotlandiya Milli Partiyasının (SNP) lideri olan Aleks Salmond İttifaq tərəfdarlarının lideri Alister Darlinqlə qarşı-qarşıya gəlib. Şotlandiyanın o vaxtkı baş naziri Salmond bildirmişdi ki, müstəqil Şotlandiya daha varlı və ədalətli bir cəmiyyət olacaq: “Şotlandiyada yaşayan və çalışan insanlardan başqa heç kəs bu ölkəni yaxşı idarə edə bilməz”. Amma həmin il sentyabrın 18-də keçirilən referendumda seçicilərin 55 faizi Böyük Britaniyanın tərkibində qalmağa səs vermişdi.
Şotlandlar ikinci referendum keçirmək istəyini hələ Boris Consonun Britaniya hökümətinə rəhbirlik etdiyi dövrdə bəyan etmişdilər. Belə ki, Şotlandiyanın Baş naziri Nikola Stercen gələn il oktyabrın 19-da yeni müstəqillik referendumu keçirməyi planlaşdırıldığını açıqlamışdı. Stercen Böyük Britaniyanın Baş naziri Boris Consona məktub yazaraq referendumun keçirilməsi üçün ondan rəsmi razılıq alacağını demişdi. O, təklifin qəbul edilməyəcəyi təqdirdə isə planla bağlı qətiyyətlə hərəkət edəcəklərini bildirmişdi. N.Stercen hökumətin icazəsi olmadan referenduma getmək üçün müraciət ərizəsini Böyük Britaniya Ali Məhkəməsinə göndərəcəklərini də qeyd etmişdi. Regional hökumətin Baş naziri Ali Məhkəmənin Şotlandiya hökumətinin xeyrinə qərar verəcəyi təqdirdə referendum aktını Şotlandiya parlamentindən tez bir müddətdə keçirəcəyini də demişdi. Amma göründüyü kimi Ali Məhkəmə Şotlandiyanın bu müraciətini rədd etdi.
Bu, o deməkdir ki, Böyük Britaniya hökuməti ikinci referendumun keçirilməsinə qarşıdır. Bununla belə, Şotlandiya Milli Partiyası regional administrasiyada, 2016-cı ildə Brexit referendumunda şotland seçicilərin Avropa İttifaqından çıxmağın əleyhinə səs verdiyinə diqqət çəkərək, şərtlərin kökündən dəyişdiyini və yenidən referendum hüququnun ortaya çıxdığını müdafiə edir. Şotlandiyanın Baş naziri Nikola Stercen referendumun gələn il oktyabrın 19-da keçirilməsini təklif etsə də, Britaniya hökuməti bunu təsdiqləməkdən imtina edib. Mühafizəkar hökumətin liderləri, o cümlədən son Baş nazir Rişi Sunak, ölkə daxilində yüksək inflyasiya böhranı və xaricdəki Ukrayna müharibəsi ilə mübarizə apararkən, ölkənin müstəqillik referendumunu keçirə bilməyəcəyini və 2014-cü il referendumunun nəticəsinə hörmət edilməli olduğunu bildirib.
Məhkəmənin qərarı və Şotlandiya administrasiyasının Baş naziri Nikola Stercenin şərhindən sonra Şotlandiyanın bir çox şəhər və qəsəbələrində nümayişlərin keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08

