Fransanın “canfəşanlığı”...
15.11.2022 [10:35]
Erməni lobbisinə xidmət edən bu ölkə sülh prosesinə hansı töhfəni verəcək?
Mübariz ABDULLAYEV
Vaxtilə keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılan Minsk qrupunun həmsədr dövlətlərindən biri statusunda konstruktiv fəaliyyəti əsla nəzərə çarpmayan, əksinə daim işğalçının tərəfini saxlayan Fransa postmüharibə mərhələsində süni canfəşanlıq göstərərək özünü Azərbaycanla Ermənistan arasında başlanan sülhyaratma prosesinin iştirakçılarından biri qismində təqdim etməyə çalışır. Noyabrın 12-də bu ölkənin prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Fransa prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev Fransanın dövlət başçısı ilə telefon danışığında “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyi” fikrini təsadüfən səsləndirməyib. Məsələ burasındadır ki, sülhyaratma prosesində Fransanın iştirakçı ölkə görüntüsünü yaratmağa çalışan E.Makron açıqlamalarında qeyri-səmimilik, qərəzlilik ortaya qoyur və bir növ Ermənistanın vəkili rolunda çıxış edir. Belə deməyə tam əsas var. Aşağıdakı bir neçə fakta diqqət yetirdikdə aydın şəkildə görünür ki, Fransa məhz E.Makronun “xidmətlərinin” sayəsində özünün demokratik ənənələrini ermənilərin lobbi maraqlarına qurban verib. Bir qədər bundan əvvəl-oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Həmin görüşün yekununda imzalanan bəyanata istinadən Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinin müəyyən qədər irəlilədiyini düşünmək olardı. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları ifadə olunur. Sülhə doğru atılan hər kiçik addım belə təqdirəlayiqdir. Gözləmək olardı ki, görüşə qatılan Fransa, nəhayət, keçmiş səhifələri bağlayacaq, birtərəfli yanaşmalardan əl çəkəcək və proseslərə real töhfələrini verəcək. Ancaq E.Makronun Praqa görüşündən az sonra yerli mətbuata verdiyi müsahibə bir daha təsdiqləyir ki, ortada dəyişən bir şey yoxdur. Emmanuel Makron Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca sentyabr ayında baş verən hərbi toqquşmalardan bəhs edərək əminliklə bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”. E.Makron müsahibəsində həmçinin Azərbaycanı “dağıdıcı müharibə” aparmaqda ittiham edib. Fransa prezidentində ədalət hissi varmı? O, məntiqini tamammı itirib? Azərbaycan üç onillik ərzində danışıqlarda fəal iştirak edib ki, bu da ölkəmizin sülhə verdiyi böyük önəmin ifadəsidir. Fransadakı 700 minlik erməni lobbisinin dirijor çubuğu ilə oturub duran E.Makron həqiqəti təhrif edir, ağ yalan danışır. Azərbaycan 44 gün ərzində haqq savaşı aparıb, tarixi ədalətin, beynəlxalq hüququn bərpasına nail olub.
Aşağıda bəhs etmək istədiyimiz fakt da E.Makronun rəhbərlik etdiyi ölkənin, yumşaq desək, üzqarasıdır. Söhbət Fransa Senatına təqdim olunan və bu gün müzakirəsi gözlənilən Azərbaycan əleyhinə növbəti qətnamə layihəsindən gedir. Layihədə ölkəmizə qarşı bir sıra əsassız müddəalar yer alıb. Belə ki, Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir, ölkəmizin Laçın dəhlizindən çıxması tələbi irəli sürülür, Fransa hakimiyyətinə Avropa İttifaqı miqyasında “Azərbaycandan idxal edilən qaz və neftə embarqo qoyulmasına başlamaq” və Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmaqla bağlı çağırış edilir. Xatırladaq ki, 2020-ci ilin yenə də noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq.
Belə görünür ki, Fransa hətta böyük Avropanın mənafeyini də kiçik Ermənistanın lobbi maraqlarına qurban verməyə hazırdır. Sirr deyil ki, hazırda məlum geosiyasi gərginliklər fonunda Avropa İttifaqı məkanında kəskin enerji qıtlığı yaşanır. Azərbaycan isə belə kritik dönəmdə qoca qitənin enerji təhlükəsizliyinə daha sanballı töhfələr vermək niyyətindədir. Hazırda respublikamız Avropa İttifaqı məkanına ildə 8 milyard kubmetr qaz tədarük edir. Gələn il bu həcmin 12 milyard, növbəti illərdə isə 20 milyard kubmetrə çatdırılması hədəflənib. Bu hədəflər 2022-ci il 18 iyul tarixində Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” sənədində öz əksini tapıb.
Bütün bu kimi faktlardan sonra Fransanın dövlət başçısı hansı mənəvi haqla ölkəsinin sülyaratma prosesində iştirakı barədə danışa bilər? Fransa Ermənistanı müdafiə etməkdə “öldü var, döndü yoxdur” mövqeyində qalmaqdadır. Necə deyərlər, qozbeli qəbir düzəldər...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20

