Xarici işlər nazirlərinin üçtərəfli görüşü...
13.10.2022 [10:02]
Rusiyanın təşəbbüsü ilə Astanada keçiriləcək görüşdə nələr ola bilər?
Nardar BAYRAMLI
Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Görüş MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq. Rusiya tərəfinin təşəbbüsü ilə oktyabrın 14-də keçiriləcək görüşün hansı nəticələri ola bilər?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Ramin Məmmədov bildirib ki, hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Onun sözlərinə görə, son zamanlar daha çox Avropa İttifaqı bu istqamətdə fəallıq göstərir. Bununla yanaşı, ABŞ-ın da aktivliyini görürük. Bu yaxınlarda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşü, xüsusilə bir neçə gün öncə dövlət katibi Blinkenin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparması bunu təsdiqləyir. “Amma bu prosesdə Rusiya da iştirak edir. Rusiya Cənubi Qafqazdakı vəziyyətlə bağlı hər zaman müxtəlif təşəbbüslərlə çıxış edib. Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsinə son qoyub. Eləcə də, 2021-ci ilin yanvar ayında imzalanmış üçtərəfli bəyanatda da vacib məsələlər əksini tapır. Yəni, Rusiya da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin iştirakçısıdır”,-deyən millət vəkili qeyd edib ki, Azərbaycan bölgəmizdə sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir.
Həmsöhbətimizin fikrincə, Astanada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə də bu kontekstdə yanaşılmalıdır: “Dövlətimiz sülhə, sabitliyə xidmət edən bütün təşəbbüsləri təqdir edir. Bu baxımdan, keçiriləcək görüş sülh yolunda irəliləyişə səbəb olacaqsa, Azərbaycan tərəfindən dəstəklənəcək. Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir”.
Politoloq İlyas Hüseynov da hesab edir ki, son vaxtlar Avropa İttifaqı regionda daha çox fəallaşaraq sülh təşəbbüsləri ilə çıxış edir. Ötən dövr ərzində baş verən təmaslar, görüşlər və telefon zəngləri də xeyli intensiv olub. Bu intensivlik Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına da yönəldilə bilər. Digər mühüm səbəb isə Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Məlumdur ki, hazırda Rusiya diqqətini daha çox Ukrayna cəbhəsinə yönəldib, burada öz planlarını icra etməkdə maraqlıdır. Bütün bunların fonunda artıq Cənubi Qafqazda Avropa İttifaqı xeyli dərəcədə fəallaşıb. Təkcə onu demək kifayətdir ki, Brüssel formatında beş görüş keçirilib. Beş görüşün dördü Rusiya-Ukrayna müharibəsi başlayandan sonra baş tutub. Bunların da üçü Brüsseldə, biri isə Praqada keçirilib. Liderlər səviyyəsində görüşlərlə yanaşı, xarici işlər nazirləri və xüsusi nümayəndələr arasında da görüşlər baş tutur. Bu görüşlərdə vacib razılaşmalar əldə olunur.
İ.Hüseynov önəmli məsələlərdən biri kimi Praqa bəyanatına uyğun olaraq Avropa İttifaqının Ermənistana mülki missiyanın göndərilməsi haqda qərarı xatırladıb: “Missiyanın məqsədi delimitasiya komissiyasının işinə töhfə vermək və sərhəd zolağı boyunca müşahidələrin aparılmasından ibarət olacaq. Eyni zamanda, biz Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bu missiya ilə bağlı fikirlərinə diqqət yetirməliyik. O deyib ki, Rusiya Avropa İttifaqının mülki missiyasına bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxır. Zaxarova hesab edir ki, Bakı ilə İrəvanın barışmasının, regionda dayanıqlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir. Bütün bunların fonunda düşünürəm ki, Astanada xarici işlər nazirləri arasında keçiriləcək üçtərəfli görüşdə regionumuzdakı vəziyyət müzakirə olunacaq. Rusiya bu platforma çərçivəsində regional sabitliyin konturlarını müəyyənləşdirməyə çalışacaq. Çünki Avropa İttifaqı seqmentində tədricən daha dərin formada stabillik istiqamətində addımlar atılır”.
Politoloqun fikrincə, Rusiyanın gündəliyinin əsas istiqamətinin regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası olmasına baxmayaraq, rəsmi Moskva sülh müqaviləsi ilə bağlı öz baxışlarını ortaya qoymaq üçün fürsət arayır: “Bu baxımdan, görüşdə həm sülh müqaviləsinin imzalanmasının meyarları, eləcə də sərhədlərin delimitasiyası üzərində dərinləşdirilmiş müzakirələrin aparılması gözlənilir. Həmin görüşdə Azərbaycanın rəsmi mövqeyi bir daha ortaya qoyulacaq. Sülh müqaviləsinin əsas bazasını dövlətimiz tərəfindən irəli sürülmüş beş bənddən ibarət olan təkliflər təşkil edir”.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

