Böyük inamın, etibarın və etimadın nümunəsi
06.09.2022 [10:39]
Azərbaycan ilə Aİ arasında qarşılıqlı, faydalı əməkdaşlıq mühiti formalaşıb
Pərviz SADAYOĞLU
Avropa İttifaqı (Aİ) Azərbaycanı Çexiyanın paytaxtı Praqada keçiriləcək sammitinə dəvət etməyi planlaşdırır. “Report”un bununla bağlı xəbərində bildirilir ki, Aİ-nin sammitinə dəvət olunanlar arasında Norveç, İsveçrə ilə yanaşı, Gürcüstan, Ukrayna, Moldova və Balkan ölkələri də daxil olmaqla, İttifaqa üzvlük üçün müraciət edən daha 8 ölkə də var. Daha əvvəl Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Aİ-nin Türkiyəni də sammitə dəvət etməli olduğunu vurğulayıb.
Son dövrlərdə Azərbaycan ilə Aİ arasındakı münasibətlər intensiv xarakter daşımaqdadır. İstər Azərbaycanın regional təhlükəsizlikdə, istərsə də Avropanın enerji təminatında oynadığı rol Aİ tərəfindən yüksək dəyərləndirilir. Bu mənada, Praqada keçiriləcək sammitə dəvət almamız Aİ-Azərbaycan münasibətlərində yeni səhifə də aça bilər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Azərbaycanın Aİ üzvü olmadığını nəzərə alsaq, sammitə dəvət edilməmiz dövlətimizə, Prezidentimizə olan böyük inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycanın regiondakı mövqeyi, çəkisi, beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə, xüsusilə, Avropanın enerji təhlükəsizliyində oynadığı rol çox yüksək qiymətləndirilir: “Aİ anlayır ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev heç vaxt enerjidən siyasi təzyiq aləti kimi istifadə etməyib. Enerji məsələsi Azərbaycan üçün yalnız əməkdaşlıq mahiyyəti kəsb edir. Xüsusilə də, Azərbaycanla Avropa İttifaqı arasında hazırda bir enerji dialoqunun əsası qoyulub. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan situasiya kritik sayıla bilər. Bu baxımdan Azərbaycan Aİ üçün sözün həqiqi mənasında yeni alternativ enerji mənbəyidir. Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumundakı çıxışında da bildirdi ki, Azərbaycan bir il yarım ərzində Avropaya 13,5 milyard kub-metr qaz nəql edib. Bu qazın təxminən 11,7 milyard-kub metri İtaliyanın payına düşür. Aİ üzvü olan 10 dövlət isə Azərbaycanın onların enerji təhlükəsizliyi məsələsinə töhfə verməsi üçün rəsmən müraciət edib. Bu məsələ Aİ üçün çox əhəmiyyətlidir. Onlar Azərbaycanın timsalında yeni alternativ enerji mənbəyini görürlər. Avropa üçün enerji təhlükəsizliyi, ilk növbədə, enerji mənbələrinin şaxələndirilməsindən keçirsə, Azərbaycan üçün bu amil enerji marşrutlarının şaxələndirilməsi ilə tənzimlənir. Bu baxımdan da ortada qarşılıqlı, faydalı əməkdaşlıq mühiti formalaşıb. Hər iki tərəf bir-birinə etibarlı tərəfdaş kimi yanaşırlar. Azərbaycan Aİ üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq sənədi imzalayıb. Bütün bu reallıqlar fonunda Azərbaycanın Aİ-nin sammitinə dəvət alması gözləniləndir. Bu, həm Azərbaycan dövlətinə, həm də onun siyasi Liderinə olan böyük etimadın ifadəsi və təsdiqidir”.
Millət vəkilinin fikrincə, məsələyə, eyni zamanda, Aİ-nin Cənubi Qafqaz siyasəti və maraqları kontekstində də qiymət vermək lazımdır. Qurum Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi qəbul edir. Aİ Azərbaycanın regional sülhə çox böyük töhfə vermək potensialına malik olduğunun fərqindədir. Bunu Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 4 dəfə keçirilən Brüssel danışıqları da təsdiqləyir. “Aİ Cənubi Qafqaz regionunda dayanıqlı və davamlı sabitlikdə maraqlıdır. Bu, həm də onların iqtisadi, geostrateji maraqlarından irəli gələn məsələdir. Məsələyə bu xüsusda yanaşdıqda təbii ki, Azərbaycanın yeri və rolu diqqətdən yayınmır. Aİ post-müharibə dövrünün öz həllini gözləyən məsələlərinə yanaşmasında Azərbaycan Prezidentinin konstruktiv mövqe nümayiş etdirdiyini görür. Azərbaycan Prezidentinin tənzimləmə prosesində beş baza prinsipini irəli sürməsi, bu prinsiplərin regionu uzunmüddətli sülh gətirmək potensialına malik olması gözdən yayınmır. Məsələyə kompleks yanaşdıqda, Aİ-nin Cənubi Qafqaz siyasətinin təntənəsi üçün Azərbaycan dövlətinin də bu tədbirdə iştirakı böyük əhəmiyyət və məna kəsb edir”, -deyən E.Nəsirov onu da vurğulayıb ki, Aİ Azərbaycan Prezidentinin müstəqil siyasət həyata keçirdiyini bilir. Avropa görür ki, Bakı-Brüssel münasibətlərinin istiləşməsi Moskvanın əleyhinə yönəlməyib. Eyni zamanda, görəndə ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir, anlayırlar ki, bu, Brüsselin əleyhinə deyil. Bir sözlə, aparılan siyasət yalnız milli maraqlara söykənir. Bunu görürlər və qiymətləndirirlər. O hesab edib ki, Azərbaycan Prezidentinin Aİ sammitinə dəvət edilməsinin səbəblərindən biri ölkəmizin hazırki siyasi proseslərdə tutduğu mövqe, Cənubi Qafqazda təhlükəsizlik mühitinin formalaşmasına vermək istədiyi töhfədir. Bu məsələlərdə rəsmi Bakı ilə Brüsselin maraqları üst-üstə düşür.
Türkiyənin də sammitə dəvət almasına gəlincə isə, E.Nəsirov bildirib ki, rəsmi Ankara artıq onilliklərdir ki, Aİ-nin üzvü olmaq istəyir. Amma fərqli obyektiv, subyektiv səbəblər irəli sürülür və hər dəfə Türkiyənin quruma daxil olmasına maneə yaradılır: “Artıq Türkiyənin də məsələdə əvvəlki israrı yoxdur. Aİ çox gözəl dərk edir ki, Türkiyə müasir dünyamızda güc mərkəzidir, NATO-da ikinci ən böyük orduya sahib ölkədir. Türkiyə Avropa məkanında 6-7-ci, dünya miqyasında 16-17-ci iqtisadi gücdür. Bütün bu reallıqlar fonunda Brüssel Türkiyənin Cənubi Qafqazda da fəal oyunçu olduğunu görür, qiymətləndirir. Bu reallıqlar Türkiyə seçiminə əlavə dividendlər gətirir. Azərbaycan-Türkiyə münasibətləri isə rəsmi müttəfiqlik səviyyəsindədir. Hər iki dövlətin siyasi liderlərinin bu sammitə dəvət alması regional və qlobal təhlükəsizlik, Avropanın təhlükəsizliyi məsələlərinin müzakirəsi baxımından da əhəmiyyətlidir. Nəzərə alınmalıdır ki, artıq Rusiyadan Avropaya gedən “Şimal-1” qaz kəmərinin fəaliyyəti texniki səbəblər əsas gətirilərək dayandırılıb. “Şimal-2” kəməri ümumiyyətlə fəaliyyət göstərmir. İndiki halda “Türk axını” layihəsi Avropa üçün həyati əhəmiyyət daşıyan layihəyə çevrilib. Yəni Rusiya Türkiyəyə qaz satır və Avropa da öz növbəsində Türkiyədən o qazı alır. Türkiyənin indiki reallıqlar fonunda Avropanın enerji təhlükəsizliyində yeri və çəkisi kifayət qədər artıb”.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

